Hüquqi dövlətdə ailə institutu

 

 

Ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusuötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. Dövlət Statistika Komitəsi  tərəfindən yayılmış məlumatda bildirilib ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda bağlanmış nikahların sayı boşanma hallarını 6,8 dəfə üstələyib.

 omitədən deyiblər ki, ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilin I rübünə nisbətən nikahların sayı 6,7-dən 7,1qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında ölkədə nikahların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz, boşanmaların sayı isə 21,1 faiz artıb. Əlbəttə ki, ortada belə bir statistik göstəricilərin olması çox narahatedicidir. Bu mənada, çalışdıq ki, Azərbaycanda olan boşanma hallarının artmasının əsas səbəblərini araşdıraq və problemdən çıxış yolları axtaraq...

Qeyd edək ki, klassik mənada ailə nikah, qohumluq, ümumi maraq və büdcə ilə bağlı olan, qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrupdur. Ailə ən qədim sosial institut olaraq, dindən, dövlətdən, ordudan, elmdən, hətta bazar münasibətlərindən əvvəl meydana gəlib. Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailədə şəxsi maraqların tənzimlənməsi və nizamlanması cəmiyyət tərəfindən qəbul edilmiş əsas sosial dəyərlər, normalar çərçivəsində baş verir. Bu prosesin yekun nəticəsi olaraq, ailə cəmiyyət üçün davranış və konkret sosial xarakter daşıyan düşüncəsi ilə yararlı olan insanlar yetişdirir. Məhz bu xüsusiyyətinə görə, insan ailəsi heyvan ailəsindən fərqlənir. Yəni, ilk növbədə, əsas qəbul edilməli fakt ondan ibarətdir ki, ailədə insan, eyni zamanda, vətəndaş doğulur.

Ailə özündə ictimai əlaqələrin bütün sistemlərini - nikahqohumluq, hüquqisiyasi, iqtisadi, etnik, psixolojiemosional - birləşdirir. Məhz bu amilin sayəsində ailə sosial birliyin ilkin elementi olduğu üçün şəxsiyyət-cəmiyyət münasibətlərinin vasitəçisi qismində çıxış edir. Ailə yeni doğulmuş körpənin sosial normalar və əlaqələr haqqında təsəvvürünün formalaşmasını da həyata keçirir. Ailə, həmçinin, sosial irs qanununun da yaşamasına təsir göstərən ən güclü institutdur.

Şəxsiyyətin sosiallaşması həm də valideyn və uşaqların dünyada olduğu müddətdə daimi və uzunmüddətli xarakter daşıyan valideynlik institutunu da möhkəmləndirir, effektini artırır.

Bütün bunlarla yanaşı, sosial-ictimai institut kimi ailə bir sıra mühüm funksiyaları da həyata keçirir. Onların sırasında şəxsiyyətin sosiallaşması, mədəni irsin yeni nəslə ötürülməsi, ailə üzvlərinin sosialemosional müdafiəsi, iqtisadi və təsərrüfat, sosial status, rekreativ, asudəlik və digər funksiyalar var. Bütün bu funksiyalar isə ailənin həqiqətən cəmiyyətin, dövlətin inkişafında müstəsna rol oynadığını sübut edir.

1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra postsovet məkanına daxil olan ölkələr, dərhal “mədəni dünyanın” “demokrafik korreksiya” tələb etdiyi ölkələr siyahısına daxil edildilər. 1992-ci ildən etibarən isə müxtəlif layihə və qrantlar hesabına “Ailə Planlaşdırma Mərkəzləri”nin kütləvi yaradılması prosesi başladı. 

1992 və 1994-cü illərdə müvafiq olaraq Rio-de-Janeyroda və Qahirədə dünya əhalisinin artımı ilə bağlı beynəlxalq konfranslar keçirildi. Məhz həmin konfranslarda inkişaf etməkdə olan ölkələrə ünvanlanmış “Davamlı inkişaf” adlı proqram qəbul edildi. Qahirədə qəbul edilmiş bu proqram, əslində, 1974-cü ildə qəbul edilmiş Amerikanın Milli Təhlükəsizlik Memorandumunun təkrarı idi. Doğum sayının azaldılması barədə birbaşa və açıq tələb qoyulurdu. Təbii ki, qadınların sağlamlığının və onun hüquqlarının qorunmasının son dərəcə əhəmiyyətli olması şəkli ilə pərdələnmiş formada! Rokfeller Fondubir sıra beynəlxalq təşkilatlar bu proqramın maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət edən təşkilatların siyahısında yer alırdılar. Bunun ardınca müxtəlif fondlardan maliyyələşən qeyri-hökumət təşkilatlarının, əslində, azad intim həyatı təbliğ edən “Seksual maariflənmə” proqramının isə nəticəsi çox ağır oldu: AİDS və buna bənzər qorxulu xəstəliklər, XX əsrin sonlarında 15-19 yaş arası uşaq və yeniyetmələrin arasında ölüm hallarının 50 faiz (!) artması, zorakılıq və psixi çatışmazlıqlar, boşanma halları və ailədən kənar ilişgilər. 

