Birinci xanımın böyük missiyası

 

“Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür”- Prezident İlham Əliyevin bu sözləri Heydər Əliyev Fondunun və onun başçısı Mehriban Əliyevanın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

 

 Birinci xanımın qısa bioqrafiyası

 

Mehriban Əliyeva Bakıda ziyalı ailəsində anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.  Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu əlaçı diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.  Mehriban Əliyeva Heydər Əliyev Fonduna onun açılmasından- 10 may 2004-cü ildən bu günədək rəhbərlik edir. Fondun işinin əsas istiqaməti ən müxtəlif sahələrdə humanitar fəaliyyətdir. Bura valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Fond təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar nəzərdə tutub və onları həyata keçirir.

Rusiya və Rumıniyada nümayəndəliyi olan fond Azərbaycanın hüdudlarından kənarda da uğurlu layihələr həyata keçirir. Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Mehriban Əliyeva Azərbaycan xalqının rifahı naminə humanitar proqramların effektivliyinin gücləndirilməsi üçün bütün imkanlardan istifadəni öz vəzifəsinin əsas məqsədi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri və ən başlıcası dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Fond xarici dillərdə kitablar nəşr etdirib dünyada yayır, müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir. 2004-cü ilin avqustunda Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən, geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri seçilib. 

Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda, bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil ilə islam birliyinə dair bütün imkanları, Qərbin və Şərqin, eləcə də, müxtəlif sivilizasiyaların nə qədər maraqlı və bir-birinə faydalı ola bilməsini göstərməkdir.  

2005-ci ildə messenantlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban Əliyeva Rusiyanın “Yüzilliyin messenantları” Beynəlxalq Fondunun “Yaqut xaç” ordeni ilə təltif olunub.

Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə” xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə və bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə M.Əliyeva 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Onun nüfuzu Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Həmin il Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Mehriban xanım Əliyeva parlamentə deputat seçilib. Mehriban xanımın Leyla Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl Əli adında iki nəvəsi var.

 

Dövlətlər iqtisadiyyatı, millətlər mədəniyyəti ilə tanınır

 

Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami tapıb. Ötən 5 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorquddastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir istiqamətidir. Bu sahəyə qayğını fəaliyyətində daim əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, bilavasitə, bu fəaliyyətin nəticəsidir.

Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri Qarabağ xanəndələrialbomunun hazırlanması olub. YUNESKO xətti ilə hazırlanmış albomaQarabağ xanəndələriadının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilib. 2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalıb. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə, dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Qəbələdə Beynəlxalq Musiqi Festivalı pianoçuların müsabiqəsi keçirilir. Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi axşamları, muğam konserti təşkil edilir. Musiqi festivalında dünyanın onlarla ölkəsindən nümayəndələrin iştirak etməsi tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini sübuta yetirib.

Ümumiyyətlə, fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir bunun mərkəzində milli genefondun inkişafı, xalqın minilliklərdən keçirib bugünə çatdırdığı mədəni, milli, əxlaqi dəyərlər sistemi dayanır.

Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır.

 

 

 Elçin Bayramlı

 

Səs.- 2011.- 28 avqust.- S. 4.