Milli mücadilənin
qəhrəmanlıq yolu...
Darısqal otaqda qoyulan divanın üstündə oturub ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi terror aktlarından danışmağa başladıq. 1-2 dəqiqəlik giriş üçün bəs edən bu söhbətdən sonra E.Həsənovun uşaqlıq dövründən, məktəb illərindən, zabit olaraq cəbhəyə getməsindən söhbət açması üçün valideynlərinə müraciət etdik.
Bu sualımız Nazilə ananı yenidən ağlamağa, dizinə döyüb ağı deməyə vadar etdi: “Vətənə oğul böyütdüm. Boylu-buxunlu, enli kürəkli Elşadım. Ay ellər, ay obalar, əgər oğlum müharibə vaxtı erməni gülləsinə tuş gəlsəydi, el anaları kimi bu, məni də yandırmazdı. Atəşkəs deyilən bu məqamda oğlumun erməni snayperi ilə öldürülməsi məni yandırır”.
Nazilə
ana çox ağı dedi. Dizinə vurub ağladı.
Özümüzü dəhşətli bir faciə
mühitində boğulduğumuzu
düşündüyümüzdən və
için-için daxilimizdə biz də
ağladığımızdan, ananın nə dediyini
ağrılı səslə nələr
danışdığını eşitmədik. Bu cür
ağır, müdhiş olay bir xeyli çəkdi. Nə qədər
təskinlik verməyə, ananı ovundurmağa çalışsaq
da, ana ağrısı, ana nisgili-dərdi cəhdlərimizi nəticəsiz
qoydu.
E.Həsənovun
xalası Nailə ağlaya-ağlaya bu sözləri dedi:
“Elşad zabit olmağa ona görə üstünlük verdi
ki, erməni vəhşiliyinə cavab vermək istəyirdi. Nəslimizdə
iki nəfər ermənilər tərəfindən
öldürülüb, iki nəfər isə
ömürlük şikəst olub. 11-si sinfi qurtarıb Heydər
Əliyev adına Hərbi Akademiyaya daxil olanda sevincinin həddi-hüdudu
yox idi. Cəbhəyə getməyə daha çox cəhd
göstərirdi. Çox çalışdıqdan sonra, istəyinə
nail oldu. Akademiyanı qurtardıqdan sonra Cəlilabadda yerləşən
hərbi hissəyə, oradan isə cəbhəyə göndərildi.
2011-ci il iyun ayının 20-də isə 10 nəfərlə
hərbi rütbənin artırılması məqsədilə
Bakıda imtahandan keçdi və uğur qazandı “.
N.Hidayətova onu da bildirdi ki,
Elşadın qardaşı Rəşad Həsənov da
hazırda Xızıda yerdəşən “N” saylı hərbi
hissədə xidmətdədir. O da qardaşının və
digər şəhidlərimizin
qisasını almaq üçün cəbhəyə
getməyə səylər göstərir. R.Həsənov da əmindir
ki, onun arzusu reallaşacaq və hərbi rəhbərlik onu cəbhəyə
göndərəcək.
Həmyaşıd olsaq da, Elşad
bizə böyük qardaş idi
Söhbətimizin
Nailə xanımla davam etdirilməsi onun qəhərlənməsi
ilə yarımçıq kəsildi. Bu arada Elşadın
dostları ilə danışmağa səylər göstərdik.
Onlar üçün də bu itki ağır və kədərli
olsa da, suallarımıza hüznlü şəkildə cavab
verirdilər. Elşadın dostları Nurlan Nəsirov, Rüstəm
Hüseynov, Ariz Məmmədov bildirdilər ki, haqq
dünyasına qovuşan şəhid E.Hüseynov
yaxşıların ən yaxşısı idi. O, bizimlə
eyni yaşda olsa da, böyük qardaş kimi hər zaman bizə
məsləhətlər verir, doğru yol göstərirdi. N.Nəsirov
bildirdi ki, Elşad oxuduğu 6 saylı Mingəçevir şəhər
orta ümumtəhsil məktəbində seçilən
şagirdlərdən olub. O, yaxşı oxumaqla yanaşı,
tərbiyəli, abırlı və həyalı uşaqlardan
idi.
