Yarımçıq
qalan ömürdən sətirlər...
Azərbaycan
torpağının erməni işğalçıları tərəfindən
işğalı vətənin bütövlüyü
uğrunda mübarizəyə qalxan çoxsaylı ərənlərin mərdlik
və şücaət bu gün
hər bir gəncə nümunədir. Belə
oğulların əks-sədası zamanın məsafəsində
daha aydın eşidilir,
mübarizələrlə dolu ömür yolunun sətirləri
diqqət və maraqla vərəqlənir.
Belə oğullardan biri bu gün
60 yaşını qeyd edəcəyimiz şair, ilahiyyətçi alim,
tarixçi Sədrəddin Mursaqulovun keçdiyi yolun hər səhifəsində bir ömrün vətənə
bağlı şaxələnmiş məqamlarını görürük. Belə ki, azad düşüncəli
qəhrəman özünün cəsarətli
addımları ilə tariximizin neçə
cildlik səhifəsində kiçik də olsa
özünə məxsus bir səhifə
yarada bilmişdir.
Bu, onun haqq səsinin vaxtında ucaldılması və
Tanrının verdiyi ömrü
məhz vətənə həsr etməsi ilə bağlı olan amildir. Kimdir
Sədrəddin Mursaqulov? Onun tərcümeyi-halı
ilə bağlı əldə olunan bəzi
mənbələrlə tanış olarkən, görürük ki, o, ali təhsilli bir mütəxəssis olaraq
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib
və hələ çox gənc ikən
verilən öyüd və nəsihətlər,
eləcə də, yaşantıları gələcək həyatına
cığırlar salır. O, çoxlarının
yaxşı tanıdığı Mursaqulovlar
nəslinin davamçılarındandır. Borçalı
mahalında dünyaya gələn Sədrəddin
sovet imperiyası tərəfindən Azərbaycana
qarşı olan siyasi
manevrləri görüb bu
hadisələrə laqeyd
qalmamışdır. Hələ ötən əsrin
əvvəllərində Azərbaycan sovet
imperiyası tərəfindən işğal
ediləndə bu nəslin nümayəndələrinin
əksəriyyətini siyasi süzgəcdən
keçirərək, başlarına olmazın müsibətlər
açmışlar. Sədrəddinin iki
əmisi həmin dövrdə güllələnmişdir.
Anası Xeyransa xanım bacıları ilə
birlikdə Gəncəyə köçmüşdülər.
Ailədə yeganə kişi sayılan Rəşid
müəllim baş verən hadisələri
balaca Sədrəddinə nəql etmişdir. Bu süjet xətti yaddaşına həkk olunmuş, sonralar
mübarizə ruhu onu
bu imperiyanın buxovlarından xilas olmağa
sürükləmişdir. Belə bir ocaqda böyüyən və tərbiyə alan Sədrəddin sənətə, şeirə
də böyük həvəs göstərmiş,
yaşanan hadisələri təxəyyülün
məhsulu olaraq nəzmə çəkmişdir.
Tələbəlik dövründə azadlıq mübarizəsi
aparmış, türkçülüyü
təbliğ etmiş, hətta universitetdən
belə qovulmaq təhlükəsi ilə
rastlaşmışdır.
Gəncə
Pedaqoji İnstitutunda
müəllim kimi fəaliyyətə başlayan Sədrəddinin haqq
səsini batırmaq üçün onu Sibirə göndərsələr də, buna nail ola
bilməmişlər. Nəhayət ki, onun arzusunda olduğu azadlıq günəşi
görünməyə başlamışdır. Belə ki, həmin illərdə xalqın
önündə gedən və azadlıq hərəkatının
içində olan Sədrəddin
xalqına birləşərək, Azərbaycanın müstəqilliyi
yolunda mübarizəyə qoşulmuşdur.
Hətta həyat yoldaşı ilə bu meydanda tanış olmuşdu.
Həyat yoldaşı Təranə xanım Qarabağ
döyüşlərindən keçmiş,
rus və erməni silahlılarına layiqli cavab vermişdir.
