Neft strategiyasının nəticələri
Dünyanın gündəmində hazırda ən çox müzakirə olunan məsələ yanacaq və energetika problemidir. Daha doğrusu, dünya bazarında neftin qiymətinin psixoloji həddi (100$-ı) keçməsi ümumi iqtisadi sabitliyi təhlükə altına salır və bahalaşma yaradır. Son vaxtlar bu sahədə durum bir qədər də mürəkkəbləşib. Enerjiyə olan tələbatın getdikcə artması bu sahələri ölkələrin iqtisadi siyasətində əsas prioritetə çevirib.
Neft strategiyası inkişaf erasının
təməlini qoydu
Dünyada neft-qaz ehtiyatları ilə zəngin olan ölkələrdən
biri də Azərbaycandır. Nefti dünya tarixində
sənaye üsulu ilə çıxaran ilk ölkədə potensial neft-qaz ehtiyatları təsdiq olunmuş həcmdən xeyli çox imiş. Nəzərə alsaq ki, perspektiv yataqlar və hələ kəşf olunmamış ehtiyatlar da az deyil, o zaman Azərbaycanın dünya
enerji sistemində nə dərəcədə
mühüm rol oynayacağını təxmin
etmək mümkündür.
Ölkəmizdə neft istehsalı ötən yüzildə respublikanın tələbatını
ödəməklə müəyyən
qədər də ixrac olunmağa kifayət edirdi. Ortalama ildə
10 milyon ton neft çıxarılırdı və
bunun da 7-8 milyonu daxili tələbatı üçün
kifayət edirdi.
2-3 milyon ton neft
ixracı isə Azərbaycana o qədər
də böyük maliyyə vəsaiti gətirmirdi. Nəzərə alsaq ki, həmin
vaxt dünya bazarında neftin qiyməti 20-25 dollar ətrafında
dəyişirdi, gəlirlərin
azlığını təxmin
etmək olar.
Lakin 90-cı illərin
ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən
yeni neft strategiyası həyata keçirildi və yeni əsrin başlanğıcında durum kökündən
dəyişməyə başladı. Məlum
olduğu kimi,
1994-cü il sentyabrın
20-də Bakıda dünyanın
7 ölkəsini təmsil
edən 11 iri neft şirkəti ilə Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”,
“Çıraq” yataqlarının
və “Günəşli”
yatağının dərinlikdə
yerləşən hissəsinin
kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsünə dair
saziş imzalandı. Bu saziş və
onun uğurla həyata keçirilməsi
Azərbaycanda yeni inkişaf erasının əsasını qoydu.
Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin iştirakı və xeyir-duası ilə imzalanan həmin neft saziş sonradan “Əsrin müqaviləsi” adı ilə tanındı. Bu tarixi
saziş ölkəmizin
neft sənayesini bütün xarici şirkətlər üçün
açıq elan etdi, Azərbaycanda əlverişli investisiya mühiti üçün
şərait yaratdı.
Bununla da Azərbaycanın neft sənayesi yeni inkişaf dövrünə qədəm
qoydu.
Ötən il 51 milyon ton neft, 27
milyard kubmetr
qaz hasil edilib
Ötən dövrdə Azərbaycanın
neft sənayesinin infrastruktur imkanları xeyli yaxşılaşdırılıb,
Xəzər dənizinin
dərinliklərində kəşfiyyat
işləri aparmağa
qadir olan üzən qazma qurğuları, ən müasir, dünya standartlarına cavab verən platformalar quraşdırılıb, sualtı
neft kəmərləri
çəkilib, xam nefti qəbul edib texnoloji emal prosesindən sonra ixrac sisteminə
vurmaq üçün
nəhəng terminal, alternativ
nəql marşrutları
yaradılıb.
Bütün bunlar Azərbaycanda rekord miqdarda neft və qaz
hasilatına imkan yaradıb, ölkəmizin
ixrac potensialının
xeyli artmasına səbəb olub. Nəticədə Azərbaycan özünün
enerji təhlükəsizliyini
tam təmin edib, ölkəmizin iqtisadi qüdrəti xeyli artıb.
“Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində
və digər layihələrdə neft və səmt qazı hasilatı getdikcə artır. Beləliklə də, ölkəmizin ixrac imkanları genişlənir. Bu tendensiya 2010-cu ildə də davam edib,
Azərbaycanın yeni
neft strategiyasının
reallaşdırılması istiqamətində mühüm
addımlar atılıb.
Prezident
İlham Əliyev hökumətin müşavirəsində
bildirib: “Bizim iqtisadiyyatımız üçün
əsas olan sektorda- neft-qaz sektorunda keçən il bütün planlar yerinə yetirilib. Hesab edirəm ki, bu il qazın hasilatı və ixracı daha da artmalıdır.
Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən
böyük qaz yatağı aşkar edilmişdir. “Ümid”
yatağı bizim qaz potensialımıza əlavə həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və
gələn il aparılacaq kəşfiyyat
nəticəsində bu
rəqəm daha da artacaqdır”.
