“ƏBƏDİYAŞAR
LİDER”
Dünən
“Səs” qəzeti redaksiyasında “ƏBƏDİYAŞAR
LİDER” mövzusunda növbəti dəyirmi masa
keçirildi. Dəyirmi masada
Prezident Administrasiyasının beynəlxalq
əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədov, YAP İdarə Heyətinin
üzvü Kərim Kərimov, millət vəkili
Fəzail Ağamalı, YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu,
“Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya
Agentliyinin baş direktoru Bəhruz Quliyev, eləcə
də, mətbuat nümayəndələri iştirak
etdi. Qonaqları salamlayaraq, dəyirmi masanı açıq elan edən “Səs”
qəzetinin baş redaktoru,
SİA-nın baş direktoru
Bəhruz Quliyev dövlətimiz və
xalqımız qarşısında əvəzsiz xidmətləri
olmuş Ulu Öndər
Heydər Əliyevin əbədi olaraq yaddaşlara həkk olunduğunu
bildirdi.
Bəhruz
Quliyev: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev,
sözün əsl mənasında,
bütün ömrünü
öz xalqına həsr etdi”
-
Artıq bildiyimiz kimi,
“Səs” qəzeti redaksiyasında ölkəmizdə cərəyan
edən mühüm hadisələrə,
eləcə də, ən aktual məsələlərə
həsr edilmiş ənənəvi dəyirmi
masalar keçirilir. Bugünkü dəyirmi masanın mövzusu isə Ulu
Öndərimizin anım gününə həsr edilmişdir.
Azərbaycan
xalqının Ümummilli Lideri
Heydər Əliyev, sözün əsl mənasında,
bütün ömrünü
öz xalqına həsr etdi.
O, hər zaman qədirbilən
xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Bu gün
qazanılan hər bir uğur,
hər bir nailiyyət Ulu
Öndərin zamanında istiqamətləndirdiyi uğurlu siyasi kursun və strategiyanın məntiqi nəticəsidir.
Məhz bu gün həmin
müdrik siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Novruz Məmmədov:
“Ümummilli
Liderimiz Heydər Əliyev
haqqında söz demək, onu əldə
etmək üçün uzun
müddət Onun fəaliyyətini öyrənmək
lazımdır ki, müxtəlif yollarla sözü
demək
zirvəsinə çata biləsən”
- Ümummilli
Liderimizin xatirəsi hamımızı üçün həmişə əzizdir və
bu günlər də bir
daha toplaşaraq, Onu xatırlayır, Onun
haqqında fikirlərimizi söyləyirik və Onun gördüyü
işləri, apardığı siyasəti ətrafında fikir mübadiləsi aparırıq. Bu gün böyük
dahi, siyasi dövlət xadim
Ulu Öndər Heydər Əliyev
haqqında söz demək, fikir söyləmək çox
çətindir. Eyni zamanda,
Ümummilli Liderimiz
Heydər Əliyev haqqında söz demək,
onu əldə
etmək üçün uzun
müddət Onun fəaliyyətini öyrənmək
lazımdır ki, müxtəlif yollarla sözü demək
zirvəsinə çata biləsən. Qeyd etmək istərdim ki,
cəmiyyətlərin, xalqların tarixində elə bir dövrlər olub və
xalqlar elə bir situasiyaya gəlib çıxıblar ki, bu xalqlar
oradan çıxış yolu tapmaq üçün
hər bir addımı atmağa
hazır olur. Belə hadisə 1988-ci ildə
“Azadlıq” meydanına bütün Azərbaycanın
nümayəndələrinin toplanması ilə ölkəmizdə
də oldu. Bu da bir tarixi
qanunauyğunluq idi. Bu hadisənin uzun müddət
təşkilatlanmadan baş verməsi, sözsüz ki, nəticədə
baş verən proseslərlə özünü bəlli etdi.
Belə bir prosesi bizim xalq da
yaşadı. Və əslində, nəyisə istəmək
asandır, ancaq onu
yerinə yetirmək həmişə,
hər zaman çətin olur.
Həmin dövrü hər birimiz keçmişik.
