Vətəndaş cəmiyyəti və Azərbaycanda ordu quruculuğunun inkişafına töhfə

 

QHT-ordu münasibətlərinin tənzimlənməsi

 

Ordu-cəmiyyət əlaqələrində münasibətlərin formalaşması baxımından vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət  təşkil edir. Bu baxımdan demokratik cəmiyyətdə QHT-ordu münasibətləri maraqlı məqamlardandır. Bildiyimiz kimi, ordu güc strukturudur və təhlükəsizlik institutudur. O, dövlət sirri və açıqlanması milli təhlükəsizlik baxımından tövsiyə olunmayan çoxlu informasiyaya sahibdir. QHT isə mülki cəmiyyət institutudur. Bir çox sahələrdə olduğu kimi, orduda da onlar, cəmiyyətin (bəzi hallarda isə, maliyyələşdirildikləri müxtəlif fondların, dövlətlərin, təşkilatların- R.K.) maraqlarından çıxış edərək aşkarlığa nail olmağa çalışırlar. Bu isə, bir çox hallarda dövlətin təhlükəsizlik maraqlarını risk altında qoyur və hətta dünyanın ən demokratik ölkələrində də, praktiki olaraq, qeyri-mümkündür. Əlbəttə, bu ölkələrin bir çoxunda orduya mülki nəzarət mövcuddur, lakin bu nəzarət milli təhlükəsizlik çərçivəsindən kənara çıxmır.

Azərbaycanda digər bir bir maraqlı tendensiya da müşahidə olunmaqdadır. Belə ki, respublikada fəaliyyət göstərən bəzi sahibkarlar və müəssisələr könüllü olaraq orduya kömək etməyə, ordu quruculuğunda dövlətə dəstək olmağa və əsgərlərin bəzi problemlərinin həllində könüllü olaraq iştirak etməyə çalışırlar. Bu, müsbət tendensiyadır və onun cəmiyyətdə daha geniş yayılması arzu edilən hallardandır.

Onu da vurğulamaq lazımdır ki, hərbi xidmət sərt intizam və bəzi mülki hüquqlardan məhrumiyyətləri tələb etsə də, o, azadlıqdan məhrumetmə demək deyildir. Bu baxımdan, demokratik ölkəmizdə həbsdəki insanların da müəyyən hüquqları olduğu kimi, şərəfli əsgər adını daşıyan insanların ləyaqətinə və şərəfinə hörmət etmək, onların qayğıları ilə maraqlanmaq hər kəsin borcudur. Bir məsələni də vurğulamaq lazımdır ki, həftə ərzində təkrarlanan işlər, günün nizam qaydası əsgərlərə bəzən yorğunluq verir. Buna görə də, hərbi hissədə mütəmadi olaraq, mədəni-əyləncəli tədbirlər keçirilir ki, bu da həmin yükün azaldılmasına xidmət edir. Bu mənada, mədəniyyət işçilərinin, musiqiçilərin, teatr-kino xadimlərinin, şairlərin, yazıçıların, ziyalıların hərbi hissələrə mütəmadi səfərlərinin təşkil olunmasına, müxtəlif səpkidə, xüsusilə də, vətənpərvərlik janrında bədii və sənədli filmlərin nümayiş olunmasına, hərbi hissənin fəallarının iştirakı ilə müxtəlif əyləncəli-mədəni tədbirlərin təşkilinə böyük diqqət verilməlidir. Həmçinin, bütün bunların təşkilində bir çox QHT və vətəndaş cəmiyyəti institutları yaxından iştirak edirlər. Belə şərait həm əsgərlərin mədəni istirahətinə, həm də vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Mülki həyatda hər gün televiziya ekranlarından izlədiyi məşhurları hərbi hissədə görən, onlarla canlı ünsiyyətdə olan əsgərlər cəmiyyət tərəfindən unudulmadıqlarını, cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını, xalq tərəfində necə sevildiklərini anlayırlar.

 

Ordu-KİV münasibətlərində QHT-lərin rolu

 

Qeyd etmək lazımdır ki, ordu-KİV münasibətlərində bir sıra problemlər əmələ gələrkən onların tənzimləyicisi rolunda da QHT-lərin mövcudluğu önəm kəsb edir. Belə ki, yarana biləcək problemlərin qarşısını həll etmək üçün müvafiq layihələr hazırlanan, ayrı-ayrılıqda treninqlər və təlimlər keçirilə bilər. Daha dəqiq desək, bəzi KİV-lərin reallıqdan kənar xəbərlər yayması müəyyən mənada ordu kontingentini qıcıqlandırır. Çünki demokratik cəmiyyətdə ən problematik məsələlərdən birinin də ordu-KİV münasibətlərinin olması heç kimə sirr deyil. Bu problem bütün ölkələrdə mövcuddur. Əslində, problemin kökü o qədər də dərində deyildir. Çünki media işçilərinin və hərbçilərin maraqları tez-tez toqquşur və bu da adi haldır. Belə ki, birincilər ictimaiyyətin maraqlarını təmsil edərək orduda tam şəffaflığa nail olmağa çalışırlar, halbuki bu, heç bir ölkədə nəinki mümkün deyildir, heç məqsədəuyğun da deyildir. Digər bir tərəfdən isə, media işçiləri öz işlərinə o qədər aludə olurlar ki, hərbi məlumatların ictimaiyyətə aşkarlanması məsələsində ifrata vardıqlarını da unudurlar. Bəziləri isə, qeyri-peşəkarlığın qurbanına çevrilirlər. Məhz bu baxımdan da, müvaffiq QHT qurumları KİV-lə müəyyən təlimlər keçirir ki, bu da arzuolunmaz olayların qarşısını kifayət qədər ala bilir.