Ölkəmiz neft strategiyasının bəhrələrini
yaşamaqdadır
Təhlillər göstərir ki,
əgər Azərbaycan
ildə 40 milyon ton neft çıxararsa, aşkar olunmuş ehtiyatlar ölkəyə ən azı 100 il kifayət
edər. Onu da nəzərə almaq lazımdır ki, ölkənin təkcə Abşeron yarımadasında və Xəzərin Azərbaycan
sektorunda deyil, həm də bir sıra bölgələrdə
də neft-qaz ehtiyatları var. Bununla belə, hasilat 50-60 milyon ton civarında olarsa, onda ölkədə
adambaşına düşən
neft hasilatı 7,5 ton təşkil edəcək
ki, bu da
inkişaf etmiş dövlətlər səviyyəsinə
uyğun bir göstəricidir.
Elmi hesablamalara
görə, əsrin sonunadək neft dünyada başlıca enerji mənbəyi olaraq qalacaq. Bu, ilk növbədə, hasil edilən neftin 70%-dən çoxunu istehlak edən nəqliyyat sahəsinə
aiddir. Bir sıra öləkələrdə
isə neft ehtiyatları azalmaqdadır.
Bu prosesdə Azərbaycanın
bəxti gətirir: neft istehsalımız artır, dünya bazarında neft bahalaşır.
Dünya iqtisadi sistemində neftin və qazın nə dərəcədə ciddi
rol oynadığına
nəzərə salanda,
Ümummilli Lider Heydər Əliyevin nə üçün neft strategiyasını Azərbaycanın strateji inkişaf konsepsiyasının
əsası hesab etdiyini dərk etmək olur. Ölkəmiz bu strategiyanın bəhrələrini yaşamaqdadır.
Dünyada neftin qiymətinin sürətlə artması
və buna paralel olaraq ölkədə neft istehsalının sürətlə
yüksəlməsi Azərbaycana
külli miqdarda vəsaitlər qazandırır. Prezident İlham
Əliyevin dediyi kimi, Azərbaycan artıq təkcə hazırkı nəslin deyil, həm də gələcək nəsillərin firavan həyatını indidən
təmin edib.
Azərbaycanda son illər milli gəlir ildə orta hesabla 13-15% artır. Bu artım templəri isə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizlə
bağlı verdiyi proqnozlara uyğundur.
Bu, özlüyündə əhalinin yaşayış
səviyyəsinin yüksəlməsini
və ölkənin iqtisadi qüdrətini göstərən amildir.
Neft gəlirlərinin çoxu
qeyri-neft sektorunun inkişafına yönəldilir
Hökumətin neft gəlirlərindən
istifadə edərək,
qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri beynəlxalq
iqtisadi və maliyyə təkilatları
tərəfindən təqdir
olunur. Ümumi daxili məhsulun
artımı və
MDB-də investisiya qoyuluşu məsələsindəki
birincilik özünü
sosial inkişafda, əhalinin sosial vəziyyətinin həmin
artımlara uyğun yaxşılaşmasında göstərir.
Əgər hökumət neft
sektorundan qazanılan pulları qeyri-neft sektorunun, yerli istehsalın inkişafına
yönəltməsəydi, bu, özünü yeni iş yerlərinin
açılmasında, orta
əməkhaqqının yüksəlməsində,
əhalinin yaşayış
səviyyəsinin qalxmasında
göstərməzdi.
Azərbaycanda nefdənkənar sənaye
sahələri, yerli istehsal hazırda sürətli inkişaf dövrünə qədəm
qoyur, yerli məhsullar xarici bazarlara daha çox çıxarılır. Heft gəlirləri,
həmçinin, ölkənin
abadlaşdırılmasında və müasir infrastrukturun yaradılmasında
öz sözünü
deyir.
Azərbaycan aqrar ölkəsi sayıldığı və
özünün əksər
növ kənd təsəsrrüfatı məhsulları
istehsal etmək imkanları olduğu halda, hələ də bəzi ərzaq məhsulları xaricdən idxal edilir. Bu məhsulları öz tələbatına
uyğun həcmdə
Azərbaycan özü
həm istehsal, həm də ixrac da edə
bilər.
Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri
ilə hökumət kənd təsərrüfatına
əvvəlkindən daha
çox diqqət yetirir. Bu da özlüyündə
həm də ölkənin regionlarının
inkişafı üçün
əlavə stimul yaradır. Azərbaycan iqtisadiyyatının digər sektorlarının
inkişaf etdirilməsi
həm də neftdən asılılığın
azaldılması ilə
nəticələnə bilər.
Beləliklə, Azərbaycan neft sektorunun sürətli inkişafı ilə böyük irəliləyişlər
əldə edib ki, bu da
ümumi iqtisadi tərəqqinin əsasını
qoyub. Neft sektorundan əldə
edilən gəlirlərin
qeyri-neft sektorunun inkişafına yönəldilməsi
isə yeni bir prosesə təkan verib. Bu, davamlı və kompleks inkişaf
konsepsiyasıdır.
Elçin Bayramlı
Səs.- 2011.- 20 avqust.- S. 2.