Çox uzun məşəqqətli
yollar keçən Sədrəddinin
çoxları kimi arzusu
çin oldu. Belə ki, dövlətimiz, bayrağımız, gerbimiz təsdiqləndi. Buna baxmayaraq,
müstəqil dövlətimizin gələcək taleyi müəmmalı olduğundan
narahatçılıq hissləri onu rahat buraxmırdı. O, dərk edirdi ki, Azərbaycanı düşdüyü xaosdan
xilas edəcək yeganə şəxsiyyət
Ulu Öndər Heydər Əliyev olacaq. O, bu
yolda bir çox vətənpərvər oğullar kimi
silahlanıb, mübarizələrə qoşuldu.
1991-ci il 15 mart tarixində
“Səs” qəzetində dərc olunmuş
müraciətdə göstərilir ki, Səttərxan
adına zavodun aclıq etmiş
fəhlələri Sədrəddin Mursaqulov
və Rövşən İsayev öz tələblərində Ayaz Mütəllibovun istefasını irəli
sürmüşlər. Milli Məclisin
qarşısında keçirilən mitinqlərdə
tanınmış ziyalılarla yanaşı, onun
da səsi var idi. Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə yaranan sabitlik onun sonrakı fəaliyyətinə yollar açdı. Belə ki,
Sədrəddin parlaq zəkası ilə
Azərbaycanın inkişafı naminə istedad
və zəhmətinin müqabilində töhfələrini
verməyə çalışdı.
Onun
yaradıcılıq yolu elə həyat fəlsəfəsi
ilə üst-üstə düşür.
Belə ki, Vətənini sevən şairin Məmmədhüseyn Şəhriyarın
“Heydər Babaya salam”
poemasına yazdığı nəzirədə vətənlə
bağlı olan hissləri təzahür olunur:
Heydər Baba, Sənsiz həyat yalandır,
Var-yoxumuz ovuc-ovuc talandı,
Anaların belində od qalandı.
Göydə Allah, yerdə Sənsən payımız,
Gəl çarə qıl başa çatsın vayımız.
- deyən şair Şuşanın, Ağdamın
erməni işğalçıları
tərəfindən viran
qoyulduğu zamanda bu şeiri qələmə
alınmışdır.
Axtarın dünyanı, gəzin cahanı,
Tapın Babam sayaq
başqa bir nəfər.
Onda görərsiz ki, Azərbaycanın,
Öz Kişi bətnindən doğulmuş
Heydər.
- misralarını yazarkən bu acı həqiqətləri
Azərbaycan artıq yaşamaqda davam edirdi və Heydər Əliyevin hakimiyyətə qayıdışı
vacib məqam idi. Sədrəddin Mursaqulovun yaradıcılığında
diqqətçəkən məqamlar
onun böyük ideyalar carçısı
olması, Vətəninin
hər daşını,
çınqılını belə sevdiyini isti nəfəsi, hərarəti ilə bu torpağa bağlılığıdır.
Lirik lövhəli şeirləri
diqqəti cəlb edən şairin mənəvi dünyasının
zənginliyi də əks olunur. Həyat yoldaşı Təranə
xanıma həsr etdiyi “Tər çiçək” şeiri
şairin mənəvi
dünyasının etirafı
tək özünü
göstərir. Əqidə birliyinin
onlara elçi olmasını və tərəddüdsüz, filansız
bunun qəbul olunduğunu misralarında
qeyd edir. Belə bir həyat birliyinə imza atan iki gəncin
ömür yolu maraqlı və xatirələrlə zəngin
keçmişdir. “Sənsən həyatdakı
bircə gerçəyim”
misrası şairin Təranə xanıma olan sevgisinin etrafıdır.
Bu gün
onun ömür yolunun saldığı cığırları həyat
yoldaşı Təranə
xanım davam etdirir. Necə deyərlər, yarımçıq
qalan ömrün sonrakı illəri onun çiyinlərində
daşınır. Əqidə birliyi
həyat birliyi ilə nəticələnən
bu ailənin səhifələri də
belə mərdlik və fədakarlıq məfhumlarının məcmusunda
davam etdirilmiş və bu gün
də etdirilməkdədir.
Zümrüd
Səs.- 2011.- 9 dekabr.- S. 12.