 

İnformasiya dövrünün reallıqları və əldə olunan imkanlar

 

Hamıya bəllidir ki, informasiya dövründə yaşayırıq. Bəzən düzgün hazırlanmış və təqdim olunmuş informasiya cəmiyyətdə çox böyük effekt yaradır, çünki onun gücü silahın gücündən də çoxdur. İnformasiya düşmənə nifrət hissi də yarada bilər, qorxu hissi də, vətənpərvərlik və mərdlik hisslərini oyada da bilər, qorxaqlıq sindromu yarada da bilər, düşmənin sıralarına çaxnaşma və qorxu sala da bilər, əks-effekt də doğura bilər. Buna görə də, ondan düzgün istifadə etmək lazımdır. Bu isə, peşəkarlıq tələb edir. Əlbəttə ki, burada da, yəni müasir informasiya dövrünün imkanlarından, potensialından istifadə etməklə müvafiq QHT qurumları informasiya mübadilələri əsasında layihələr gerçəkləşdirir. Məhz bu baxımdan da, müvafiq QHT qurumları KİV-lə müəyyən təlimlər keçirir. Məsələn, müəyyən saytları olan ictimai birliklər  həmin saytlar vasitəsi ilə hərbi hissələrin, əsgərlərin, zabit heyətinin bilmədikləri məsələrə aydınlıq gətirərək, bir növ ictimaiyyət-ordu körpüsü rolunu oynayırlar.  

QHT-lər ordunu düzgün təqdim etməyi bacarmalıdır. Əlbəttə, problemlərə göz yummaq da olmaz, lakin hər bir sahədə olduğu kimi, orduda da müəyyən problemlərin olması təbiidir. Bu cür problemlərə bütün ordularda rast gəlmək mümkündür. Misal üçün, bir neçə il əvvəl ABŞ ordusunda xidmət keçən qadınların əksəriyyətinin cinsi zorakılığa məruz qalması haqqında məlumat verilmişdi. Bu məlumatı KİV versə də, onun tənzimlənməsi rolunu ABŞ-ın vətəndaş cəmiyyəti institutları yerinə yetirdilər. Bununla da, problem aradan qaldırılmış oldu.

Bir sözlə, cəmiyyətə təqdim olunan məlumatlar ordudakı müsbət meyillərin üstünə kölgə salmamalı, milli təhlükəsizlik maraqlarına zidd olmamalı və odunun nüfuzuna xələl gətirməməlidir. QHT nümayəndələri hərbi komandanlıq ilə münaqişə yox, əməkdaşlıq şəraitində öz vəzifələrini həyata keçirməyə çalışmalıdırlar.

Beləliklə, məsələnin kökündə sadə bir dilemma durur: “təhlükəsizlik, yoxsa demokratiya”. Ölkələrin əksəriyyəti təhlükəsizliyə üstünlük verir və ona cəmiyyətdəki demokratiyanın təminatı kimi baxırlar. QHT-lərə və digər demokratik institutlara münasibətdə bunu aydın görmək olar. Fərdi aspektdən yanaşdıqda isə, demokratiyanı seçənlərin də kifayət qədər çox olduğunu və onların da arqumentlərinin kifayət qədər əsaslı olduğunu görmək olar. Bu insanlar liberal dəyərlərə əsaslanaraq insanın, onun hüquqlarının və maraqlarının hər şeydən üstün olduğunu irəli sürürlər. Bu yanaşmaya görə ordu da digər institutlar kimi insan hüquqlarına hörmət etməlidir.

Əlbəttə, hər bir normal insan demokratiyaya can atır. Lakin dünya mükəmməl deyildir. Bu gün dünyanın hər yerində terror, ekstremizm, separatizm, etnik münaqişələr, qaçaqmalçılıq, adam oğurluğu, narkotika, müxtəlif növ cinayətkarlıq s. geniş yayılmışdır. Bunlar demokratik cəmiyyətləri təhdid edirlər. Belə şəraitdə təhlükəsizliyə demokratiya prizmasından baxmaqdansa, demokratiyaya təhlükəsizlik prizmasından baxmaq daha məqsədəuyğun olardı.