Millətimizin,
xalqımızın xoşbəxtliyi onda oldu ki, öz
liderini, deyərdim ki,
vaxtında, zamanında tapa bildi. Çünki cərəyan
edən proseslər elə proseslər idi ki, həmin dövrə kimi
yetişməli idi. Belə ki, 1988-ci ildən 1991-ci ilə qədər
insanların beynində keyfiyyət dərsi keçirildi.
O vaxt müxtəlif qurumlar,
insanlar arasında bir-birinə zidd fikirlər yaranmışdı. Ona görə də, həmin üç
il ərzində xalq daha düzgün seçim etməyə nail
oldu və bildi ki, Azərbaycanı bu
çətin durumdan ancaq
Heydər Əliyev çıxara bilər.
Digər bir fikrimi də
bildirmək istərdim. Belə ki, dünyada böyük tarixi
hadisələri vaxtında görüb düzgün qiymətləndirmək
çətindir. Gəlin 1789-cu ildə Fransa burjua
inqilabına müraciət edək. Belə ki, 20-30 il bu inqilab
haqqında tamam başqa fikirlər səslənirdi. Ancaq bu
gün, müasir dövrdə
tamam fərqli fikirlər deyilir. 1989-cu ildə mən
Fransada olarkən, orada iki böyük cəbhə
yarandığının şahidi oldum. Birinci cəbhə bu
inqilabın xalqa və tarixə heç bir şey vermədiyini,
ikinci cəbhə isə birincinin əksini iddia edir və
inqilabın 200 illiyini qeyd edirdi.
Yəni demək istəyirəm ki, məhz o dövrdə
baş verən hadisələrlə bağlı fikir söyləmək
çətin olardı. Bu baxımdan da, Ümummilli Lider Heydər
Əliyevin Azərbaycana rəhbər olması və bu 10 il ərzində
Azərbaycanı çətinliklərdən,
mürəkkəb proseslərdən
çıxarmasını ölkəmizin alimləri, tədqiqatçıları,
siyasətçiləri daha sonralar görəcəklər.
Biz bunu intuisiv də olaraq, çalışıraq,
düşünərək də görürük.
Çünki Onun yolunu müqəddəs yol kimi qəbul edir
və inanırdıq ki, yalnız bu yolla gedilə bilər.
İstəməyənlər isə
sonradan bir daha başa düşüblər ki, Ulu Öndərimiz
Heydər Əliyevin yolu müstəqil Azərbaycanımızın
uğurlu yoludur. Bu gün Azərbaycanımızın indiki
şəraitdə xarici siyasətini təhlil etdikdə, bir
daha bu uğurların Ulu Öndər Heydər Əliyev yolunun
uğurlu nəticəsi olduğunun şahidi oluruq.
Bütün bu nailiyyətlər - Azərbaycanın
bugünkü uğurlu inkişafı Ulu Öndər Heydər
Əliyevin düzgün strategiyasının nəticəsidir. Gürcüstan bir qədər
tendensiyaların təsiri altına düşərək, iki
bölgəsini itirdi və onların nə vaxt
qayıtarılacağı bəlli deyil. Azərbaycan isə
Gürcüstandan fərqli və ikili standartlar vəziyyətində
yaşayır. Belə ki, Gürcüstanın arxasında Qərbin
dayandığı açıq-aydın görünür.
Bizim arxamızda isə 100 faiz haqqımız olan Dağlıq
Qarabağı Qərbin ədalət naminə də dəstəkləmədiyini
görürürük. Bundan sonra hansı proseslər baş
verə bilərdi və belə vəziyyətdə Azərbaycanın
axırı nə ola bilərdi? Bütün bunları o zaman
Ulu Öndər Heydər Əliyev gördüyü
üçün bizi
zamanında bu yolla
aparırdı. Özü də aparılan bu yol elə bir yol
idi ki, büdürəmədən, müəyyən çətinliyə
düşmədən onu qət edək.
Bu gün Heydər Əliyevin
geosiyasi dühası ətrafında
fikir söyləmək istəyirəm.
Sözümün əvvəlində qeyd etdim ki, bəzən
böyük hadisələrin, ümumiyyətlə, sonra təhlilini
etmək mümkün olur. Amma dünya tarixində, dünya
xalqlarının tarixində elə insanlar var ki, hadisələri
vaxtında görə və
qiymətləndirə bilir. Hətta gələcək
haqqında proqnozlar da verə bilirlər. Ulu Öndər Heydər
Əliyev məhz belə şəxsiyyətlərdən
biri idi ki, o zaman bugünkü
günü həm duya, həm də görə bilirdi.
