Dünya ölkələrində Azərbaycanın
Ümummilli Lideri Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
anım mərasimləri keçirilir
Dünyanın
bir sıra ölkələrində məskunlaşmış
azərbaycanlılar Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, Ulu
Öndərin həyat və fəaliyyətindən bəhs edən
konfrans, dəyirmi masa, sərgilər keçirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən
aldığımız məlumata görə, Rusiya
Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər
şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi,
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
təşkilatçılığı ilə anım mərasimləri,
dəyirmi masa və konfranslar keçirilir.
Ümummilli
Lideri Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada
yaşayan azərbaycanlılar da anırlar. Avropanın
ayrı-ayrı ölkələrində, o cümlədən,
Almaniya, Fransa, İtaliyada, habelə, Danimarka, İsveç,
Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan,
Finlandiya, Çexiyada Azərbaycan xalqının Ümummilli
Liderinin xatirəsinə həsr olunmuş tədbirlər
keçirilir.
ALMANİYA
Almaniyanın Berlin,
Drezden, Frankfurt şəhərlərində keçirilmiş
anım mərasimi və xatirə gecələrində toplaşanlara Ümummilli Liderin şərəfli həyat yolu, onun Azərbaycan
xalqı və dövlət qarşısında misilsiz xidmətlərindən
danışılıb, Ulu Öndər
haqqında sənədli film nümayiş etdirilib. Almaniyadakı Azərbaycan diaspor
təşkilatlarının təşəbbüsü, Azərbaycan
Respublikasının bu ölkədəki
səfirliyi və Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə
keçirilən tədbirlərdə azərbaycanlılarla
yanaşı, yerli ictimaiyyətin nümayəndələri,
türk, yəhudi, rus
və digər millətlərin nümayəndələri
iştirak ediblər.
ANKARA
Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
anım mərasimləri Türkiyənin bir
sıra şəhərlərində də keçirilir.
Ankarada Ümummilli Liderin xatirəsinə həsr olunmuş
anım mərasimi keçiriləcəkdir. Anım tədbirində
Azərbaycan Respublikası Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov,
Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov, Azərbaycan Milli
Məclisinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları Ankaradakı Heydər Əliyev
Parkında Ulu Öndərin abidəsi
önünə əklil qoyublar.
PARİS
Parisdə Ümummilli
Lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş anma
mərasimi keçirilmişdir.Tədbirdə iştirak
edən Milli Məclisin deputatları, Azərbaycan
diasporunun təmsilçiləri və tələbələr
əvvəlcə Ulu Öndər Heydər
Əliyevin xatirəsini bir dəqiqəlik
sükutla yad
etmişlər.
Mərasimi giriş
sözü ilə açan
səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Ümummilli
Lider Heydər Əliyevin ölkəmizin
ağır günlərində hakimiyyətə
qayıdışından sonra
respublikamızda vətəndaş müharibəsinin
qarşısının alındığını, onun yürütdüyü
uğurlu daxili siyasət
nəticəsində xalqla hakimiyyətin daha da
yaxınlaşdığını, qısa müddətdə
iqtisadi yüksəlişə nail olunduğunu
xatırlatmışdır. Bildirilmişdir
ki, Heydər Əliyevin apardığı
uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan
beynəlxalq arenada nüfuzu
artan, güclü
ölkəyə çevrilmişdir. Yaxın keçmişimizə nəzər
saldıqda, müasir tariximizin
hər bir səhifəsində dahi şəxsiyyət, təcrübəli
dövlət başçısı, uzaqgörən siyasətçi
Heydər Əliyevin silinməz izlərini görürük.
Əbədiyyətə qovuşmuş bu Böyük
İnsanın əziz xatirəsi daim
qəlbimizdə yaşayacaqdır.
Milli Məclisin
deputatı Rafael Hüseynov
Ümummilli Lider Heydər
Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən
söhbət açmışdır. Ulu Öndər Heydər Əliyevin
Vətən və xalq
qarşısındakı misilsiz xidmətlərini
vurğulayaraq qeyd etmişdir ki, Ümummilli Lider dövlətimizin
və xalqımızın gələcəkdə də firavan yaşamasının möhkəm təməlini
qoymuşdur. Natiq müasir
Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyevin uzaqgörən siyasətinin Onun
layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır. Ümummilli
Lider Heydər Əliyevin yadigarı olan müasir Azərbaycan,
gündən-günə qüvvətlənir, çiçəklənir,
gələcəyə qətiyyətlə və inamla addımlayaraq Prezident
İlham Əliyevin siyasəti nəticəsində
inkişaf dövrünü
yaşayır.
Milli
Məclisin üzvü Rövşən Rzayev, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti,
professor Fərhad Bədəlbəyli də
çıxışlarında Ulu Öndər
Heydər Əliyevin Vətənə və xalqa
məhəbbətindən, zəngin dövlətçilik təcrübəsindən, eləcə
də, Dahi Şəxsiyyətlə
bağlı xatirələrindən söhbət
açmışlar.
Anma mərasimində
ehsan süfrəsi
açılmışdır.
Sonda Qarabağ muğam
ustalarının ifasında musiqi
proqramı təqdim olunmuşdur.
QAHİRƏ
Azərbaycan
Respublikasının Misir Ərəb
Respublikasındakı səfirliyində Ümummilli
Lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş anma
mərasimi keçirilmişdir. Tədbirdə
çıxış edən səfir Şahin
Abdullayev Ümummilli Lider Heydər Əliyevin şanlı həyat yoluna nəzər salmış və müasir Azərbaycanın uğurlu
inkişafının Heydər Əliyevin adı ilə
bağlı olduğunu bildirmişdir.
Heydər Əliyevin öz həyatını
Azərbaycanın çiçəklənməsinə və
inkişafına həsr etdiyini diqqətə
çatdıran səfir Heydər Əliyev
dühasının və irsinin xalqın
yaddaşında əbədi olaraq xoş xatirələrlə
qalacağını vurğulamışdır.
Ulu Öndər Heydər Əliyevin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının üzvləri,
Qahirə, Ayn-Şəms və Əl-Əzhar universitetlərində
təhsil alan azərbaycanlı tələbələr,
səfirliyin əməkdaşları və onların ailə
üzvləri iştirak etmişlər.
MAQDEBURQ
Almaniyanın Saxsen-Anhalt
vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin
və Almaniyadakı Azərbaycan Diasporunun
Mərkəzi Şurasının təşəbbüsü və
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə
Dövlət Komitəsinin və Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin dəstəyi
ilə Maqdeburq şəhərində
Ümummilli Lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
anım mərasimi keçirilmişdir.
Tədbirdə
hər iki təşkilatın üzvləri,
eləcə də, digər icmalardan olan cəmiyyət sədrləri iştirak etmişlər. Anım mərasiminin
açılışında Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyətinin sədri Yaşar
Millnits-Niftəliyev Ümummilli Lider Heydər Əliyevin həyat yolundan, Azərbaycanın inkişafı üçün göstərdiyi xidmətlər
barədə məruzə ilə çıxış etmişdir. Tədbir
iştirakçıları Ulu Öndərin
xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
NƏZAKƏT
Səs.-
2011.- 13 dekabr.- S. 4.