Azərbaycanın
beynəlxalq münasibətlərində insan hüquqları
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun 20 ili tamam olur. Bu müddətdə dövlətimiz həm iqtisadi, həm də siyasi baxımdan uzun inkişaf yolu seçib. Təbii ki, ölkəmizdə demokratik islahatların aparılması, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı müvafiq qanunvericilik bazasının hazırlanması prosesinin davamlı olaraq həyata keçirilməsi, Azərbaycanda hüquqi dövlət quruculuğunun əsasının qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları - ATƏT, Avropa Şurası və Avropa Birliyi mühüm yer tutur.
Azərbaycan və
BMT
Azərbaycanın bu sahədə sıx münasibətlər saxladığı beynəlxalq təşkilatlardan biri, məhz BMT-dir. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq, ilkin olaraq, 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilib. Məsələnin aktuallığı nəzərə alınaraq keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanıb. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilib. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış edib.
Layihənin 3-cü mərhələsi 2005-ci ildə imzalanmış razılığa əsasən həyata keçirilib. Bu mərhələdə 2005-ci il dekabrın 5-7-də Bakıda müqavilələrin implementasiyası üzrə nəzarət qurumlarına dövrü hesabatların təqdim edilməsi mövzusuna həsr edilmiş seminar uğurla təşkil olunub. 2006-cı ildə isə layihə çərçivəsində hakimlər və prokurorlar üçün ikinci seminar təşkil olunub. Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi uğurlar, apardığı islahatlar beynəlxalq səviyyədə layiqli qiymətini tapıb. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsidir. 2006-cı il martın 15-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, İnsan Hüquqları Komissiyasının əvəzinə BMT Baş Assambleyasının köməkçi orqanı olan İnsan Hüquqları Şurası yaradılıb. İHŞ-nin üzvlərinin sayı 47-dir. BMT-yə üzv olan 65 dövlət şuraya öz namizədliyini irəli sürüb, Azərbaycanın aid olduğu Şərqi Avropa qrupu namizədlərin sayının ayrılmış yerlərin sayı ilə müqayisədə çoxluğuna görə rəqabətin ən güclü olduğu qrup olub.
Buna baxmayaraq, 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilərin nəticəsində Azərbaycan bu quruma seçilmiş ilk 47 ölkədən biri olub. Şura 2006-cı ilin iyunun 19-da fəaliyyətə başlayıb, onun ilk sessiyasının yüksək səviyyəli seqmentində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edərək, İHŞ-nin üzvü kimi ölkəmizin bu qurumun gələcək fəaliyyəti ilə bağlı mövqeyini açıqlayıb.
ATƏT-ə doğru
atılan tarixi addımlar
İnsan
hüquqlarının təşviqi
və müdafiəsi
sahəsində Azərbaycanın
əməkdaşlıq etdiyi
təşkilatlardan biri
də ATƏT-dir. 1998-ci il
noyabr ayının
26-da Azərbaycan Prezidenti
və ATƏT-in fəaliyyətdə
olan sədri tərəfindən Azərbaycan
hökuməti və
ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosu arasında qarşılıqlı
anlaşma memorandumu imzalanıb. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində
demokratik islahatların
həyata keçirilməsi
istiqamətində sıx
əməkdaşlıq nəzərdə
tutulub. ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafı,
fikir və ifadə azadlığının
təşviqi, gender bərabərsizliyi
və qadınlara qarşı zorakılıqla
mübarizə, işgəncələrin
qarşısının alınması,
insan hüquqları üzrə maarifləndirmə,
azad və ədalətli seçkilər
sahələrində mühüm
layihələr və
tədbirlər həyata
keçirilib. 2002-2005-ci illərdə
ATƏT DTİHB Avropa Komissiyası
ilə birlikdə Cənubi Qafqaz ölkələrində 3 illik
“Münaqişələrin qarşısının alınması
və insan hüquqları sahəsində
imkan quruculuğu” adlı proqram həyata keçirib. Proqram penitensiar sistemin islahatı və penitensiar sistem işçilərinin treninqi,
insan hüquqları sahəsində yerli QHT-lərin treninqi, insan alverinə qarşı mübarizə
sahəsində QHT-lərə
dəstək göstərilməsini
əhatə edib.
ATƏT insan hüquqları
sahəsində maarifləndirmə
istiqamətində də
ölkəmizdə əhəmiyyətli
tədbirlər görüb. 2005-ci ilin
sentyabr-dekabr aylarında
ATƏT sədrliyi çərçivəsində
Uşaq Hüquqları
Konvensiyasına əsaslanan
10-12 yaşlı uşaqlar
üçün nəzərdə
tutulmuş “İnsan hüquqlarının tədrisi
üzrə” xüsusi
pilot layihə həyata
keçirilib. Layihənin
tətbiqinə başlamazdan
öncə Sloveniya xarici işlər nazirinin müşaviri, ATƏT
məsələlərinə məsul Blanka Yamnişek 2005-ci il
sentyabrın 20-22-də ölkəmizdə
səfərdə olub.
