Ermənistan Azərbaycan qarşısında diz çökəcək

 

Müsahibimiz YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıdır

 

- Mübariz müəllim, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin sürətləndiyi bir məqamda Serj Sarkisyanın gənclərlə növbəti görüşündə siyasi məzhəkə xarakterli ifadələr səsləndirməsi nədən qaynaqlanır?

- Serj Sarkisyan hər dəfə danışıqların müəyyən məcraya gəlib çatdığı məqamda prosesə zərbə vuran bəyanatlarla  çıxış edir. Sarkisyanın bu cür çıxış etməsinin arxasında erməni tərəfinin danışıqları pozmağa yönəldilmiş cəhdlərini görməkdəyik. Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması təcavüzkar ölkəyə daha da ağır zərbə vurmaqdadır. Ermənistan mətbuatına  diqqət yetirsək, erməni ictimai rəyinin böyük narahatlıq və təşviş keçirdiyini görə bilərik. Bu narahatlıq və təşviş təsadüfi deyil. Çünki hər il Ermənistandan xaricə gedən ermənilərin sayı durmadan artmaqdadır. Son statistik məlumatlara görə, Ermənistanda 1,7 milyon əhali qalıb. İşğalçı dövlətin iqtisadiyyatı çox ağır vəziyyətdədir. Hətta erməni ekspertləri Azərbaycanın  hərbi nöqteyi-nəzərdən Ermənistanı qat-qat üstələdiyini etiraf etməkdədir. Erməni mentalitetinə, psixologiyasına görə, onlar heç zaman nə öz səhvlərini etiraf edir, nə də qarşı tərəfin güclü olduğunu söyləyirlər. Lakin özlərini həmişə üstün mövqedə göstərməyə çalışıblar. Bu gün isə biz bunu görmürük. Ermənistanın daxilində ağır psixoloji durum yaranıb. Bu, Ermənistanın siyasətinə də birbaşa təsir etməkdədir.  Sarkisyanın gənclər qarşısında əvvəlki sərsəm “Dağlıq Qarabağı biz aldıq, Ağrı dağını da siz alın” çıxışı, əslində, dövlət başçısına xas olmayan bir fikirdir. İstənilən ölkə rəhbəri öz siyasətini örtülü şəkildə həyata keçirir. Onu bağıra-bağıra cəmiyyətə elan etmir. Məhz siyasət termini ona görə siyasət adlanır ki, fikirlər pərdələnmiş şəkildə ifadə edilsin. Diplomata dil ona görə verilib ki, bu yalanı ört-basdır edə bilsin. Əgər dövlət başçısı dövlət siyasətinin  istiqamətlərini açıq bəyan edirsə, bu zaman qarşı tərəf ona cavab hazırlayır bunun baş tutmaması üçün əngəllər törədir s. Əslində, Ermənistanın indiki vəziyyətə düşməsinə səbəb Sarkisyanın sərsəm ideyalarının nəticəsidir. Sarkisyanın Göyçə ətrafında erməni gəncləri ilə görüşündə səsləndirdiyi bəyanat onun hansı keyfiyyətlərə malik insan olduğunu bir daha nümayiş etdirdi. Bu, onu göstərir ki, Sarkisyan dövlət siyasətini anlamaq iqtidarında deyil təhsili, dünyagörüşü ona ağıllı siyasət yürütməyə imkan vermir. Sarkisyanın keçdiyi həyat yoluna nəzər salsaq, görərik ki, o,  hakimiyyətə özünün fəaliyyəti nəticəsində gəlməyib, onu hakimiyyətə gətiriblər gətirən zaman da məqsəd Sarkisyan tərəfindən sərsəm fikirlər səsləndirilməsi olub. Düşünürəm ki, təcavüzkar ölkənin daxilində real düşünən insanlar bu yöndə müəyyən dəyişikliklər edəəcəklər, əks təqdirdə, ölkənin durumu getdikcə pisləşəcək. Problemin hələ həll olunmamasının səbəbi isə, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi beynəlxalq qurumların bundan yaralanmaq istəyidir.

- Təcavüzkar dövlətin dünya birliyinə qarşı çıxmasını rəsmi Moskvanın siyasi dəstəyinə arxalanması ilə əlaqələndirmək olarmı?