Ariz Məmmədov
isə bildirdi ki, E.Həsənov haqsızlığa və ədalətsizliyə
qarşı hər zaman barışmaz olub. Gücsüzü,
zəifi müdafiə etmək onun amalına
çevrilmişdi. A.Məmmədov
onu da söylədi ki, E.Həsənov heç zaman kişinin
zəif, iradəsiz olmasını qəbul etməyib. Deyirdi
ki, kişi olan şəxs iradəli olmalıdır.
Elşad
Həsənovun digər dostu Rüstəm Hüseynov isə
şəhidin dostlarına diqqətcil olması ilə
seçildiyini bildirdi. Qeyd etdi ki, 2011-ci il 28 iyununda onun ad
günü idi. E.Həsənov işinin çox,
vaxtının az olmasına baxmayaraq, telefonla ona zəng edib ad
gününü təbrik edib. Deyib ki, o gün olacaq ki,
bütün dostlar ad günlərini, xalqımız isə
toy-büsatını işğal altında olan
torpaqlarımızda qeyd edəcək.
Mingəçevir şəhidləri
Elşad
Həsənovun uyuduğu məzarlığı ziyarət etmək
üçün Mingəçevir şəhər Şəhidlər
Xiyabanına getməli olduq. İlqar Quliyevin və şəhidin
atası Həsənəli Həsənovun, eləcə də,
YAP Mingəçevir şəhər təşkilatının
təlimatçısı Yaqub Hüseynovun iştirakı ilə
Şəhidlər Xiyabanında artıq sayı 300-dən
yuxarı olan şəhidlərimizin məzarını ziyarət
etdik. Onların ruhuna dualar oxuyub, Allahdan şəhidlərimizə
rəhmət dilədikdən sonra Elşad Həsənovun hələ
üstü götürülməmiş məzarı
üstündə dayandıq. Qəddi-qaməti əyilmiş
Həsənəli kişi oğlunun məzarına bir xeyli
baxıb, nalə çəkirmiş kimi köks
ötürdü. Qeyri-ixtiyari gözlərindən axan göz
yaşlarını əli ilə silə-silə, asta
addımlarla Şəhidlər Xiyabanından
çıxdı.
İ.Quliyev
bizə məlumat verdi ki, millət vəkili Aydın Mirzəzadənin
təklifi və dəstəyi ilə burada Şəhidlər
Muzeyi yaradılıb. Muzeydə hər bir şəhidin
keçdiyi həyat yolu, onun döyüşdüyü cəbhə
haqqında geniş məlumatlar yer alıb. İ.Quliyevin
sözlərinə görə, şəhid Elşad Həsənova
məxsus əşyalar, o cümlədən, zabit mundiri də
muzeydə saxlanılacaq. İ.Quliyev onu da bildirdi ki,
E.Hüseynovun 40 mərasiminə qədər Mingəçevir
Şəhər İcra Hakimiyyəti şəhidin qəbrinin
üstünü düzəltdirəcək.
Son olaraq
Mingəçevirdən
ayrılırıq. Düşüncələr və xəyallar
arasında var-gəl edirik. Nəhayət, erməni vandalizminə,
erməni vəhşiliyinə son qoyulacaqmı? Zaman tezmi gələcək,
inildəyən, əzilən torpaqlarımız düşmən
tapdağından azad edilsin?! O vaxta çoxmu qalıb?
Ev-eşiyindən didərgin düşən qaçqın və
köçkünlərimiz öz yurd-yuvalarına
qayıtsın. Bu düşüncələr içərisində
sonda bir qərar verilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin apardığı siyasət nəticəsində
Xankəndində Azərbaycan bayrağının
dalğalanmasına çox qalmayıb.
İ.ƏLİYEV
T.QURBANLI
Səs.- 2011.- 17 avqust.- S. 11.