Xəzər dənizinin sahillərində çimərlik turizmi

 

“Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən, dənizin sahil ərazilərində idarəetmə mexanizmi hazırlanacaq

 

Azərbaycanda turizm sürətlə inkişaf edən biznes sahəsidir. Ölkə başçısı  İlham  Əliyev tərəfindən turizmin inkişafına göstərilən diqqət və qayğı onun sürətli inkişafına təkan verir. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiqlənməsi turizm sektorunun dünya standartlarına uyğun səviyyədə qurulmasına təsirini göstərir.

Bu gün xalqımızın zəngin və dəyərli göstəricilərinin dünya miqyasına çıxarılmasında turizm imkanlarından istifadə edilir. Azərbaycanda olan sərvətlər turizmin inkişafını reallığa çevirib. 2011-ci ilin “Turizm İli” elan edilməsi həm Dövlət Proqramının, həm də turizm sənayesinin inkişafına təsirini göstərir. Belə ki, “Turizm İli” çərçivəsində bir sıra irimiqyaslı layihələr gerçəkləşir. Tədbirlər Planının hər bir bəndində turizm sektorunun sürətli inkişafına dair qeyd olunuan maddələr, demək olar ki, bütün sahələri əhatə edir. Artıq tədbirlərin həyata keçirilməsi reallaşıb. Tədbirlər Planının bir bəndinə əsasən, mədəni turizm tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirlər Planını icrası ilə əlaqədar Azərbaycanın turist axını çox olan rayonlarında “Bu, Vətən bizimdir” adlı turist düşərgələrinin təşkil edilməsinə başlanılmışdır. Belə ki, İsmayıllının rayon mədəniyyət və turizm, gənclər və idman şöbələrinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bu, Vətən bizimdir” adlı turist düşərgələrinin təşkili Tədbirlər Planına uyğun olaraq baş tutub. Bildiyimiz kimi, 2011-ci il üçün Azərbaycanın “Əfsanələr paytaxtı” Şabran, “Folklor Paytaxtı” Lənkəran və “Sənətkarlıq Paytaxtı” İsmayıllı elan olunub. Milli dəyərlərin təbliği məqsədi ilə keçirilən tədbir “Sənətkarlıq Paytaxtı” İsmayıllıda xalın milli dəyərləri geniş layihələr əsasında turistlərə təqdim olunur ki, bu da turistlərin Azərbaycana olan marağını daha da artırır.

Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlərin hazırlanır. Buradakı tarixi memarlıq abidələri qədimliyi və memarlığı, orijinallığı ilə əhəmiyyətlidir. Bu, Azərbaycana səfər edəcək dünya ölkələrinin nümayəndələri tərəfindən böyük marağa səbəb olur. Azərbaycanın tarixi mədəniyyət obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərinin xəritələrinin hazırlanması və ərazilərin genişləndirilməsi turizm sahəsində fəaliyyət göstərən  orta və kiçik sahibkarlara dəstək məqsədi daşıyır. “Turizm ili” çərçivəsində turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılmasına və investisiyaların cəlb olunmasına dair təkliflər bu işin daha da sürətlənməsinə təsirini göstərir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham  Əliyev “Turizi ili” elan olunan zaman hələ Xəzər dənizinin zənginliyini diqqətə çəkmişdir. Belə yararlı yerlərdən lazımı səviyyədə istifadə Azərbaycan turizm sektorunun inkişafına təsirini göstərməkdədir. İlham Əliyev bildirmişdir ki, Azərbaycanın gözəl təbiəti, Xəzər dənizi, dağları ölkənin milli sərvətidir. Belə bir zənginlik 2011-ci ildə turizmin inkişafına böyük təkan verir. Bu baxımdan “Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədi ilə müvafiq idarəetmə mexanizminin yaradılmasına dair təkliflərin hazırlanması nəzərdə tutulub. Bu, Azərbaycanda mövcud olan turizm potensialından lazımı səviyyədə bəhrələnmək və bu sektoru inkişaf etdirmək baxımından əhəmiyyətlidir. Azərbaycanın turizm üçün yararlı hesab olunan Xəzər dənizinin məkanlarında turizm sektorunun müasir standartlar səviyyəsində qurulması vacib məsələlərdən biri  kimi qarşıya qoyulub. Yer kürəsinin ən böyük gölü olan Xəzər dənizinin sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. buranın turizm imkanlarının genişliyini göstərən amillərdir. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Hələ sovet dövründə kurortların inkişaf etdirilməsi üçün Xəzər dənizi sahillərində kurort bazasının yaradılması buranın zənginliyinə əsaslanan faktordur. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır.

Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda, ikincisi isə YalamadakıXəzərturist bazasıdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan vətəndaşlarının əsas istirahət zonalarıdır. Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar s. resurslar turizm üçün olduqca yararlıdır. Bütün bunlarla yanaşı, Xəzər dənizinin bioloji resursları böyükdür ki, bu da onun turizm zonası tək istifadəsinə imkan yaradır.

Xəzərin florası da onun turizm sektoru tək inkişafına təsirini göstərir. Xəzərin sahil zonasında yaradılmış Qızılağac qoruğunda nadir quşlar saxlanılır. Qoruğun xaraterik nümayəndələri turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar s. onun zənginliyini xarakterizə edir. Belə bir təbii zənginliyə malik olan Xəzər dənizinin Tədbirlər Planına əsasən, sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi müvafiq idarəetmə mexanizminin yaradılması Azərbaycan turizminin sürətli inkişafına töhfələrini verəcək.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 26 avqust.- S. 8.