- Konkret olaraq, mövcud münaqişənin həllinin hansı dövlətin əlində olması fikrini tam ifadə etmək çətindir. Çünki burada Ermənistan özünün təcavüzkarlıq iddiaları ilə öndə dayanır. Təbii ki, Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək, Azərbaycana  təzyiq etmək istəyən müəyyən xarici dairələr var. Azərbaycan da bu təzyiqləri zamanında dəf etmək iqtidarında olduğunu nümayiş etdirib. İlk çətin illərimizdə, yəni 1990-cı illərdə müəyyən uğursuzluğa düçar olsaq da, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın möhkəmlənməsi, güclənməsi Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana bir təzyiq kimi istifadəni sıfıra endirdi. Daha sonra isə, tamamilə aradan qaldırdı.  Bu gün Dağlıq Qarabağ kartından Azərbaycana təzyiq edərək, ölkəmizin hansısa bir siyasi qərarının dəyişməsinə kimsə nail ola bilməz. 1994-cü ildə Azərbaycanın iqtisadiyyatının gücü hələ kifayət qədər olmadığı bir vaxtda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə, neft kontraktlarının imzalanmasına, eyni zamanda, qaz ixracı ilə bağlı müqavilənin imzalanmasına nail ola bildik. 2000-ci ildən sonra situasiya tamamilə dəyişdi biz bu gün bölgədə istənilən qərarı qəbul edərək, onu həyata keçirmək iqtidarında olan müstəqil dövlətik. Azərbaycanın işğal olunmuş  ərazilərində erməni separatçıları tərəfindən yaradılmış hər hansı qurum qeyri-qanunidir beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə ziddir. Həmçinin, bu, Azərbaycan qanunları ilə üst-üstə düşməyən bir qanundur. Bütün bunlara baxmayaraq, bölgədə marağı olan geopolitik, geosiyasi, geoiqtisadi ölkələr var ki, onlar Ermənistanla deyil, məhz Azərbaycanla ikitərəfli əlaqələrə üstünlük verir. Ona görə , Dağlıq Qarabağ problemindən bizə təzyiq vasitəsi kimi istifadə öz nəticəsini vermədi, vermir verməyəcək . Nəinki bölgədə, dünyada Azərbaycan dövlətinin çəkisi, nüfuzu hörməti kifayət qədər çoxdur.  Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini, tarixi mədəniyyət abidələrini dağıtmaqla bir növ özlərinin vəhşi millət olduqlarını göstərməkdədirlər. Zaman Azərbaycanın xeyirinə işləyir.

- Mübariz müəllim, BMT Baş Assambleyasının növbəti 66-cı sessiyasında Azərbaycanın Dağlıq Qarabağla bağlı iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Bu qətnamə layihəsinin qəbulu dərəcədə mümkündür?

- Beynəlxalq münasibətlərdə dövlətlərarası münaqişələrin qarşıdurmaların aradan qaldırılmasında BMT-nin özünə məxsus yeri rolu var. BMT yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi bütün qərar qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Əslində, bu gün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb. BMT böyük bir təşkilat olmaqla yanaşı, həm siyasi məsuliyyət daşıyan bir qurumdur. Bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyü mənfur ermənilər tərəfindən pozulub. Bununla əlaqədar müraciətlərimiz əsasında BMT işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə layihəsi qəbul edib. Qətnamənin məlum şərtlərinə əsasən işğal edilən Azərbaycan əraziləri tamamilə qeyd-şərtsiz boşaldılmalıdır. Lakin bu qətnamələrin icrası indiyədək yerinə yetirilməyib. İşğalçı ölkənin  bu məsələdə bitərəfli mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir. Bununla bağlı Azərbaycan dövləti BMT-nin Təhlükəsizlik Şurasına yenə müraciət edə bilər, lakin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olduğuna görə, Azərbaycan dövləti həmin qətnamələrin yerinə yetirilməsini təklif tələb edir. Həmin qətnamələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmalıdır. İlk öncə, Ermənistan qətnamə layihəsinin icrasını həyata keçirmədiyinə görə, bu ölkəyə qarşı iqtisadi siyasi xarakterli sanksiya tətbiq edilməlidir. Lakin çox təəssüf ki, bunu görmürük. bunun da səbəbi Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkələr sırasında işğalçı Ermənistanı müdafiə edən ölkələr var. Bunun da kökündə yalnız geopolitik maraqlar və regionla bağlı həmin ölkələrin siyasətinin dayanmasıdır. Azərbaycan dövləti diplomatik cəhətdən fəaliyyətini bir an belə dayandırmayıb. Ümummilli Lider Heydər Əliyevin xarici siyasət doktrinası vardı. Bu doktrinanın da müxtəlif istiqamətləri var. Balans siyasəti və Azərbaycanın maraqlarını qorumaq istiqamətində xaricdə görəcəyimiz tədbirlər. Ölkə rəhbəri İlham Əliyev bir neçə dəfə Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirlərini toplayaraq onlara istiqamətlər verib. Bütün təşkilatlarda Azərbaycanın lehinə qərarların qəbul edilməsinə nail olmaqdayıq. BMT, AŞPA, ATƏT, İKT, İƏT, hətta  GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq, EKO və s. təşkilatlar Azərbaycanın lehinə qərarlar qəbul edib. Bütün təşkilatlarda Azərbaycan dövləti hücumçu xəttini davam etdirərək Ermənistanın  torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı qərarların qəbul edilməsinə nail olub. Bir an belə olsun erməni işğalı məsələsinin gündəmdən çıxmasına imkan yaratmırıq. 13 yaşlı erməni qızına çox dolğun, məntiqli cavab erməni təbliğat maşınına olduqca ağır zərbə vurdu. Bu onu göstərir ki, erməni təbliğat maşını artıq qətiyyən bizimlə yarışa və haqqımızda istədikləri kimi mənfi rəy foralaşdıra bilmir. Bütün sahələrdə təcavüzkar ölkəni diz çökdürməliyik. Çox təəssüf ki, öz daxilimizdə olan bəzi üzdəniraq qüvvələr Ermənistanın təbliğat maşınının yazdığı məlumatlara uyaraq onu ölkə daxilində səhvən və yaxud  qərəzli şəkildə yayır. Baş verən hadisələrə, proseslərə baxmayaraq, Ermənistan işğala   məruz qalmış Azərbaycan qarşısında diz çökəcək.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 26 avqust.- S. 6.