Hüquqi dövlət və milli şüur

 

Milli hüquqi dövlət quruculuğunda əsas yer tutan milli şüurun daşıyıcısı olan millətin meydana gəlməsi və inkişafı problemini tədqiqatçılar “millət ideyası” ilə əlaqələndirirlər. Vaqif Abdullayevin fikrincə, əgər millət məsələsi siyasiiqtisadi sahələrdə müəyyənedici amillərdən biridirsə, millət ideyasının mövcudluğuonun kəsb etdiyi formalar daha çox mentalitet sahəsinə aiddir, yəni həm fərdi, həm də siyasi şüur sferasında təzahür edir və insanın mənlik şüuru formalarından biri - onun cəmiyyətdə özünü identifikasiyası vasitəsi və mövcud cəmiyyətin birliyinin və mahiyyətinin kollektiv dərki kimi çıxış edir”. Milli şüurun daşıyıcısı olan millətin meydana gəlməsi və inkişafı problemini tədqiqatçılar “millət ideyası” ilə əlaqələndirirlər. Vaqif Abdullayevin fikrincə, əgər millət məsələsi siyasiiqtisadi sahələrdə müəyyənedici amillərdən biridirsə, millət ideyasının mövcudluğuonun kəsb etdiyi formalar daha çox mentalitet sahəsinə aiddir, yəni həm fərdi, həm də siyasi şüur sferasında təzahür edir və insanın mənlik şüuru formalarından biri - onun cəmiyyətdə özünü identifikasiyası vasitəsi və mövcud cəmiyyətin birliyinin və mahiyyətinin kollektiv dərki kimi çıxış edir”.

Yeni hakimiyyətin əsas məqsədlərindən biri də SSRİ tərkibindəki qeyri-slavyanları, xüsusilə, türk xalqlarını milli şüurdan uzaqlaşdırmaq, etnomədəniyyəti və milli ənənələri ümumi sovet mədəniyyətində əritmək idi.

Azərbaycan tarixində mühüm yer tutan üç respublika formasını - Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikasını sıx varislik telləri bağlayır.

Müasir İnkişafİctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlının fikrincə, qloballaşan dünyamızda milli-mənəvi dəyərləri, milli şüuru, vətən əxlaqını, vətənpərvərlik ruhunu saxlamaq get-gedə çətinləşməkdədir. Qloballaşma özü ilə elmi-texniki tərəqqini, elmin nailiyyətlərini gətirməklə yanaşı, bayağı mədəniyyətin, başqa sözlə desək, kütləvi mədəniyyətin gəlişinə də şərait yaradır. Yəni mobil telefon vasitəsilə bir neçə saniyə, dəqiqə ərzində dünyanın istənilən nöqtəsilə əlaqə saxlamaq kimi lazımlı işi görməklə yanaşı, cəmiyyətimiz üçün ziyanlı sayıla biləcək işləri də görmək mümkündür. Bu sıraya interneti, televiziyanı və s. aid etmək olar.

    Məsələnin ən çətin tərəfi qloballaşmanın qarşısıalınmaz bir prosesə çevrilməsidir. Artıq ondan kənarda durmaq, yaxud onun gəlişini əngəlləmək mümkünsüzdür. Buna görə də qloballaşmaya qarşı mənasız mübarizə aparmaqdansa, onu olduğu kimi qəbul etmək və bu çərçivədə öz milliliyini, mənəvi dəyərlərini, milli şüurunu saxlamağa çalışmaq daha məqsədəuyğundur. Qloballaşmadan, onun gətirdiyi mənfi fəsadlardan qorxub özünə qapanmağa çalışmaq məhv olmağın başlanğıcı deməkdir. Misal üçün interneti ləğv etməyə və yaxud ondan istifadənin məhdudlaşdırılmasına çalışmaqdansa, onun daha da geniş yayılmasına çalışmaq lazımdır. Sadəcə olaraq, internetdən Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin, türk-islam ideyasının yayılması üçün geniş şəkildə yararlanmağa çalışmaq lazımdır.

