QƏLBLƏRDƏ
ƏBƏDİ YAŞAYACAQ LİDER
Müstəqil
Azərbaycan dövlətinin memarı, Azərbaycan
xalqının dahi oğlu
Ümummilli Liderimiz
Heydər Əliyevin əbədiyyətə
qovuşmasından 8 il ötür.
Bu səkkiz il ərzində
xalqımız öz liderini
bir an belə
unutmayıb. Hər zaman müasir
Azərbaycanın qurucusu,
dünyaşöhrətli siyasi xadim, ümumtürk
dünyasının böyük oğlu Heydər Əliyev fəxr hissi ilə yad edilib.
Daşkəsən
ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin
anım gününü qeyd
etdi
Ümummilli
Lider Heydər Əliyevin vəfatının
8-ci ildönümü ilə bağlı
Daşkəsən ictimaiyyəti tərəfindən dekabr ayının 1-dən 10-dək anım günü Onun ruhuna hörmət və ehtiram
əlaməti olaraq silsilə tədbirlərlə
qeyd olunur. Ümumtəhsil
məktəblərində inşa yazı, rəsm
müsabiqələri, Ulu Öndərin həyat
və fəaliyyətinə həsr olunmuş
disputlar, kompozisiyalar,
dəyirmi masalar, mədəni-maarif müəssisələrində
kitab sərgiləri, foto
stendlər, oxucu konfransları və həyata
keçirilən digər anım tədbirləri daşkəsənlilərin
Ulu
Öndər Heydər Əliyevə, Onun
müqəddəs ideyalarına hörmət və ehtiramı
olaraq iştirakçıların ürəyindən
xəbər vermiş, onları Heydər Əliyevin
şəxsi nümunəsində vətənə, xalqa, torpağa daha sədaqətli olmağa
ruhlandırmışdır.
Dünən qeyd
edilən tədbirlərin davamı olaraq rayon ictimaiyyətinin 5000-dən çox nümayəndəsi Ulu
Öndərin rayon mərkəzində ucalan abidəsini ziyarət etmiş,
abidə önünə gül-çiçək dəstələri
düzmüş, dahi
rəhbərə sonsuz hörmət və
ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Mərasimdə
çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin
başçısı Əhəd Abıyev tədbir
iştirakçılarına müraciətlə qeyd etmişdir ki, qəlbində vətənə, torpağa, xalqa istək gəzdirən
hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü
firavan həyat, xoş gələcəyimiz
üçün borcu
çoxdur: “Azərbaycanın
1969-cu ildən başlayan, 30 ildən
artıq davam edən bir
dövrünə təsadüf edən ən yeni
tarixi, həmin illər ərzində
müstəqil dövlət kimi ölkəmizin
və xalqımızın taleyi, ölkə
həyatının bütün sahələrində
nail olunan uğurlar böyük
siyasətçi Heydər Əliyevin adı, yüz
illərə hesablanmış ideyaları ilə
bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü
kimi qiymətləndirilir. Çünki
Ulu Öndər bütün
ömrünü xalqına, vətəninə
həsr etmiş bütün
türk dünyasının Ümummilli Lideridir. “Mən
ömrümün qalan
hissəsini xalqıma bağışlayıram” deyən
dahiyanə fikri Ulu
Öndərimiz Heydər Əliyev həyatını Müstəqil
Azərbaycanın uğurlu gələcəyinə
həsr etdi. Ona tuşlanan təzyiqlərə
mərdliklə sinə gərərək, Şərqə
Günəş kimi doğan
Müstəqil Azərbaycan dövlətini qurdu.
“Heydər-Xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. O, bizdən cismən
ayrılsa da ideyaları, əməlləri
həmişə bizimlədir və qəlbimizdə həmişə
yaşayacaq”.
Mərasim
iştirakçıları hüznlü musiqi sədaları altında rayonun
mərkəzində ucaldılmış Ümummilli
liderin abidəsi önündən
keçərək, Onun ruhuna
dualar oxuyublar.
