V Beynəlxalq Mstislav Rostropoviç Festivalı öz işinə başladı

 

Yeddi gün davam edən festivalda dünyanın müxtəlif musiqiçləri və musiqi kollektivləri iştirak edirlər

 

Dekabrın 4-də  HeydərƏliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirildi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, festivalın əsas məqsədi Mstislav Rostro-poviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.

Nazir bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər.

Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxışında Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsini atasının arzusu olduğunu diqqətə çat-dırdı. O bildirdi ki, 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə bu gözəl ənənənin bünövrəsini qoymuşdur:

Mstislav Rostropoviç Festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zal-larında keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.

Olqa Rostropoviç çıxışında Azərbaycan Festivalın açılış günü o da diqqətə çatdı-rıldı ki, Bakı festivalının daha bir ənənəsi böyük Mstislav Rostropoviçin davamçıları olan istedadlı gənclərin çıxışlarıdır.

Festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı musiqi kollektivlərindən olan Paris Kamera Orkestri solistlərinin konserti ilə yekunlaşacaqdır.

Festivalın açılış mərasimində Flamand Operasının Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən parçalar səsləndirildi. Orkestrin bədii rəhbəri və baş dirijoru Dmitri Yurovski, solisti isə Georq Niql (Avstriya) idilər.

Xatırladım ki, festivalda iştirak etmək üçün Rusiya, Belçika, ABŞ, Almaniya, Cə-nubi KoreyaFransadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Viktor Tretya-kov, Dmitri Yurovski, So Younq Yoon, iqnat Soljenitsın, Antverpen Simfonik Orkestri, Nijni Novqorod Simfonik Orkestn, Qalina Vişnevskayanın Opera Mərkəzi, Vsevolod Quzov, Ensemble Orchestral de Paris, Lourens Foster, Jan İv Tibode və başqaları paytaxtımıza səfər ediblər.

Tədbirlər planına əsasən, festival dünən öz işini Azərbaycan Dövlət Filarmoni-yasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə davam etdirib. Orkestrin müşayiəti ilə C.Verdinin "Taleyin gücü" operasından uvertura, V.Mo-sartın fortepianoorkestr üçün Konserti, İ.Stravinskinin "Petruşka" baletindən musiqis. səsləndirilib.

Prezıdentı llham Əlıyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya həmişə minnətdar olacağını diqqətə çatdırdı. Belə ki, Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ilk festival məhz Bakıda keçirilmişdir.

 

 Zümrüd

Səs.- 2011.- 6 dekabr.- S.  12.