Səfər çərçivəsində
B.Yamnişek bir sıra dövlət rəsmisi, beynəlxalq təşkilatların və
yerli QHT-lərin nümayəndələri ilə
görüşlər keçirib.
2005-ci il dekabrın sonunda bitən layihə 5 məktəb, 14 müəllim
və 476 şagirdi əhatə edib.
Avropa Birliyi ilə fəaliyyət planı
İnsan hüquqları məsələlərinə
Avropa Birliyi ilə genişlənməkdə
olan əməkdaşlıq
kontekstində ayrıca
diqqət yetirilir. Bu baxımdan,
xüsusilə, 2006-cı il
noyabrın 14-də qəbul
olunmuş Avropa “Qonşuluq siyasəti” çərçivəsində Avropa Birliyi və Azərbaycan arasında fəaliyyət
planına demokratiyanın
inkişaf etdirilməsi,
insan hüquqları və əsas azadlıqların təmin
edilməsi və eləcə də, qanunun aliliyinin gücləndirilməsinə dair
tədbirlərin daxil
edilməsini göstərmək
olar. Digər tərəfdən Avropa Birliyinin bu fəaliyyət
planının icrasının
dəstəklənməsinə yönələn 2007-2010-cu illər
üçün Azərbaycan
üzrə “Milli indikativ” proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətləri
müəyyən edilib.
Xatırladaq ki, bu qurumlarla insan haqları sahəsində əməkdaşlığa dair
statistik məlumatlar Xarici İşlər Nazirliyinin saytına istinadən verilir.
Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması
və demokratikləşdirmə
sahəsində fəaliyyət
göstərən təsisatların
imkan quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının
alınmasına yönəlmiş
davamlı bir prosesdir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşdirmə spontan
şəkildə həyata
keçirilə və
bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz.
İnsan hüquqlarının təşviqi
və müdafiəsi
sahəsində beynəlxalq
təşkilatlar qarşısında
Azərbaycan tərəfindən
götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə
yeni bir mühit yaradıb və hökumətin gündəliyinə yeni vəzifələr daxil edib. Bu baxımdan öhdəliklərin yerinə
yetirilməsinə nəzarət
və implementasiya tədbirlərinin birləşdirilməsi
prosesi siyasi öhdəliklərin hüquqi
qaydalara və dövlətçilik təcrübəsinə
çevrilməsinə töhfə
verib.
Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə
demokratik institutların
yaradılması və
möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi
və təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə
çevrilərək cəmiyyətin
şüuruna təsir
göstərib, vətəndaşlar
üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaradıb. Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas istiqamətlərindən
biri də Azərbaycan qanunvericiliyinin
beynəlxalq konvensiyalara
və müasir standartlara uyğunlaşdırılmasıdır.
Bu prosesdə rəsmi Bakı qeyd olunan beynəlxalq
təşkilatlarla yaxından
əməkdaşlıq edir.
İnsan
haqları sahəsində
aparılan davamlı demokratik islahatların məntiqi nəticəsi kimi son illərdə ən müasir standartlara cavab verən etiqad azadlığı, sərbəst
toplaşmaq hüququ,
seçki sahəsində
normativ hüquqi aktların, qanunların qəbulu prosesi həyata keçirilib.
Demokratik
sahədə əldə
edilən uğurlar özünü beynəlxalq
təşkilatların xüsusi
hesabatlarında da büruzə verir.
Beynəlxalq konvensiyaların təkmilləşməsində
uğurlu göstəricilər
Hazırda dünyada insan hüquq və azadlıqlarının qorunması,
bu sahədə mövcud beynəlxalq konvensiyaların daha da təkmilləşdirilməsi
işi ilə məşğul olan ən mötəbər təşkilatlarla əməkdaşlıq
edən Azərbaycan bu uğurlarını davam etdirməklə, bir daha sübut
edir ki, ölkəmiz müstəqil
dövlət olmaqla yanaşı, özündə
sivil və demokratik dəyərləri
birləşdirir. Bu müddət ərzində
Azərbaycan mötəbər
beynəlxalq təşkilatla
münasibətləri uzun,
uğurlu, həm də mürəkkəb bir yol keçməklə,
onu da sübut
edib ki, zaman-zaman beynəlxalq təşkilatlar ölkəmizdən
bir çox demokratik dəyərləri
öyrənməyə səy
göstərib. Təbii ki,
bütün bunlar Azərbaycanda yürdülən
hüquqi və qanuni islahatların uğurlu məntiqi nəticəsidir. Əgər Azərbaycan
hazırda bizdən öncə demokratik mühit formalaşdırmış
ölkələrə müvafiqğ
tövsiyələr verirsə,
yuxarıda qeyd olunan amillərin nə qədər həqiqətə uyğun
olduğunun şahidəinə
çevrilərik.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 17 avqust.- S. 7.