Onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradan aktyor

 

Respublikanın xalq artisti Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. O, Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin tamaşalarından birində rol alıb. Ustalartamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğustudiyasına dəvət edib. Azərbaycanfilmkinostudiyasında aktyor rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərov teleradio sahəsində fəal iştirak edib. O, ilk dəfə olaraq, radiodaUlduzproqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarca televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb.Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub. Bir çox filmlərin dublyajında iştirak edib.

Onun ilk aktyor karyerasıDağlarda döyüş”dən başlayıb. İncəsənət İnstitutunu təzəcə bitirsə , kinoya hədsiz həvəsi onu studiyaya gətirmişdi. Şahmar bu institutda Rza Təhmasibin kursunda təhsil almışdı. Bu, o demək idi ki, Şahmar artıq püxtələşmiş bir aktyor idi eləDağlarda döyüş”dəki debütündə bu, aydın görünürdü. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş vermişdi. Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özününTikanlı məftillərpovesti əsasında ssenarini yazmışdı. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir. Filmin maraqlı macəra süjeti var. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır məlum olur ki, bu, onun bir vaxtlar müharibə dövründə Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınmışdı onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılmışdı. Sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının sərhədi başladı. bu sərhəd onun rejissor kimi tamamladığıQəzəlxanfilminə qədər uzun keşməkeşli bir yol keçdi.

Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir. Şahmarın yaradıcılığında Məzahirin özünəməxsus yeri var. “Mən ki gözəl deyildimfilminin qəhrəmanı sadə, səmimi gənc Məzahirin obrazı sanki Şahmar Ələkbərovun xarakterinə biçilmişdi. Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz idi. Filmi rejissor Tofiq Tağızadə çəkib. Şahmar Ələkbərovun rollarına hopmuş xüsusi bir şirinlik var idi. Onun çəkildiyi Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Rizvan (“Qızıl qaz”), oğlanlardan biri (“Bizim küçənin oğlanları”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi bir sənətinə olan hədsiz məhəbbətidir. Bu rolların hər birini ayrıca xarakterizə etməyə, heç bir ehtiyac yoxdur.

Şahmar Ələkbərovu sərbəst film çəkmək arzusu rahat buraxmırdı. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Beləliklə, o, rejissor kimi işləməyə qərar verib ilk dəfə Gülbəniz Əzimzadə ilə birgəİmtahanfilmini çəkib. Bu ictimai motivli filmdə Şahmar Ələkbərov çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi , dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatçılığı var idi. Ssenarini Anar özününŞəhərin yay günləripovesti əsasında yazmışdı. Tamaşaçılar da filmdən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.

Sonra isə Elçin özününToyuğun diri qalmasıpovesti əsasında ssenarisini yazdığıSahilsiz gecə”ni çəkib. Bu isə 1989-cu il idi. O vaxt Şahmar müəllimə dəhşətli xəstəlik əzab versə , işləyirdi. O filmi çox az müddətə çəkib.

Şahmar müəllim ürəyincə sevinə bilmədi. Xəstə idi. Çənə sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi.Sahilsiz gecə”nin xoş təəssüratları onun ağrılı cisminə bir yüngüllük gətirsə , bunlar da ötəri oldu. Cərrahiyyə əməliyyatı üçün Almaniyaya getməli oldu. O, çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu məşhur qəzəlxan Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Şahmar Ələkbərov öz ssenarisi əsasındaQəzəlxan”ı çəkməyə başladı. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə işləyirdi. Yenə elə bil harasa tələsirdi. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar müəllim filmi iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film ekranlara çıxdı. QəzəlxanAzərbaycanın görkəmli şairi Vahidin həyat yaradıcılığının müxtəlif anlarını canlandırır. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu. Amansız ölüm  1992-ci ildə Şahmar Ələkbərovun ömrünü əbədiyyətə qovuşdurdu.

İllər keçəcək, nəsillər dəyişəcək. Bu qəhrəmanlar, bu filmlər gözəl bir sənətçinin, istedadlı bir insanın xatirəsini nəsillərdən-nəsillərə ötürəcək. Bu gün onun özü olmasa da yaratdığı qəhrəmanlar çəkdiyi filmlər bizimlədir. Əbədi xatirəyə çevrilmiş Şahmar Ələkbərov sənəti daima xatırlanacaq.

 

 

Səs.- 2011.- 23 avqust.- S. 12.