    Maraqlı odur ki, türk dövlətlərində ailə institutlarının getdikcə daha aşkar şəkildə arxa plana keçirilməsi fonunda, Qərb artıq bu institutun əhəmiyyətini anlayaraq, onu ön plana çıxarmağa çalışır. Qərb mediası ailə problemlərinə daha artıq yer ayırır, birbaşa şüuraltı psixologiyaya təsir etmədə ən effektiv silah olan filmlərdə isə ailə anlayışına vurğu edilir. Məsələn, amerikalıların son dövrlərdə ailə siyasətini dəyişdirdiklərinin də şahidi olmaqdayıq - azad intim həyat təbliğatı ailə ənənələri, ailə sədaqəti və çoxuşaqlılıq hədəfini qarşısına qoyan “ailə ocağı” proqramı ilə əvəz olunur. Bu təbliğat yalnız təhsil müəssisələrində yeniyetmə və gənclər arasında aparılmır, kilsənin nüfuzundan və gücündən də aktiv istifadə edilir. Yaxın zamanlarda Amerikada eynicinsli nikahaborta münasibətin kəskinləşəcəyinin də şahidi ola biləcəyik. Tütünspirtli içkilər və hamiləlikdən qorunma vasitələri kimi abort da Birləşmiş Ştatlarda məqbul sayılmayacaq və yalnız “eksport məhsulu” hesab ediləcək.             

Ailənin gücü və cazibəsi, mahiyyəti onun sosial birlik, kiçik sosial qrupsosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailənin bütövlüyü onu təşkil edən cinslərin qarşılıqlı anlaşma mühitində “tək androgen” varlıq yaratması ilə əlaqədardır. Ümumiyyətlə, insanların bu bütövlüyü anlamadan onların birgə yaşaması, hərəkətlərini ümumi maraq naminə həyata keçirmələri qeyri-mümkündür. Yəni, ailə insanın bir deyil, bir çox mühüm tələbatlarının kompleks şəkildə təmin edilməsi üçün yaradılır.

Ailə bu xüsusiyyətlərinə görə, digər kiçik qruplardan, birlikkorporasiyalardan fərqlənir və istehsal sahələrində çalışan mütəxəssisləri birləşdirən peşəkar maraqlar kimi, ailəni quran insanları da mövcudluqlarının bütövlüyü birləşdirir.

Digər sosial birliklərdən fərqli olaraq, ailə insanın özünüinkişaf və təşkiletmə xüsusiyyətlərini reallaşdırmağa şərait yaradan fizikipsixi tələbatları akultivasiya edən çoxfunksiyalı keyfiyyətlərinə görə, şəxsi-kollektiv-ictimai maraqları birləşdirmək kimi unikal qabiliyyətə  malikdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın fikrincə,ailə cəmiyyətin özəyidir. Cəmiyyətin və dövlətin gələcəyi məhz yeni yaranan ailədən asılıdır. İllərlə qoruyub saxladığımız ailə institutu bu gün bütün müsbət cəhətləri ilə inkişaf etdirilməlidir. Lakin indi sadaladığınız amillər - bəzi kütləvi kommunikasiya vasitələrində yayımlanan proqramlar, təbliğ olunan zərərli ideyalar uğursuz nikahlara, ailə ətrafında problemlərə gətirib çıxarır. Ailədə baş verən proseslər, keçid dövrünün ortaya çıxardığı bir sıra gender problemləri, cəmiyyətə yeni mənəvi-əxlaqi dəyərlər kimi təqdim olunan Avropa əxlaq normaları, “kütləvi mədəniyyət”in təbliğ etdiyi həyat tərzi insanları sanki çaşqın vəziyyətə salmışdır. Bütün bunların nəticəsidir ki, ailədə xalqımıza xas olmayan problemlər ortaya çıxmış, ailədaxili münasibətlərdə gərginlik yaranmış, boşanma, erkən nikah, nikahdankənar ailə və digər bu kimi hallar çoxalmışdır. Təəssüf ki, milli dəyərlərdən uzaqlaşma nəticəsində ailədə zorakılıq halları artmış, həmçinin, qadın alveri artıq ciddi problemə çevrilmişdir. Digər tərəfdən, ailə üzvləri arasında mənəvi münasibətlərin mövcudluğu mühüm sosial reallıqdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, ailənin rifahı ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından irəli gəlir.

Problemlərdən biri də valideynlərin, xüsusilə, ataların öz borclarını yerinə yetirməmələridir. Ailə üzvləri bir-birinə həm də ailə-məişət birliyi, mənəvi cavabdehlikmaddi köməklə sıx bağlı olmalıdırlar.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 

Səs.- 2011.- 9 dekabr.-S. 10