Hüquqi dövlətdə sosial
təminat hüququ
Sosial təminat
hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci
maddəsində əks olunmuşdur. Sosial təminat dövlətin sosial funksiyası ilə
birbaşa
bağlıdır. Bu hüquq onu ifadə
edir ki, özünü saxlamaq qabiliyyətindən məhrum
olmuş, yaxud başqalarına nisbətən cəmiyyətdə daha çox sosial müdafiəyə ehtiyacı
olan
şəxsin öz
yaşayışını
təmin etmək üçün dövlətdən müəyyən məbləğ əldə etmək
haqqı vardır. Bu zaman fərdə əvəzsiz olaraq müəyyən məbləğdə pul vəsaiti və
digər güzəştlər verilir.
Dövlət büdcəsinə yığılan və
sosial
məqsədlər üçün
ayrılan pul sosial təminata
xərclənir. Bu hüquq dövlətin iqtisadi inkişafından asılı olduğundan, hər
dövlətdə fərqli xarakter daşıyır. Qanunda göstərilir ki, hər
kəsin sosial təminat
hüquq
vardır, amma
bununla belə, ilk növbədə, onun ailə
üzvləri
sözügedən şəxsə yardım
etməlidir.
Sosial təminat
vəsaitlərinin
toplandığı qurum Dövlət Sosial Müdafiə Fondudur. O, aztəminatlı ailələrin sosial təminatlarla maliyyələşdirilməsi ilə
məşğul olur.
Dövlət sosial sığorta sistemi dünyanın bir çox ölkələrində mövcuddur. Sosial təminatlar pensiya,
müavinət formasında müntəzəm olaraq qanunda göstərilmiş vaxtda ödənilməlidir. Aşağıda qeyd olunan hallar sosial təminat
hüququnu
müəyyən edir :
*
Qanunla
müəyyən edilmiş yaş həddinə çatdıqda ;
*
Xəstəliyi olduqda ;
*
əlilliyi olduqda ;
*
ailə
başçısını
itirdikdə ;
*
əmək qabiliyyətini itirdikdə ;
*
işsiz olduqda.
Pensiyaya çıxmaq üçün yaş həddi
kişilər üçün
63, qadınlar üçün
60 yaş həddində
müəyyənləşdirilmişdir. Amma zərərli, ağır işlərlə məşğul olan şəxslər üçün pensiya yaşı 5-10 il
azaldılır. Xəstəlik o zaman sosial təminat
hüququnun
istifadəsinə səbəb olur ki, şəxsin peşə fəaliyyətini uzun müddətə dayandırmaq zərurəti yaranır.
Ailə başçısının itirilməsi dövlət büdcəsinə gələn gəlirin
azalmasına səbəb olduğundan, ailə
başçısını
itirən ailə sosial təminat
almaq hüququ
qazanır. Belə ki, ailənin yetkinlik
yaşına
çatmamış
üzvlərinin hər birinə
pensiyanın minimum məbləğindən az olmayaraq pensiya müəyyən olunur
(müharibədə həlak olmuş vətəndaşın uşaqları, valideynləri, dul arvadı; vəfat etmiş şəxsin uşaqları və
uşaqlara
baxmağa
görə ailə üzvlərindən biri ).
Əlillik sağlamlığın, əmək qabiliyyətinin həmişəlik pozulmasıdır. Qanunvericiliklə müəyyən səbəblərdən əlil
olmuş
şəxslərə
dövlət təqaüdünün təyin
olunması və ödənilməsi qaydaları nəzərdə tutulur. Əlilliyə görə pensiyalar aşağıdakı hallarda müəyyən olunur :
*əmək zədəsi və
ya
peşə xəstəliyi olduqda ; * ümumi xəstəlik ; * hərbi xidmət
vəzifələrini yerinə yetirərkən yaralanma, kantuziya, zədələnmə və
ya xəstələnmə.
Əmək qabiliyyətinin itirilməsindən asılı olaraq əlillik
3 qrupa bölünür,
əlillik qrupu xüsusi həkim-ekspert komissiyası tərəfindən müəyyən edilir.