    Qloballaşma artıq sərhədləri də yox etməkdədir. Vaxtilə bu həqiqəti qəbul etməyənlər indi onun nə dərəcədə real olduğunu təsdiqləməkdədirlər. Bu tendensiya da bizi qorxutmamalıdır. Əgər biz bir dövlət və millət olaraq dəqiq konsepsiya müəyyən edə bilsək, milli şüura sahiblənsək, sərhədlərin mövcud olub-olmamasının əhəmiyyəti qalmayacaq. Çünki dövlətimizin keçmişbugünkü sərhədləri bizim ürəklərimizə və beynimizə hopacaq. Belə bir situasiyada isə nə qloballaşma, nə də onun zərərli tendensiyaları real təsir edə bilməyəcəkdir.

    Bəs qloballaşmanın mənfi təsirlərindən necə qorunaq, onun müsbət tərəflərindən yararlanıb, mənfi tərəflərindən necə sığortalanaq? Bu məsələyə yuxarıdakı qeydlərimizdə ip ucu verdik. Yalnız milli şüura sahib olmaqla qloballaşma məsələsində “qızıl orta”nı tapmaq mümkündür. Milli şüuru - milləti bir arada saxlayan, onu təşkilatlandıran və vahid məqsədə doğru yol olmasına yardımçı ola bilən bir vasitə saymaq olar.

    XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan ziyalılarımız tərəfindən bu “türkləşmək, islamlaşmaq, avropalaşmaqkimi formulə edilmişdi. Bunun nə qədər doğru bir formul olduğu zamanın sınağından uğurla çıxaraq öz təsdiqini tapdı. Hazırkı dövrdə də bu prinsip işləməkdə və bizlərə düzgün yolu göstərməkdədir. Lakin bu prinsipə əməl etməklə yanaşı, unutmamalıyıq ki, indi dünya 100 il əvvəlki dünya deyil, müasir dövrdə dəyişikliklər, yeniliklər, inkişaf daha sürətli şəkil alıb.

   Ulu Öndər Heydər Əliyevin 1993-cü ilə qədərki irsinə yeni metodologiyadan yanaşılması sayəsində bu dəyərli irsdə daha qiymətli cəhətləri üzə çıxarmaq mümkün oldu.

Heydər Əliyevin sovet dövrü fəaliyyəti nəticəsində Azərbaycanda etnomədəniyyət sahəsində əsil intibah, oyanış baş verdi. “Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) ... azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykök əsasında millətdə müstəqil dövlətçilik ideyası üçün sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1968-1982) ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır”.

 Qloballaşma prosesi də 100 il əvvəlki inkişaf sürətində deyil. Bu səbəbdən “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaqprinsipini əsasən saxlamaqla, müasir dövrə və şəraitə uyğun konsepsiya hazırlamaq lazımdır. Məhz bu amil millətimizin milli şüurunun daha da formalaşmasına dəstək ola bilər.

Bu prosesin təşkilində və kütlələrə çatdırılmasında dövlətin ciddi iştirakı tələb olunur. Çünki qloballaşmanın mənfi tendensiyalarından cəmiyyəti qorumaq təşkilatların və ya fərdlərin gücü daxilində deyil. Hansısa təşkilatlar və fərdlər müəyyən qədər duruş gətirə və daha bir neçə nəfəri də sözügedən məsələdə maarifləndirə bilər. Amma bunu axıra qədər saxlamaq qeyri-mümkündür. Əgər saxlamaq mümkün olsa belə, o, daha çox fərdi əhatə etməkdə çətinlik çəkdiyi üçün sonucda məğlub duruma düşəcək. Buna yol verməmək üçün milli şüura sahib fərdlər həm ayrılıqda, həm də təşkilatlar vasitəsilə dövlətin də ciddi dəstəyi ilə milləti bu çətin sınaqdan alnıaçıq çıxarmalıdır.

