Məhəmmədhüseyn
Şəhriyar - 100
Azərbaycan Milli
Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunda
Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyinə həsr olunmuş
jurnal işıq üzü
görüb. İnstitutun
nəşri olan “Azərbaycan şərqşünaslığı”
jurnalının növbəti sayı XX əsr Azərbaycan
poeziyasının ən görkəmli nümayəndələrindən
biri Məhəmmədhüseyn Şəhriyarın
həyat və fəaliyyətini özündə ehtiva edir.
Məhəmmədhüseyn
Şəhriyarın anadan olmasının
105 illiyinə həsr olunmuş jurnal institutun direktoru, filologiya elmləri
doktoru, professor
Gövhər Baxşəliyevanın “Milli
ruhun təntənəsi” yazısı ilə
açılır. Jurnalın “Şəhriyarın
ömür səhifələri”
rubrikasında institutun elmi
işçisi Afət Rüstəmovanın
fars dilindən tərcümə etdiyi yazılar, “Şəhriyarın fikir və sənət dünyası” bölməsində
filologiya üzrə fəlsəfə doktoru Nüşabə Əlizadənin “Azərbaycan
şəhriyarşünaslıq məktəbi”, filologiya üzrə fəlsəfə
doktoru Səadət
Şıxıyevanın “Şəhriyarın
“Divani-türki”sində irfani
düşüncənin ifadəsi”, filologiya
elmləri doktoru Elman Quliyevin “Heydərbaba” yüksəkliyi - sənət
möcüzəsi”, iqtisadiyyat üzrə
fəlsəfə doktoru Əkrəm Rəhimlinin
“Milli oyanışda Şəhriyar
poeziyasının rolu”, Ruhəngiz Məmmədovanın
“Şəhriyarın anadilli şeirlərinin
bəzi poetik xüsusiyyətləri” məqalələri
dərc olunub.
Məhəmmədhüseyn
Şəhriyar poeziyasının dili ilə
bağlı Lefkə Avropa Universitetinin
assistent-professoru Nazim Muradovun “Şəhriyarın “Heydərbabaya salam” poemasında dildə qənaət qanunu modelinə uyğun strukturlar haqqında”, filologiya
üzrə fəlsəfə doktoru Aybəniz
Həsənovanın “Şəhriyarın fars
“Divan”ında felin semantik-üslubi
xüsusiyyətləri” məqalələri dərc olunub.
Bütün
bu məqalələrdə Məhəmmədhüseyn
Şəhriyarın keçdiyi sənət
yoluna, onun şaxəli
yaradıcılığına diqqət yetirilir.
Şairin əzablı və mübarizələrlə
zəngin yolu, həyatı
yaradıcılığından yan
ötməmişdir. Özünə məxsus bir
sənət möcüzəsi
yaradan şair məhz
bu dəyərləri baxımından tədqiq
olunur, öyrənilir, sənət
görüşlərinə münasibətlər ifadə olunur.
“Azərbaycan şərqşünaslığı”
jurnalının “Tərcümə” bölməsində institutun direktor müavini, filologiya üzrə
fəlsəfə doktoru Məsiağa Məhəmmədinin
farscadan çevirdiyi
Şəhriyarın “Mövlana Şəms
Təbrizinin xanəgahında” əsəri, həmçinin, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) yeni çap olunmuş “Söz sərrafı Şəhriyar” kitabı
haqqında filologiya elmləri doktoru Almaz Məmmədovanın
rəyi çap olunub.
Sonda Məhəmmədhüseyn
Şəhriyar nisgili ilə
yazılmış Bahəddin Karakoçun
“Gün sızlayır Şəhriyar”a və
Seyid Nurəddin Dərafərinin “Heydərbaba”
şeirləri oxuculara təqdim olunub.
Qeyd
edim ki, 7 dekabr tarixində AMEA Rəyasət Heyətində akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunun
təşkilatçılığı ilə Azərbaycan
xalqının böyük şairi, XX əsr Şərq
poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn
Şəhriyarın 105 illiyinə həsr olunmuş elmi konfrans da
keçiriləcək. Elmi konfransda Məhəmmədhüseyn Şəhriyarın
fəlsəfi görüşlərinə nəzər
salınacaq, onun əsərlərinə elmi cəhətdən münasibət ifadə
olunacaq.
Zümrüd
Səs.-
2011.- 7 dekabr.- S.12.