Bəhruz Quliyev : “İnsanların qəlbində bir Liderə sevgi var idi”
- Bu dövrdə
meydanda lider çatışmazlığı var idi. Lakin
insanların qəlbində bir liderə sevgi var idi - O, Ulu Öndər Heydər Əliyev idi.
Amma həmin dövürdə xalqın koordinasiya olunmasına
və təşkilatlandırılmasına ehtiyac duyulurdu. Bunu
bir qrup ziyalılar həyata keçirdilər və “Səs” qəzetində
Ulu Öndərə müraciət etdilər...
Kərim Kərimov:
“Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycanın
yaradıcısı,
müstəqil dövlətimizin
qurucusudur”
- Çox düzgün qoyulan bir məsələdir.
Xatırlatmaq istərdim ki, Ulu Öndər Heydər Əliyevin
85 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası “Heydər
Əliyev və Azərbaycan” adlı kitab nəşr etdi. Həmin
kitabda mən “Heydər Əliyev - azadlıq uğrunda
mübariz” yazımla çıxış etmişəm. Ulu
Öndər Heydər Əliyev haqqında bu günə qədər
çox kitablar yazılıb, filimlər çəkilib. Əminəm
ki, bundan sonra da yazılacaq və çəkiləcək.
Çünki Ulu Öndər Heydər Əliyev bugünkü
Azərbaycanın yaradıcısı, müstəqil dövlətimizin
qurucusudur. Heydər Əliyev Azərbaycanı bu yola
çıxarmaq üçün qətiyyəti, əzamkarlığı
ilə çox çətinliklərə sinə gərmiş,
hər bir əziyyətə, amansız təqiblərə məruz
qalmışdır. Onu da xatırlatmaq istərdim ki, 1998-ci ildə
mən Heydər Əliyevin seçki qərargahının təşkilat
məsələləri üzrə müavini idim. Heydər Əliyev
yerlərdə baş verən vəziyyətlə tez-tez
maraqlanırdı, xalqın seçkiyə olan münasibəti
ilə bağlı bizim fikirlərimizi soruşurdu, müəyyən
qərarlar verərək, nəticələrə gəlirdi.
Bu, o dövrlər idi ki, Azərbaycan
kritik siyasi dövrlərindən birini
yaşayırdı. Ölkə müxalifəti hər vəchlə
aranı qarışdırmağa cəhdlər göstərir,
dağıdıcılığa meyilliliyini sərgiləyirdi.
Və məhz həmin dövrlərdə Azərbaycan
xalqı bir daha öz müdrik seçimini etdi. Yəni Azərbaycan
xalqı bir daha sübut etdi ki, hər zaman öz Liderinin
yanındadır. Təbii ki, Azərbaycan xalqı öz Liderinə
inandığı kimi, Ulu Öndər Heydər Əliyev də
öz xalqını sevir, onun uğrunda müəyyən
qüvvələrə qarşı qətiyyətli mübarizə
aparırdı. O, dahi şəxsiyyət, uzaqgörən Lider
idi. Bu gün 20 illiyini qeyd etdiyimiz Azərbaycanın müstəqilliyi
məhz Ulu Öndərin böyük siyasətinin nəticəsidir.
“Səs” qəzetinin əməkdaşı:
Süni maneələrə, ciddi problemlərə baxmayaraq, Ulu
Öndər Heydər Əliyev xalqa, dövlətə gərəkli
ömür sərf edib. Bu baxımdan, dahi
öndərin ömrünü təlatümlərdən
çıxıb, zirvələrə yüksələn ömür hesab etmək olarmı?