İşsizlik də
sosial
təminat sisteminə qoşulmaq üçün əsasdır. Burada sosial təminat
hüququnun
həyata keçirilməsi səbəbi şəxsin obyektiv səbəblərdən özünün iş qüvvəsini sərf
etmək üçün iş tapa bilməməsidir. Bu zaman işsiz qalmış vətəndaşa dövlət öz maliyyə
imkanları çərçivəsində işsizlik müavinəti ödəyir.
Pensiyalar əmək və sosial pensiyalar olmaqla 2 qrupa bölünür.
Əmək
pensiyası
müəyyən yaş həddinə çatmış və müəyyən iş stajı olan vətəndaşlara verilir.
Sosial pensiyalar isə stajdan və işləməkdən asılı olmayaraq, yuxarıda sadalanan hallarda ödənilir.
Pensiya təminatı “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimlənir.
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə
əsasən hər kəs qanunla müəyyən olunmuş
yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısının itirdiyinə, əmək qabiliyyətinin itirdiyinə, işsizliyə
görə və qanunla nəzərdə tutulan digər hallarda sosial təminat hüququna malikdir.
İnsanların konstitusiya ilə müəyyən olunan sosial təminatının
əsas hüquqlarından
biri də sosial müavinət almaq hüququdur. Sosial müavinətlər qanunvericiliklə
müəyyən edilmiş
qaydada ayrı-ayrı
kateqoriya şəxslərə
sosial yardım göstərilməsi məqsədilə
aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
2006-cı ilə qədər
respublikamızda sosial
müavinətlərlə bağlı
vahid normativ akt mövcud olmamış, bu məsələ müxtəlif
qanunvericilik aktları
ilə tənzimlənmişdir. 07. 02. 2006-cı il
tarixdə “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının
Qanunu qəbul olunduqdan sonra, sosial
müavinətlərin təyin
olunması və verilməsinin hüquqi əsasları, eləcə də, bu sahədə yaranan digər münasibətlər bu Qanunla tənzimlənməyə
başlanmışdır.
Sosial müavinətlər təqdim olunma əsaslarından asılı
olaraq iki qrupa,
aylıq müavinətlərə
və birdəfəlik
müavinətlərə ayrılır. Aylıq müavinətlərə dövlət
qulluqçularına ömürlük
müavinət,
yaşa görə
müavinət,
əlilliyə görə
müavinət,
sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara müavinət, ailə başçısını itirməyə
görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş
bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə
müavinət,
üç yaşınadək
uşağa qulluğa
görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş
bəzi kateqoriya şəxslərin 16 yaşadək
(ümumtəhsil müəssisələrində
əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına
müavinət,
valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
qəyyumlarına (himayəçilərinə)
müavinət,
bir yaşınadək
uşağı olan aztəminatlı ailələrə
müavinət daxildir. Birdəfəlik
müavinətlərə radiasiya
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkərək
əlil olmuş şəxslərə hər
il müalicə üçün müavinət, uşağın
anadan olmasına görə müavinət, dəfn üçün müavinət
daxildir. Dövlət qulluqçularına
ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqlara
müavinət,
ailə başçısını
itirməyə görə
müavinət,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş bəzi kateqoriya şəxslərə
kommunal, nəqliyyat və digər xidmətlərə
görə müavinətlərdən
bir neçəsinə
hüququ olan şəxslərə yalnız
bir növ müavinət təyin edilir. Bu müavinətlər istisna
olmaqla, digər növ müavinətlərə
hüququ olan şəxslərə həmin
növ müavinətlərin
hamısı təyin
oluna bilər.
Sosial müavinətlərin
məbləğinin müəyyənləşdirilməsi
Azərbaycan Respublikasının
Prezidentinin səlahiyyətlərinə
daxildir və məbləğin müəyyənləşdirilməsi
Fərmanlar ilə həyata keçirilir. Sosial müavinətlərin
məbləğinə ildə
bir dəfədən az olmamaq
şərtilə indeksləşdirilməklə
yenidən baxılır.
