Hüquqi dövlətdə azad sahibkarlıq hüququ

 

Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etməklə demokratik xarakterli ilk konstitusiyasını qəbul etmişbununla da cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı islahatların aparılmasına başlanılmışdır. Məhz həmin islahatlar nəticəsində mülkiyyətin müxtəlif formaları içərisində xüsusi mülkiyyətin çəkisi artmış, xüsusi mülkiyyətçilər təbəqəsi təşəkkül tapmış və ilkin kapital yığımı prosesi yüksək sürətlə getməkdədir. 1995-ci ildən başlanmış hüquqi islahatlar nəticəsində həyati əhəmiyyətli çoxsaylı qanunvericilik aktları qəbul olunmuş və qüvvəyə minmişdir. Həmin qanunvericilik aktlarında demokratikhüquqi dövlət prinsipləri ümumiləşdirilmiş və onlar beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Eyni zamanda, həmin qanunvericilik aktlarında Avropa dövlətlərinin təcrübəsi nəzərə alınmış və onlara bir sıra yeni institutlar daxil edilmişdir. Həmin institutlardan biri isə sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində azad sahibkarlıq hüququ haqqında aşağıdakılar göstərilmişdir: “Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.”

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə, aşağıdakı hüquqlara malikdir:

İstənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaqbu orqanların işində iştirak etmək;

Dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının və əmlak hüquqlarını qanunvericiliyə müvafiq  olaraq tamamilə və ya qismən əldə etmək;

Başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

İşçiləri isə qəbul etmək və qanunvericiliyə müvafiq  olaraq onları işdən azad etmək;İşçilərin əməyinin ödənilməsinin formasistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

Təsərrüfat-maliyyə fəaliyyətini müstəsna həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehsalçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında görmək və məhsul göndərmək;

Öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tarixlər) müəyyənləşdirmək;Pul vəsaitinin saxlanılması, hesablanma, kreditkassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

Sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək.Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfətin     bölüşdürülməsi qaydasını bağlaşmaya müvafiq müəyyən etmək;

Məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək

(vergisosial ayırmaları verəndən sonra);

Dövlət sosial təminatlı sistemindən istifadə etmək;

Hüquqlarına qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının digər orqanların, təsərrüfat subyektlərinin fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;

Xarici iqtisadi münasibətlərdə iştirak etmək valyuta əməliyyatları aparmaq;

İcitmai fondlara, səhiyyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi mülki məqsədlər, müharibə başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

Həmkarlar ittifaqında digər birliklərdə iştirak etmək;

Dövlət sığorta fonduna, habelə, işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada həcmdə ayırmalar vermək;

Qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək

Sahibkarın əmlak məsuliyyəti

Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam ya məhdud əmlak məsuliyyəti daşıyırlar.

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.

Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilməsi ya lazımi qaydada icra edilmədiyi üçün eyni məsuliyyət daşıyır.

Sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi öz öhdəliklərini icra etmədiyi ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülkü-hüquqi, inzibati cinayət məsuliyyəti daşıyır.

Sahibkarlığın dövlət tərəfindən  hüquqi tənzimlənməsi  dövlət nəzarəti

Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi pul-kredit vasitəsi ilə tənzimləyir. Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət təşkilati-hüquqi imtiyazlara qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini buna müvafiq olaraq düzəlişlər sistemini müəyyənləşdirir.

Dövlət sahibkalığa kömək məqsədilə ilə informasiya, məsləhət, elm tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikasının Milli Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqanlar malikdir. Vergi, antiinhisar, sanitariya, ekologiya s. dövlət nəzarət orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər - qanunçuluğun gözlənilməsi, ölkənin vətəndaşların təhlükəsizliyi müdafiəsi, vergi, qiymət antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma arxitektura normalarının gözlənilməsi tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

Dövlət hakimiyyəti dövlət idarəetmə orqanlarına mülkiyyət təşkilati-hüquqi formasından asılı olaraq bu ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə, dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların ictimai birliklərin müdaxiləsinə yol verilmir. Hüquqi şəxs yaradılmaqla həyata keçirilən sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən sahibkarın şəxsi gəlirindən vergilərin tutulması Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Sahibkardan əsassız olaraq məcburi surətdə vergi digər ödəmələr tutularsa ya sahibkara vergi qanunvericiliyini pozduğuna görə cərimə sanksiyaları düzgün tətbiq edilməzsə, sahibkarın buna yol  vermiş orqanlara iddiası üzrə bütün qeyri-qanuni tutulmuş məbləğ həmin dövr üçün kredit faizi əlavə olunmaqla qaytarılır ya sahibkarın razılığı ilə növbəti dövrün vergilərinin ödənməsi hesabına aid edilir.

Sahibkarlıq hüquqlarının hüquqi nizamlanması

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər - qanunçuluğun gözlənilməsi, ölkənin vətəndaşların təhlükəsizliyi müdafiəsi, vergi, qiymət antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma arxitektura normalarının gözlənilməsi tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

Dövlət hakimiyyəti dövlət idarəetmə orqanlarına mülkiyyət təşkilati-hüquqi formasından açılı olaraq bu ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə, dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların ictimai birliklərin müdaxiləsinə yol verilmir.

Sahibkarlıq fəaliyyətinin dayandırılması xitamı

Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər.

Sahibkar vəfat etdikdə, onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

* bağlaşmanın müddəti başa çatdıqda;

* tərəflərin qarşılıqlı razılığı ilə;

* məhkəmənin qərarı ilə;

* bağlaşmada qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Hər kəsin sahibkarlıq sahəsində iqtisadi fəaliyyəti onun şəxsi azadlığının təzahürü kimi xarakterizə edilir azad iqtisadi fəaliyyət prinsipi inkişaf etdirilir.

Sahibkarlıq fəaliyyəti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Azərbaycan Respublikasında Heydər Əliyev tərəfindən əsası qoyulan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin huquqi müdafiəsi istiqamətində böyük işlər görülmüşdür. Son illərdə sahibkarların dövlətin iqtisadi sosial təhlükəsizliyi modelində yeri rolu nəzərdən qaçırılmamış bu istiqamətdə radikal xarakterli tədbirlər həyata keçirilmişdir.

 

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 7 dekabr.- S. 10.