Yeri gəlmişkən təhsil işçilərinə, jurnalistlərə bu məsələdə böyük yük və məsuliyyət düşür. Hər iki təbəqənin nümayəndələrinin əlində kütləni yönləndirmək və formalaşdırmaq üçün böyük imkanlar var. Vaxt ötürmədən bu imkanlardan düzgün və səmərəli istifadə olunmalıdır. Misal üçün deyək ki, orta məktəblərdə islam dininin tədris olunması qloballaşmanın gətirdiyi mənfi tendensiya olan kütləvi mədəniyyətin yayılmasına qarşı böyük dirəniş ola bilər.

Yekun olaraq bir daha qloballaşmadan kənara qaçmaqdansa, bu prosesdə aktiv rol almağın önəmli olacağını bildiririk. Sadəcə olaraq, bizlər bir toplum olaraq burada türk-islam ideoloji prinsipi çərçivəsində, milli şüura sahiblənməklə iştirak edə bilərik. Belə iştirak bizi öz keçmişimizdən, soy-kökümüzdən, mənəvi dəyərlərimizdən ayırmaz, eyni zamanda, dünyanın mütərəqqi inkişaf tendensiyalarını da mənimsəməyə yardımçı ola bilər.

Heydər Əliyev maddi və mənəvi mədəniyyət problemlərin həllinə girişdi, tarixi-mədəni, milli-mənəvi dəyərləri mühafizə etməklə kifayətlənmədi, onları həm də inkişaf etdirdi. Minlərlə tarixi abidə, muzeylər bərpa etdirdi, görkəmli memarların mədəni irsinin öyrənilməsini təşkil etdi, görkəmli mədəniyyət xadimlərinə abidələr ucaltdı tarixi adları bərpa etdi, mühacirət mədəni irsinə diqqəti artırdı və Azərbaycana gətirilməsi sahəsində xeyli işlər gördü. “Heydər Əliyevin fəaliyyətində milli tarixə, mədəni irsə qayğı, xalqın milli ruhunun, qan yaddaşının dirçəldilməsi mühüm yer tuturdu. Bu sahədəki fəaliyyəti onun böyük millətsevər olduğunu göstərir” .

Ulu Öndərin çoxsahəli fəaliyyəti sahəsində Azərbaycan xalqının etnik nüvəsi daha da möhkəmləndi, siyasi mədəniyyəti inkişaf etdi, cəmiyyətdə milli ziyalıların və milli kadrların çəkisi və rolu artdı, vahid Azərbaycan ədəbi dili bərqərar oldu və yüksək səviyyəyə qaldırıldı, milli təhsil, incəsənət, ədəbiyyat özünün yüksək inkişaf mərhələsinə qədəm qoydu, milli şüur, azərbaycançılıq formalaşdı. Bu dövrdə peşəkar milli mədəniyyət, vahid Azərbaycan milləti yaradıldı. Dini cəhalət, fanatizmə son qoyuldu, milli-vətənpərvərlik ruhu yüksəldi, milli-mənəvi dəyərlərə qayğı gücləndirildi, Azərbaycanın siyasi, mədəni nüfuzu postsovet məkanında və beynəlxalq aləmdə artmağa başladı.

Heydər Əliyev qatı dünyəvi inkişaf tərəfdarı olsa da, milli-mənəvi dəyərlərin qorunmasını istəyirdi. Lakin böyük şəxsiyyət dini fanatizm, cəhalət, mürtəce adət-ənənələr əleyhinə qətiyyətlə çıxış edirdi, fikir azadlığı, mənəvi azadlığı mənəvi tərbiyə uğrunda mübarizə aparırdı, milli bayramların keçirilməsi haqqında qərar verir, xalqın mənəvi həyatında Azərbaycan qadının rolunu yüksəltmək üçün tədbirlər həyata keçirdi.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 13 dekabr.- S. 15.