Sosial müavinətlərin
təyin edilməsi müddəti onun hansı tarixdən və hansı müddətə təyin
edilməsi əhatə
edir. Müavinət almaq hüququ
yaranan hər bir şəxsin istənilən vaxt müavinət təyinatı
üçün müraciət
etmək hüququ vardır. Müavinətlər əvvəlki
tarixə ən çoxu üç il müddətinə təyin edilə bilər, lakin bu müddət “Sosial müavinətlər
haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən, 01.
01. 2006-cı ildən əvvəlki
dövrü əhatə
edə bilməz. Dövlət qulluqçularına ömürlük
və yaşa görə müavinətlər
ömürlük, əliliyə görə müavinət
əlillik müddətinə
görə,
sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara müavinət
18 yaşınadək uşaqların
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş sağlamlıq
imkanlarının məhdudluğu
müddətinə, ailə başçısını itirməyə
görə müavinət, vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına
çatanadək (əyani
təhsil alanlara təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaq şərtilə), vəfat etmiş şəxsin 18 yaşına çatanadək
sağlamlıq imkanlarının
məhdudluğu müəyyən
olunmuş 18 yaşından
yuxarı əlil uşaqlarına əlillik
müddətinə, vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına
baxan və yaşından, əmək qabiliyyətindən
asılı olmayaraq işləməyən valideynlərindən, qardaş, bacı, baba və nənələrdən
birinə uşağın
8 yaşınadək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş
bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə
müavinət,
onu almaq hüququ olan şəxs bu hüququ itirənədək, üç yaşına görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən şəxs, qismən ödənişli sosial məzuniyyətə çıxdığı
gündən məzuniyyət
müddətinə, bəzi kateqoriya şəxslərin
16 yaşınadək (ümumtəhsil
məktəblərində əyani
təhsil alanlar üçün 18 yaşınadək)
uşaqlarına müavinət
uşağın 16 yaşı
tamam olan ayın sonunadək, ümumtəhsil
məktəblərində əyani
təhsil alanlara 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox
olmamaq şərtilə), valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına
(himayəçilərinə) müavinət qəyyumluq
(himayəçilik) müəyyən
edildiyi müddətə, bir yaşınadək uşağı
olan aztəminatlı ailərə müavinət, uşağın
bir yaşı tamam olan ayın
sonunadək,
radiasiya qəzası
nəticəsində əziyyət
çəkmiş şəxslərə
hər il müalicə üçün
müavinət müraciət
edilən aydan sonrakı ayın 1-dək
ildə bir dəfə ödənilməklə
əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu
müddətinə təyin
edilir. Uşağın anadan olmasına
görə və dəfn üçün birdəfəlik müavinətlər
müraciət etmə
müddətindən asılı
olmayaraq təyin edilir.
İşsizlik müavinəti passiv tədbir növüdür, vətəndaşlara
müəyyən bir vaxt ərzində aktiv iş axtarmaq
üçün imkan
vermək və onlara bu müddətdə
maddi köməklik göstərmək məqsədilə
təyin edilir.
Azərbaycan Respublikasının
35-ci və 38-ci maddələrinə
əsasən hər kəs işsizliyə görə sosial təminat hüququna malikdir və işsizlərin dövlətdən
sosial təminat almaq hüququ vardır. Vətəndaşlara işsiz statusu verilməsi və işsizlik müavinətinin
təyin edilməsi “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir. Ünvanlı
dövlət sosial yardımı yoxsulluğun
mənfi nəticələrinin
yüngülləşdirilməsi, aztəminatlı
təbəqənin sosial
rifah halının yüksəldilməsi və
onların sosial müdafiəsinin təminatı
üçün nəzərdə
tutulur və aztəminatlı ailələrə
dövlət tərəfindən
göstərilən pul
yardımıdır.
Vahid Ömərov, fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2011.- 2 dekabr.- S. 10.