“Qara qızılı insan kapitalına çeviririk”

 

İlham Əliyev: “Ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi, diqqət mərkəzindədir”

 

Prezident İlham Əliyev dövlət başçısı seçiləndə Azərbaycanda aparılan iqtisadi siyasətin çox uğurlu olduğunu, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün ciddi proqramlar həyata keçirilməsini əsas vəzifə kimi qarşıya qoyub. Dövlət başçısı hər zaman bəyan edir ki, ölkənin gəlirləri xalqın rifahına xidmət etməlidir. Bu üzdən də sosial proqramlara daha çox diqqət yetirilir.

 

Azərbaycan təkcə enerji ölkəsi deyil

 

Beynəlxalq miqyasda da açıq etiraf edilir ki, sosial-iqtisadi sferada inkişafın Azərbaycan modelinin ən önəmli cəhətlərindən biri iqtisadiyyatın uğurla şaxələndirilməsidir. Elə bu da zəngin təbii resurslara malik Azərbaycanda təkcə enerji sektorunun yox, iqtisadiyyatın digər sahələrinin, o cümlədən, qeyri-neft sektorunun dinamik yüksəlişinə rəvac verir. 

Bu sektorun sürətli artım tempinin real nəticələri var. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı qeyri-neft sektorunda qeydə alınan artımı yüksək dəyərləndirən  Prezident İlham Əliyev bildirib: “Əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir.

7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə imkanlar yaradılacaqdır”.

Beynəlxalq maliyyə institutları da hesab edirlər ki, Azərbaycanın iqtisadi sahədə uğurlarının təmin olunmasında təkcə enerji hasilatı onun dünyaya nəqli rol oynamır, eyni zamanda, qeyri-neft sektorunun tərəqqisi istiqamətində atılan addımlar sözügedən kontekstdə mühüm nailiyyətlərə yol açır. Dünya Bankının ekspertləri bəyan edirlər ki, Azərbaycan öz problemlərini malik olduğu neft qazla həll etmir.

İnkişaf prosesində qarşıya çıxan problem çətinliklərin çözümündə, ölkənin tərəqqisinin daha böyük vüsət almasında iqtisadiyyatın digər sahələrində qeydə alınan yüksəliş böyük rola malikdir. Məsələn, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından Azərbaycan MDB məkanında liderlik edən dövlətlərdəndir.

 

Əhalinin gəlirləri inflyasiyanı üstələyir

 

Araşdırmalar göstərir ki, bu ilin altı ayında əhalinin gəlirləri 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 17,3 faiz artaraq 16,3 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin məbləği 15,8 faiz artaraq orta hesabla ayda 258,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründəki səviyyəni 32,8 manat ya 10,3 faiz üstələyərək, cari ilin yanvar-iyun aylarında 352,7 manat təşkil edib.

Yaşlı nəslin, əhalinin aztəminatlı təbəqəsinin maddi rifah halının davamlı şəkildə yüksəlməsi ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. 2011-ci il iyul ayının 1-inə olan vəziyyətə görə, Sosial Müdafiə Fondu sistemində 1 milyon 280,8 min nəfər pensiyaçı qeydiyyatda olub.

Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təqribən 40 faiz) artırılıb. Bununla yanaşı, elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirilib.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2011-ci il iyul ayının 1-nə ölkədə 302,4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub.  Ölkədə 563,5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Əhalinin gəlirlərinin artmasını məntiqi nəticəsi kimi onun həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəə alınması xidmətlərdən geniş istifadə edilməsi təsdiqləyir.

 

Yoxsulluq səviyyəsi getdikcə aşağı düşür

 

2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşüb artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faiz təşkil edir. Bu, əslində, çox böyük naliyyətdir. Müqayisə üçün deyə bilərik ki, Türkiyədə yoxsulluğun səviyyəsi 10 faziə yaxındır.

Ümumilikdə, son 7 il ərzində Azərbaycanda yoxsulluq 5 dəfə aşağı düşüb. Bu, sübut edir ki, Azərbaycanda neft gəlirlərindən ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.

Sosial infrastrukturun yaradılmasında böyük işlər görülüb. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilib, təmir edilib, 5 olimpiya mərkəzi tikilib, mədəniyyət ocaqlarının tikilməsi təmirinə vəsait ayrılır. Dövlət başçısı hökumətin iclasında bildirib ki, ölkənin inkişafı üçün vacib olan sosial sahə, həmişə olduğu kimi, diqqət mərkəzindədir.

Regionlarda böyük layihələr icra olunur, regional inkişaf proqramı icra edilir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 1 mln-dan artıq yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılması üçün əsas amildir. Bununla bərabər, yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı həcmi artır.

Bütün bunlar Azərbaycanda mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin mühüm göstəricisdir. Elə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən siyasətin əsas məqsədlərindən biri insanların layiqli həyat tərzinin təmin olunması, onların rifah halının davamlı şəkildə yüksəlişidir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 26 avqust.- S. 2.