Tərtərdə
Ulu Öndərin anım günü
qeyd olundu
Tərtər rayonunun
6 min nəfərdən çox
sakini səhər saat
8-dən rayonun mərkəzində
ucaldılan Ümummilli Lider
Heydər Əliyevin abidəsi önündən keçərək,
Onu ziyarət edib, abidəsi
önünə gül-çiçək düzüblər. Mərasimdə
uşaqdan tutmuş
böyüyə qədər, hətta yaşı 80-i ötmüş qocalar da iştirak edərək Ulu
Öndərin ruhuna dualar
oxuyublar. Tərtər rayon icra hakimiyyətinin
başçısı Ceyhun Cəfərov
Ulu Öndərin Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlərini
tədbir iştirakçılarının diqqətinə
çatdırdı. Qeyd etdi
ki, tarixdə iz qoymaq hər bir şəxsiyyətə
nəsib olmur. “Ulu
Öndər Heydər Əliyevin bütöv
həyatının və bütöv fəaliyyətinin
bütün istiqamətləri
xalqımızın bugünü və gələcəyi
üçün böyük
yoldur. Böyük bəlalardan
və tarixin sərt sınaqlarından uğurla çıxmış Azərbaycan Prezident İlham Əliyevin
rəhbərliyi altında daha uca və müqayisəolunmaz uğurlara
imza atır.
YAP
Tərtər rayon təşkilatının
sədri Ramiz Şabanov
bildirdi ki, tarixdə çox az sayda
böyük şəxsiyyətlər olur ki, onlar
öz dövrlərində mühüm və əbədi iz
qoyurlar. Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki,
onu böyük bəlalardan
və tarixi keşməkeşlərdən
xilas edə bilən Ulu
Öndər Heydər Əliyev kimi şəxsiyyəti
olmuşdur. Bu böyük sərkərdə, xalqının
böyük oğlu ömrünü birbaşa
milli mənsubiyyəti uğrunda
fəda etmişdir. Ulu Öndər Heydər Əliyevin
idealları Azərbaycan xalqı üçün
əbədi və müqəddəs bir yol olduğu üçün gələcək nəsillərin
bu yolun möhtəşəmliyindən
bəhrələnərək, vətənpərvər və milli ruhda yetişmələri
üçün özlərinə
nümunə götürmüş
olacaqlar. Qoy Onun ruhu həmişə şad olsun.
Gədəbəydə
Ümummilli
Liderin əziz xatirəsi
anıldı
YAP Gədəbəy rayon təşkilatı və Gədəbəy
rayon icra hakimiyyətinin
birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında Ulu
Öndərin abidəsi önündə Ümummilli
Liderin anım gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə, tədbir iştirakçıları Heydər
Əliyevin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad
ediblər. Tədbiri giriş
sözü ilə açan
rayon icra hakimiyyətinin
başçısının birinci müavini Qüdrət Paşayev
çıxışında Ümummilli Liderin Azərbaycanın ictimai-siyasi
həyatındakı rolunu və mövqeyini qeyd edib, Onun Azərbaycanın
memarı və qurucusu olduğunu
diqqətə çatdırıb.
YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov
çıxış edərək söylədi ki, keçmiş sovet dövrünün məhdud
imkanlarından maksimum istifadə edərək
Azərbaycanda milli şüurun
dirçəldilməsi, milli ruhlu ziyalıların repressiya
və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət
strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin
artırılması bu gün
Azərbaycanda həyata keçirilən geniş
quruculuq işləri üçün
tarixi hazırlıq mərhələsi
hesab olunur. Təşkilat
sədri tədbir iştirakçılarına dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin mənalı və
şərəfli ömür yolundan, Azərbaycan xalqı və dövləti
qarşısındakı böyük xidmətlərindən
geniş məlumat verdi.
Gədəbəy rayon məhkəməsinin nümayəndəsi
Vahid Sadıqov çıxış edərək,
Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin
qorunması və möhkəmləndirilməsində, eləcə
də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz
xidmətlərindən danışıb.
Tədbir
iştirakçıları ilə fikirlərini
bölüşdürən digər
çıxışçılar da Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti üçün
gördüyü əvəzsiz xidmətlərindən
danışaraq, Onun əziz xatirəsinin
xalqımızın qəlbində daima yaşayacağını
bildiriblər.
