Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən qadın ictmai xadim və anadır

 

Millət vəkili, ictimai-siyasi xadim Gülər Əhmədovanın yaşının üstünə bir yaş da əlavə olundu

 

Azərbaycan qadını iradəsi, mərdliyi, sədaqəti, dünyagörüşü ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında mühüm rola malik qüvvədir. Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada qadın fəallığı, qadın düşüncəsinin məhsulu özünü göstərməsin. Bütün tarixi dövrlərdə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir. Azərbaycan qadını məfhumu hallanarkən, ilk olaraq göz önünə Qətibə xanım, Mehrican xanım, Sara xatun, Məhinbanu, Pəri xanım, Tuti Bikə kimi tariximizdə iz salmış milli keyfiyyətləri özündə birləşdirən simalar canlanır.

Qadın ana, qadın ictimai-siyasi xadimdir. Bu mövcud ənənə müasir dövrümüzdə daha da geniş bir formada təzahür olunur. Müasir həyatımızda qadın cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövrümüzdə fəallığı ilə seçilən qadınlarımız ölkənin ictimai-siyasi mədəni həyatında mühüm rol oynayırlar. Azərbaycanın müstəqillik yollarında ön sırada olmuş qadınlardan olan millət vəkili Gülər Əhmədova ölkə həyatında öz sözü, əməli, qətiyyətli çıxışı ilə seçilən bir simadır. Respublikada cərəyan edən mürəkkəb proseslərdə fəal olan Gülər xanım bütün gücünü səfərbər edib, Azərbaycan vətəndaşı tək milli qürur nümayiş etdirir. Azərbaycan qadını kimi respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış edir.  Tərcümeyi-halına diqqət yetirərkən onun ictimai mühitə qadın fəallığı ilə yol gəlməsinin kiçik yaşlarından başlandığını görürük. Bu prosesə qoşulmağa özünü erkən yaşlarından hazırlamışdır. Orta məktəbdə oxuyarkən yaşıdlarından fəallığı, təhsili ilə fərqlənmişdir. Məktəb illərində dərs əlaçısı olmaqla yanaşı, musiqi təhsili almış, idmanla da məşğul olmuşdur.

Orta təhsilini başa vuran Gülər xanım Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olaraq, buranı fərqlənmə diplomu ilə bitirib. Tələbə həyatı da maraqlı yaddaqan olub. Elə ömrünə yoldaş olan sevgisinə tələbə vaxtı qovuşub.

Ali təhsilli mütəxəssis kimi 1986-cı ildən Bakıda texniki-peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi təyin olunub.

Müstəqil Azərbaycanın qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqi demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadın siyasəti, qadınların cəmiyyətimizdə gedən demokratikləşmə proseslərində fəal iştirakına zəmin oldu. Respublikada qadınlara dair dövlət siyasətinin mütəşəkkil şəkildə həyata keçirilməsinin nəticəsidir ki, ölkənin siyasi, sosial, iqtisadi mədəni həyatında qadınların rolu xüsusilə artdı. Məhz bunun nəticəsidir ki, Gülər Əhmədova 1996-2000-ci illərdə Azərbaycan Uşaq Təşkilatının sədri vəzifəsinə təyin edilir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilir. Hazırda Milli Məclisin Beynəlxalq Münasibətlər Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü kimi milli maraqlardan çıxış edir. İctimai-siyasi fəaliyyəti ilə yanaşı pedaqoji sahədə elmi potensialını sərf edir. Müasir cəmiyyətin kadr hazırlığı prosesində iştirak edir. Psixologiya elmləri namizədi olan Gülər xanım Bakı Dövlət Universitetinin müəllimidir.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Birliyi - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin üzvüdür.

İşini uğurla davam etdirir. İşində prioritetlər var. Özünün dediyi kimi, birinci, şübhəsiz ki, uşaq problemləridir. İkinci aydın məsələdir ki, hər bir kəsin problemi olan Qarabağ problemidir, diaspora məsələləridir. Bu işləri uğurla davam etdirir.

Azərbaycan qadını kimi daim milli dövlətçilik mövqeyindən çıxış edir. Bir qadın, ana, ictimai xadim olaraq vətənə, torpağa sevgi ilə yanaşır, güc, iradə, dözüm, qətiyyət nümayiş etdirir.

Ölkənin ictimai-siyasi həyatının fəallarından olan Gülər Əhmədovanın bu gün - 20 avqustda doğum günüdür. Onu təbrik edir bundan sonrakı ömür yolunda dövlətçilik ənələrinə sadiq qalaraq, milli təəssübkeşlik qətiyyət nümayiş etdirməyi arzulayırıq.

 

       

NƏZAKƏT

 

Səs.- 2011.- 20 avqust.- S. 9.