 

Demokratiyaya təhlükəsizlik prizmasından baxış

 

Demokratiyaya təhlükəsizlik prizmasından baxmaq hərbi xidmətin bütün sahələrində tətbiq olunmalıdır. Əlbəttə, bu, təhlükəsizlik çağırışlarından yeri gəldi-gəlmədi istifadə edərək, hərbçilərin bütün hüquqlardan tam məhrum olunması, ədalətsizliyin baş alıb getməsi demək deyildir. Hərbi kollektivdə ədalətli bərabər münasibət onu idarə etməyin əsas prinsiplərindən biridir.

Hərbi xidmətin, ümumiyyətlə, dünyəvi dövlət quruculuğunun ən problematik məsələlərindən biri dinə, vicdan etiqad azadlığına münasibətdir. Demokratiya plüralizm şəraitində cəmiyyətdə müxtəlif dinlər, cərəyanlar, təriqətlər sektalar fəaliyyət göstərirlər. Bunların bəziləri gəncləri ekstremizmə fanatizmə cəlb edib cəmiyyətin dövlətin təhlükəsizlik maraqlarını təhdid edirlər. Beyinləri zərərli ideologiyalarla zəhərlənmiş gənclər vətənpərvərlik ruhuna zidd olan həyat tərzinə meyil etməyə, hərbi xidmətdən məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Ona görə , belə halların aradan qaldırılması üçün QHT-lər hələ hərbi çağırışa getməmiş gənclər qarşısında lazımi tədbirlər görməlidirlər. Məsələn, Hollandiyada hərbi çağırışa getməmişdən öncə, yerli ictimai birliklər, QHT-lər vətəndaş cəmiyyəti strukturları müvafiq bukletlər, təbliğat materialları tərtib edərək, onları yeniyetmə gənclərə paylayırlar. Hətta belə QHT-lər mövcuddur ki, onlar bu kimi tədbirlərin reallaşmasını  qrantlarla deyil, öz şəxsi büdcələrindən xərcləyirlər. Ölkəmizdə , bu kimi təlimlərin keçirilməsi yalnız müsbət hal kimi dəyərləndirilərdi. Çünki hərbi kollektivdə gənclərin tərbiyə olunması bəzən çox müşkül bir məsələyə çevrilir.

 

Orduda QHT mühitinin formalaşması zərurət ola bilərmi?

 

Bir sıra ordularda, misal üçün sovet ordusunda problematik məsələlərdən biri milli münasibətlər sahəsində özünü büruzə verirdi. Hərəsi bir respublikadan yığılmış gənclər bəzən heç hərbi nizamnamələrin dilini - rus dilini bilmirdilər. Bu isə, xidmətdə müxtəlif problemlər yaradırdı. Hərbi qulluqçular arasında milli zəmində qruplaşmalar yaranırdı. Bəzən ruslar tərəfindən ələ salınan əsgərlər özlərini çox qərib hiss edirdilər. Baxmayaraq ki, Sovet İttifaqı beynəlmiləlçilik ideologiyasını hər yerdə, eləcə , hərbi kollektivdə tətbiq etməyə çalışırdı, lakin bu sahədə müəyyən boşluqlar göz qabağında idi. Azərbaycan Milli Ordusunda bu sahədə vəziyyət tam fərqlidir. Azərbaycanın müxtəlif etnik mənsubiyyəti olan onlarla milli qəhrəmanı vardır xalq öz qəhrəmanları ilə qürur duyur, fəxr edir. Buna görə , kimin haradan olması, yaxud hansı etnik mənsubiyyətə malik olması orduda heç bir əhəmiyyət kəsb etmir. Hərbi vətənpərvərlik qardaşlıq ruhu çoxmillətli Azərbaycan cəmiyyətinin, bütün sahələrində olduğu kimi, Milli Orduda da özünü göstərir. Ölkədə aparılan milli siyasət milli mədəniyyətlərin sərbəst inkişafına, milli dialoqa, ümumi azərbaycançılıq ideologiyasının inkişafına xidmət edir. Bu siyasət orduya da sirayət edir.

Sonda, bir daha qeyd etmək istərdik ki, ordu-cəmiyyət ya ordu-QHT  münasibətləri qarşılıqlı hörmət, inam dialoq prinsipi üzərində qurulmalıdır. Lakin ordu cəmiyyətə deyil, cəmiyyət orduya nəzarət edə bilməlidir. Bu əsnada, QHT-lərin rolu danılmazdır. Yəni bəzi hallarda normal mühitin yaradılması üçün QHT-lərin xidmətindən istifadə etmək zərurət kimi qəbul edilir. Buna həm orduda QHT mühitinin formalaşması kimi ad vermək olar. Bunun üçün isə, demokratik cəmiyyətdə müvafiq mexanizmlər mövcuddur. İnsanlar ali hakimiyyət orqanlarına seçdikləri nümayəndələri, insan hüquqları müvəkkili, KİV müxtəlif QHT-lər vasitəsilə orduya nəzarəti həyata keçirə bilərlər. Hərbi xidmətdə olan gənclər cəmiyyətin diqqəti qayğısı ilə əhatə olunduqlarını hiss etməlidirlər.

 

 

Q.İsmayılov

 

Səs.- 2011.- 26 avqust.- S. 7.