Kürdəmirdə
Ümummilli Lider Heydər
Əliyevin
anım günü qeyd
olundu
Respublikamızın
bütün şəhər və
rayonlarında Ulu Öndər Heydər Əliyevin
anım gününə həsr olunmuş
silsilə tədbirlər keçirilib.
Kürdəmir rayonunda Ümummilli
Liderin vəfatının 8-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Səhər saat 10:00-da Heydər Əliyev
Parkında başlanan tədbirdə rayon icra hakimiyyətinin,
hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə,
mədəniyyət işçilərinin adından Heydər
Əliyevin abidəsi önünə əklillər qoyulub. Bunun ardınca idarə, müəssisə rəhbərləri,
rayon ağsaqqalları, ziyalıları, gəncləri
və rayon sakinləri Ulu
Öndərin abidəsini ziyarət edərək, abidənin
önünə gül dəstələri
düzüblər və Azərbaycan xalqının
xilaskarına öz dərin
ehtiramlarını ifadə ediblər.
Ziyarətçilər Heydər
Əliyev Mərkəzində Ümummilli Liderin həyatının müxtəlif məqamlarını
əks etdirən eksponatlara, xatirə
şəkillərə baxmış, o
dövrdə tarixi günləri anaraq Ulu Öndər Heydər
Əliyevlə bağlı xatirələrini
bölüşmüşlər. Keçirilən mərasimdə
10 mindən nəfərdən çox rayon sakini iştirak
edib.
Beyləqanda
“Heydər Əliyevin qurduğu Azərbaycan
əbədi yaşayacaqdır” mövzusunda
elmi-
praktiki konfrans keçirilibdir
Beyləqanda
“Heydər Əliyevin qurduğu Azərbaycan
əbədi yaşayacaqdır” mövzusunda
elmi-praktiki konfrans keçirilibdir. Beyləqan rayon
mədəniyyət və turizm
şöbəsində keçirilən elmi-praktiki
konfransda xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi
ilə başlanılıb. Tədbirdə rayon mədəniyyət və turizm
şöbəsinin müdiri Pəhləvi
Abdullayev, mərkəzləşdirilmiş
kitabxana sisteminin direktoru Gültəkin Məmmədova, “Mil” qəzetinin redaktoru Elman İsrafiloğlu və
başqaları Ulu Öndərin şərəfli
həyat yolundan və fəaliyyətindən,
müstəqilliyimizin qorunmasında və onun
daha da möhkəmləndirilməsində,
milli dövlət quruculuğu
prosesində tarixi xidmətlərindən
danışıblar. Bildiriblər ki, Ümummilli Liderin daxili və xarici siyasətini
uğurla davam etdirən
Prezident İlham Əliyevin
məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan
dünyada ən sürətlə inkişaf edən bir
dövlətə çevrilmişdir.
Şəkidə
Ulu Öndər Heydər Əliyevin xatirəsi
anılıb
Şəki
Musiqi Kollecində Ümummilli
Lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş “Bir
ömrün akkordları” adlı tədbir
keçirilibdir. Rayon
rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə keçirilən tədbirdə
iştirakçılar əvvəlcə Ulu
Öndərin xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər.
Tədbirdə Şəki rayon icra hakimiyyətinin
başçısı Elxan Usubov bütün ömrünü xalqımızın tərəqqisinə
və inkişafına həsr etmiş Ümummilli Liderimiz Heydər
Əliyevin Vətən və xalq
qarşısındakı əvəzsiz xidmətlərindən
danışıbdır. Bildirib ki, Ulu Öndər Heydər
Əliyev taleyin xalqımıza bəxş
etdiyi dahi şəxsiyyətdir.
Azərbaycan tarixinin son 30 ili Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqın tələbi ilə
1993-cü ildə ikinci
dəfə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyini
qoruyub saxlamış,
atəşkəsə nail olmuşdur.