Fəzail
Ağamalı: “Əgər Heydər Əliyev həmin
dövrlərdə, yəni 1991-ci ildən hakimiyyətə gəlsəydi,
nə torpaqlarımız işğal olunardı, nə də Azərbaycan çətinliklərlə üzləşərdi”
- Hər hansı bir
çətinlikdən və situasiyadan çıxmaq
üçün lider amili xüsusi rol oynayır. Bu
baxımdan, 1988-ci ildən 1993-cü ilin iyununa qədər Azərbaycanda
baş vermiş bütün kataklizmilərin doğurmuş
olduğu ağır nəticələrin əsas səbəbi
həmin zaman kəsiyində Heydər Əliyevin lider kimi millətinin
önündə getməsi, imkan verməsi oldu. Əgər
Heydər Əliyev həmin dövrlərdə, yəni 1991-ci
ildən hakimiyyətə gəlsəydi, nə
torpaqlarımız işğal olunardı, nə də Azərbaycan
çətinliklərlə üzləşərdi. Lakin Azərbaycan
xalqı vaxtında öz liderinə üz tutdu və bu gün
Azərbaycan dövləti, Azərbaycan xalqı Ulu Öndər
Heydər Əliyev siyasətini təqdir edir və Onun yolu ilə
gedir. Və təbii ki, dahi şəxsiyyət Heydər Əliyev
Azərbaycan xalqının tarixi durduqca, Azərbaycan dövləti
yaşadıqca Lider adını özündə
saxlayacaqdır.
“Səs” qəzetinin əməkdaşı:
Vüqar müəllim, “Mənim həyatımın məqsədi
müstəqil Azərbaycandır, Azərbaycan xalqı və
dövlətidir” deyən Ulu Öndər bu məqsədlərini
reallaşdıra bildimi?
Vüqar Rəhimzadə:
“Bugünkü Azərbaycanımız, müstəqilliyimizin
möhkəmlənməsi və ölkəmizin lider dövlətə
çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin
müqayisə edilməyən siyasətinin məntiqi nəticəsidir”
- İlk öncə,
“Səs” qəzetinə, eləcə də, qəzetin
bütün kollektivinə öz təşəkkürümü
və minnətdarlığımı bildirirəm ki, Ulu
Öndərimiz Heydər Əliyevlə bağlı belə
bir dəyirmi masa keçirir və biz də yaranmış bu
şəraitdən istifadə edərək, Ulu Öndərimiz
haqqında öz fikirlərimizi söyləyə bilirik.
Çünki harada olmağımızdan asılı olmayaraq,
Ulu Öndər Heydər Əliyevin adı səslənən
yerdə Azərbaycan var, Azərbaycan dövləti var, Azərbaycan
xalqı var. Çünki Heydər Əliyev dediyimiz zaman Azərbaycan,
Azərbaycan dediyimiz zaman isə Heydər Əliyev başa
düşülür. Bugünkü Azərbaycanımız,
müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin
lider dövlətə çevrilməsi məhz Ulu Öndər
Heydər Əliyevin müqayisə edilməyən siyasətinin
məntiqi nəticəsidir.
Burada Azərbaycanın
keçdiyi təlatümlü yollardan danışıldı
və geniş fikir mübadiləsi aparıldı. Həqiqətən
də, həmin dövrlər çox ağır və məşəqqətli
günlər idi. Lakin bu ağır bir şəraitdə Ulu
Öndər Heydər Əliyevin yaradıcısı olduğu
Yeni Azərbaycan Partiyası xalq tərəfindən
böyük sevgi və məhəbbətlə
qarşılanırdı. Çünki Yeni Azərbaycan
Partiyası tarixi zərurətdən yaranmış bir partiya
idi. Yeni Azərbaycan
Partiyası, qeyd etdiyimiz kimi, Azərbaycan xalqının
keçirdiyi ən ağır durumlarında yaranmış
siyasi təşkilatdır. İstər Yeni Azərbaycan
Partiyasının yaranması, istərsə də Ulu Öndərimiz
Heydər Əliyevin hakimiyyətə qayıdışı-bu
amillərin hər ikisi də məhz xalqın çətinlikdən
qurtuluşu, xilası demək idi. Azərbaycanın 91 nəfər
ziyalısının sırasına mən də daxil olmaqla Ulu Öndərimiz Heydər Əliyevə
müraciət edənlərdən olduğum üçün
şərəf və qürur hissi duyuram.
