“Müdriklik
zirvəsi”
Azərbaycanın Ümummilli
Lideri Heydər Əliyevin müdrik
siyasəti ilə ölkənin tərəqqisinin və
müstəqilliyinin yolunu müəyyənləşdirib,
onun dünyanın sivil
dövlətləri sırasında yer
almasına nail olub.
Yaşadığı zaman məsafəsində
gördüyü işlər azərbaycançılıq
məfkurəsindən irəli gələn amil
olduğundan böyük
ideyalarını reallaşdırıb. Bu
gün Ulu Öndər
Heydər Əliyevin təməlini möhkəmləndirdiyi müstəqil dövlətin uğur və nailiyyətləri Onun layihə və islahatların nəticəsində
əks-səda doğurur. Müasir
dövrümüzdə Azərbaycanın tərəqqisinə
imza atan Dahi Öndər Heydər Əliyevin keçdiyi ömür yolu, siyasi fəaliyyəti
müxtəlif janrda olan
nümunələr vasitəsilə təqdim olunur.
Belə nümunələrdən biri də
bu günlərdə “Yazıçı”
nəşriyyatında çapdan
çıxmış Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada Azərbaycan tarixi
abidələrinin axtarışı üzrə komissiyanın
sədri Ulxan Mirzəyevin “Müdriklik
zirvəsi” kitabıdır. Kitab Ümummilli Lider Heydər Əliyevin
əziz xatirəsinə və anadan
olmasının 88-ci ildönümünə ithaf
olunub. Yeni nəşrə
Ümummilli Lider
haqqında kütləvi informasiya vasitələrində
çap olunmuş məqalələr
toplanmışdır.
“Müdriklik
zirvəsi”nə ön söz yazan Milli Məclisin deputatı,
siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı
“Azərbaycanın əbədi tərəqqisinin banisi”
başlıqlı məqaləsində Heydər Əliyevin
xalqın xilaskarı tək gördüyü işləri qələmə
alaraq, Azərbaycanın bugünkü zirvələrə
doğru ucalmasını və sabahına olan inamını bu
tarixi şəxsiyyətin adı ilə bağlı
olduğunu diqqətə çatdırır. Qeyd edir ki, müstəqillik
dövrümüzdə Azərbaycanın iqtisadi
qüdrətinin tərəqqisində məxsusi rol oynayan Heydər Əliyevin
strateji əhəmiyyət daşıyan neft siyasətinə üstünlük
verməsi Onun uzaqgörən müdrik siyasəti nəticəsində ortaya çıxmışdır. Millət
vəkili Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi zaman məsafəsində
qazanılan uğurları diqqətə çəkir.
Kitabın müəllifi U.Mirzəyev “Xalqa həsr olunmuş ömür” başlıqlı məqaləsində Heydər Əliyevin dövlət və cəmiyyətin idarə olunmasında məxsusi siyasi dünyagörüşünü diqqətə çəkərək, Onun hər bir addımını xalqa, insanlara olan məhəbbəti ilə əlaqələndirir. O, qeyd edir ki, Heydər Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə qaldırmağa nail olmuşdur. İstər sovet dövründə, istərsə də müstəqilliyimiz tarixində Heydər Əliyevin Azərbaycan iqtisadi, siyasi problemlərinin həllində müdrikcəsinə siyasi manevrlər etmiş, dövlətin güclənməsinə nail olmuşdur. Heydər Əliyev xarici siyasətində dahi diplomatlara xas olan fəaliyyətini davam etdirmişdir. Onun fəaliyyəti nəticəsində siyasi-ideoloji müstəvilər, buxovlar aradan götürülmüşdür. Müəllif bildirir ki, Ulu Öndər Heydər Əliyevin əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin bugünkü dinamik inkişafı beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycan dirçəliş yolundadır.
Kitaba daxil edilən Milli
Məclisini deputatı Fəttah Heydərovun “Azərbaycanın
uğur yolu Heydər Əliyev
yoludur” başlıqlı yazıda Ümummilli Liderin 14 iyul 1969-cu il tarixindən başlayaraq Azərbaycanın milli
dirçəlişi, dövlətin qüdrətinin yüksəlməsi
yolundakı fəaliyyətini diqqətə çəkir.
F.Heydərov Ulu Öndər
Heydər Əliyevin siyasi görüşünün,
müdrikliyinin nəticəsi olaraq dövlətlərarası münasibətlərin
yaranmasında, Azərbaycanın beynəlxalq arenada
müstəqil dövlət olaraq sözünü deməyi bacaran
ölkə kimi tanınmasında rolunu göstərir. Siyasi
mübarizədə Heydər Əliyev məntiqi qələbə
çaldı. Onun həyata keçirdiyi missiya Azərbaycanı
düçar olduğu
bəladan xilas etdi.
Milli
Məclisin deputatı, YAP İcra katbinin müavini Mübariz
Qurbanlının “Liderlik zirvəsi” məqaləsində
ötən əsrin 60-cı illərində sovetlər
ittifaqında geridə qalmış bir ölkənin mənzərəsinin
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə
dəyişdiyini göstərir. Onun
rəhbərliyi dövründə Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti
artır. Müstəqillik dövründə isə ölkədə
baş almış anarxiya
və xaosun qarşısının
alınmasında siyasi məfkurəsini və
iradəsinin əzmi ilə nail olduğunu diqqətə çəkir. Mübariz Qurbanlı qeyd edir ki, Ulu
Öndər Heydər Əliyevin ən böyük
xidmətlərindən biri Azərbaycanın
öz təbii sərvətlərinə sahib çıxması və onun
dünyanın əsas neft-qaz
ixracatçısına çevrilməsidir. Dahi
Öndər Heydər Əliyevin həyata keçirdiyi
nəhəng layihələrdən biri neft strategiyasıdır ki,
bu, müasir
dövrümüzdə də Azərbaycan üçün
həm siyasi, həm də iqtisadi
dividendlər gətirməkdədir.
“Müdriklik zirvəsi” kitabında millət vəkilləri Nizami Cəfərovun “Heydər Əliyev Azərbaycanın Atatürkü”, Mirkazım Kazımovun “Dünya Azərbaycanlılarının birliyi müstəqil Azərbaycanı daha da qüdrətləndirir”, Rafael Hüseynovun “Millət müəlliminə tarixin qiyməti”, eləcə də, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun “Ulu Öndər Heydər Əliyev həm tarixi yaşadan, həm də tarixi şəxsiyyət”, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin “Heydər Əliyev yolu - sabaha inamla aparan yol”, AMEA-nın İqtisad İnstitutunun direktoru İsa Alıyevin və iqtisad elmləri namizədi Aqil Əsədovun “Heydər Əliyev müstəqilliyimizin və dinamik iqtisadi inkişaf strategiyamızın memarıdır” və digər müəlliflərin məqalələrində Heydər Əliyev şəxsiyyəti, Onun Azərbaycana verdiyi töhfələr və ölkənin inkişafına yol açan siyasi kursuna diqqət yetirilir. Qeyd olunur ki, bu gün müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu getdikcə artmaqdadır. Azərbaycan bir çox beynəlxalq ittifaq və təşkilatların üzvüdür. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasəti uğurla davam etdirilir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmişdir. Prezident İlham Əliyev Ümummilli Liderin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Geniş dünyagörüşünə, hərtərəfli biliyə, yüksək intellektə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıb. Kitabda qeyd olunduğu kimi, O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya prosesində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəyönlü xarici siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 19 avqust.- S. 6.