Onun əvəzsiz xidmətləri
sayəsində ölkəmizdə
daxili sabitlik bərpa edilmiş, iqtisadi inkişaf, quruculuq işlərinə
başlanılmışdır. Məhz Ümummilli Liderin məqsədyönlü siyasəti
və gərgin əməyi nəticəsində
müstəqillik yolunda
kövrək addımlarını
atan respublikamız iqtisadi böhrandan çıxmış, ölkəmizdə
hüquqi dövlət
və demokratik cəmiyyət qurulmuş,
Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Xalqın milli
tarixinə və mənəvi dəyərlərinə
hörmətlə yanaşan
Dahi Öndər millətimizin parlaq gələcəyinin təməlini
qoymuşdur.
Rayon rəhbəri bildirib ki, Ulu Öndər
Heydər Əliyev təkcə Azərbaycanda
deyil, bütün dünyada tanınan və sevilən şəxsiyyət idi. Yaşadığımız dövr tarixə
Heydər Əliyev erası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin
bizə bəxş etdiyi bu şərəfli
dövrü daha mükəmməl öyrənəcək
və təhlil edəcəkdir.
Tədbirdə kollecin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından uvertüra,
eləcə də, Ulu Öndər Heydər Əliyevə, doğma Vətənə həsr olunmuş mahnılar səsləndirilmiş,
dahi şəxsiyyətin
şərəfli həyat
yolundan və fəaliyyətindən bəhs
edən film nümayiş
etdirilibdir.
Ulu Öndərin anım günü ilə bağlı Qax rayonunda dəyirmi
masa keçirildi
YAP Qax rayon təşkilatının
rayon icra hakimiyyəti
ilə birgə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbiri keçirilib. İlk öncə tədbir
iştirakçıları Ulu Öndərin rayonun mərkəzində
ucaldılmış abidəsi
önünə tər
gül-çiçək dəstələri
düzərək, öz
ehtiramlarını bildiriblər.
Sonra partiya fəalları Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif fotostend və eksponatlarla tanış
olub. YAP Qax rayon təşkilatının qərargahında
davam edən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev
bildirib ki, tarixin yüz ildə bir dəfə
yetişdirdiyi böyük
şəxsiyyətlərdən olan Ulu Öndərimiz
Heydər Əliyevin əsas qayəsi və amalı ölkəsini azad, firavan görmək, xalqının xoşbəxt
yaşamasını təmin
etmək üçün
bütün varlığı
ilə çalışmaqdan
ibarət olub. Onun zəngin irsi, bizlərə miras qoymuş odluğu vətən sevgisi xalq məhəbbəti Azərbaycan xalqının
yaddaşından heç
vaxt silinməyəcək
deyən M.Şəkiliyev
Ümummilli Liderin böyük ideyalarının
bu gün öz təzahürünü
tapdığını da
mərasim iştirakçılarının
diqqətinə çatdırıb.
YAP Qax rayon təşkilatının
sədri Nizami Əhmədov “Heydər Əliyev - əbədiyaşar
şəxsiyyət” mövzusunda
məruzə edib.
Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov da çıxışında
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun
xalqı və dövləti qarşısındakı
əvəzsiz xidmətlərindən
bəhs etdi. Bildirib ki, bu gün ölkəmizin bir dövlət kimi var olması
və regionla yanaşı, beynəlxalq
arenada öz maraqlarını təmin etməsi xalqın Böyük Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün hər bir azərbaycanlının
qəlbində Ulu Öndər Heydər Əliyevə böyük
sevgi və tükənməz məhəbbət
hissləri mövcuddur
və Azərbaycan xalqı var olduqca, Ümümmilli Lider Heydər Əliyev ideyaları da var olacaq.
Məruzə ətrafında partiya fəallarından Cəmaləddin Hacıyev,
Xalid Heydərov və Turanə Rəcəbova çıxış
edərək qeyd etdilər ki, Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə olduqca böyük uğurlara imza atmışdır.
Sonda tədbir iştirakçıları Ümummilli
Lider Heydər Əliyevin həyat və yaradıcılığından
bəhs edən sənədli filmə baxdılar.
R.KAMALQIZI
Səs.- 2011.- 13 dekabr.- S. 13-14.