Ancaq o illərdə
hakimiyyətdə olan və Heydər Əliyevə
qısqanclıqla yanaşan insanlar
Yeni Azərbaycan Partiyasının yaranmasına
maneçilik törətməyə
çalışırdılar. Lakin bütün bu çətinliklərə
baxmayaraq, Yeni Azərbaycan Partiyası yarandı və partiya
getdikcə respublikanın bütün şəhər və
rayonlarında təşkilatlanmağa başladı. Ulu Öndər Heydər Əliyev
xalqın təkidli tələb və istəyi ilə
1993-cü il iyun ayının 15-də Azərbaycanda ikinci dəfə
siyasi hakimiyyətə qayıdışı ilə ölkədə hərtərəfli islahatlar
aparıldı. Belə ki, Azərbaycan müstəqilliyinin
inkişaf etdirilməsi və beynəlxalq aləmdə lider
dövlətə çevrilməsi istiqamətində
böyük addımlar atdı. Azərbaycan bu gün Heydər
Əliyev siyasətinin uğurlu inkişafı nəticəsində
artıq lider dövlətə çevrilmiş və regionda
öz sözünü deyən ölkə kimi böyük
layihələrin həyata keçirilməsində uğurlara
imza atmaqdadır.
Vaxt var idi ki, Azərbaycan
beynəlxalq təşkilatlarda iştirak etmək
üçün təşəbbüs göstərirdi. Lakin
bu gün həmin təşkilatların özləri Azərbaycanla
əməkdaşlıq etmək
üçün maraqlıdırlar. Ümummilli Lider Heydər
Əliyev dəfələrlə
“Azadlıq” radiosuna verdiyi müsahibələrində
qeyd edirdi ki, biz müxalifət
naminə müxalifətdə olmayacağıq. Azərbaycanda
insanların arzu və istəklərini reallaşdıran,
gerçəkləşdirən bir partiya olacaq. Bu gün, həqiqətən
də, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının
arzu və istəklərini reallaşdıran partiya olaraq,
getdikcə xalqın əksər hissəsini ətrafında
birləşdirib.
Bəhruz Quliyev: Ulu Öndərimiz 1993-cü il
iyunun 15-də xalqın istək və təkidi ilə Azərbaycana
ikinci dəfə ali siyasi hakimiyyətə gəldi. Bununla da
Azərbaycanda baş verən vətəndaş müharibəsinə
son qoyuldu. Azərbaycanı bir dövlət kimi özünə
qaytardı. Ancaq həmin dövrə qədər çox
böyük çətinliklər var idi. Belə ki, Ulu
Öndər hakimiyyətə gəlişi ilə, xüsusilə,
dövlət quruculuğu sahəsinə daha çox diqqət
yetirdi. Ümumiyyətlə, Azərbaycan
dövləti necə quruldu, vətəndaş cəmiyyəti hansı formada formalaşdı?
Hikmət Babaoğlu:
“Heydər Əliyev Allah tərəfindən, İlahi tərəfindən
xüsusi missiya ilə Azərbaycan xalqına
göndərilmiş bir
Liderdir”
- Bizlər bu gün həm
tarix, həm də cəmiyyətimiz üçün çox
vacib olan mövzunun müzakirəsinə
toplaşmışıq. Burada məndən əvvəl
çıxış edənlər Ulu Öndər Heydər Əliyevin
Azərbaycanda hakimiyyətdə olduğu dövrləri müəyyən
mənada və müxtəlif məqamlarla xarakterizə etdilər.
Əsas etibarı ilə, ən yeni tariximiz, yəni Ulu Öndərimizin ikinci dəfə
hakimiyytədə olduğu dövr haqqında geniş fikirlər
səsləndi. Bu çox vacibdir. Ancaq Ulu Öndəri
xatırlayarkən, mütləq Onun fəaliyyətinin əvvəlki
alt qatlarına da enmək lazımdır. Tezis olaraq deyirəm,
Heydər Əliyev Allah tərəfindən, İlahi tərəfindən
xüsusi missiya ilə Azərbaycana göndərilmiş bir
Liderdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında birinci xidməti Onun məhz Milli Təhlükəsizlik
Nazirliyindəki fəaliyyəti ilə bağlı idi.
Çünki Ulu Öndər Heydər Əliyevə qədər
Azərbaycanın təhlükəsizliyini təmin edən
orqan olan Milli Təhlükəsizlik Nazirliyi anti-Azərbaycançı
mərkəz kimi
çıxış edirdi.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI,
Səs.- 2011.- 8 dekabr.- S.8-9.