Vətəndaş
cəmiyyətində etiket qaydaları
Etiket
fransız sözü olub- davranış qaydaları deməkdir.
Ona cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət
qaydaları daxildir. Bir- birinə hörmət etmədən,
özünə müəyyən qadağalar qoymadan
yaşamaq mümkün olmadığı qədər, bu
normalara riayət etmədən heç bir siyasi, iqtisadi, mədəni
münasibətlər də yaratmaq
mümkünsüzdür. Etiket
sözü - etika sözü ilə
eyni kökdən olub, jestin
gözəlliyi və başqa insanlara qarşı hörmət
münasibətinə əsaslanaraq,
ümumi qəbul olunmuş davranış
qaydalarını özündə əks etdirir. Etiket - insanın cəmiyyət
arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və
Fransadır. Sonra isə əxlaq
qaydaları İtaliyada yarandı.
Etiketin
bir neçə növləri vardır:
- Dövlət etiketi
- Diplomatik etiket
- Hərbi etiket
- Dini etiket
- Ümumvətəndaş
etiketi
Ümumvətəndaş
etiketi də öz növbəsində:
- İşgüzar və
qeyri-
işgüzar
- Mərasim
- Masaarxası
- Söhbət(Ünsiyyət)
etiketlərinə bölünür
Etiketin ümumi
qaydalarına aşağıdakıları daxil edirlər:
*
İlk öncə xoş niyyətli olmaq lazımdır.
* Klassik qızıl
qaydanı yaddan çıxarmaq olmaz: “Özünə rəva
bilmədiyini başqasına rəva bilmə!”
* Nəzakətli olmaq əsil
vikipediyaçının keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın!
Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə
sərhədi keçmək şifahi ünsiyyətdəkinə
nisbətən xeyli asandır.
* Bütün
danışıqlarınızı imzalamağı
unutmayın. Sözlərinizin
arxasında durun.
* Konsensusa doğru fəaliyyət
göstərin,
destruktiv olmayın.
* Diqqətinizi şəxslərə
deyil, məzmuna
yönəldin.
* Sualları
qulaqardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız
qoymayın.
*
Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi
qəbul edin! Üzr istəməkdən
heç zaman çəkinməyin.
* Öz
qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi
və qəzəbinizi cilovlayın!
*
Bağışlayın və unudun!
* Tərifləməkdən
usanmayın. Uğurlu
istifadəçilərə daim öz təşəkkürünüzü
çatdırın.
Mükafatlar və ulduzlar verməkdən çəkinməyin!
* Mübahisələri
başlayan heç vaxt siz olmayın və başlamasına da
imkan yaratmayın. Barışıqlara və
vasitəçiliklərə əl atın. Başqalarının
mübahisələrində vasitəçi olun.
*
“Çıxın gedin!” Əgər
mübahisənin nəticəsi sizi qane etmirsə və bir
şey dəyişə bilmirsinizsə, başqa məqalələrin
redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri
oxumayın. Hirsiniz
soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.
* Geri çevirmələrdən
uzaq olun və üç dəfə geri çevirmə
qaydasına bağlı qalın.
Redaktə savaşlarından kənarda
qalın.
* İnsanlara şəxsi
hücumlar, əsassız
ittihamlar etməyin, təhqirə
keçməyin, qisas
almayın, istifadəçiləri
damğalamayın (faşist,
irqçi və s. ),
onları kiçiltməyin,
ələ salmayın.
Oturub-durma etiket
qaydalarına görə insan çox yüngül yeriyib tələsməməlidir : bu, yüngüllük və yelbəlinliyə
dəlalət edər, çox ağır yeriyib ləngiməməlidir
- bu, kəsalət və tənbəlliyə
dəlalət edir. Təkəbbürlü
adamlar kimi özünü çəkə-çəkə
yeriməməli, arvadlar və ədabazlar kimi özünü
burcuda-burcuda irəliləməməli, əllərini
yanına sıxmamalı və yellənə-yellənə
getməməlidir. Bütün hallarda həddi
gözləməlidir. Yeriyəndə, çox o yana-bu
yana baxmamalıdır, bu , gözüaydınlıq - huşu yerində olmayanların
işidir: həmişə başını aşağı
salmamalıdır, bu qəmli-kədərli və fikri yerində
olmayanların işidir.
Minməkdə
də orta həddi gözləmək lazımdır. Oturmaqda belə edilməməlidir
- ayağını uzatmamalı, ayaqlarını bir-birinin
üzərinə aşırmamalı, dizi üstə
oturmamalı. Başını dizi üstə
qoymamalı, əlini dayamamalı, bu ,
qəm və kədər əlamətidir. Boynunu yana əyməməli, saçı və bədənin
başqa üzvü ilə oynamamalı, barmağını
ağıza-burnuna soxmamalı, barmaqlarını və bədəninin
başqa üzvlərini şaqqıldatmamalıdır.
Bərkdən əsnəməməli,
camaatın qabağından uzanmamalı, adamların yanında
burnunun zibilini yerə atmamalı, eləcə də,
tüpürməməli; çox ehtiyac olduqda, elə etməlidir
ki, camaat səsini eşitməsin, boş əli, ətəyi,
qolu ilə ağız-burnunu silməməli, çox
tüpürməyi adət etməməlidir. Bir məclisə
getdikdə öz yerini bilməli, nə yuxarı
, nə də aşağıda oturmamalıdır. Oturan
adamın ən böyüyü odursa, harada gəlsə otura
bilər, harada otursa , ora məclisin başı hesab edilər.
Qərib isə öz yerində oturmasa, başa
düşdükdə öz yerinə keçməli, öz
yerini tutulmuş görsə, hay- küy qaldırmadan, ürəyinə
bir şey salmadan, üsulluca məclisi tərk etməlidir.
Camaat
arasında əlindən və üzündən başqa
heç yeri açıq olmamalı, böyüklərinin
yanında ayağı yalın, dizi cırmaqlı gəzməməli,
heç yerdə istər təklikdə, istərsə
cütlükdə dizdən göbəyə qədər bədəni
açıq görünməməlidir.
Bir adamın
hüzurunda yuxulamamalı, dalı üstə
də yatmamalı, xüsusilə, xoruldayan olsa; çünki
dalı üstə yatmaq xorultunun səsini artırır. Camaat arasında yuxu güc gəlsə, durub gəzməli,
mümkün deyilsə, bir şey haqqında fikirləşməklə
yuxuya qalib gəlməli, mürgüləməməlidir.
Əgər camaat içərisində olsa və hamı yatsa,
onlara qoşulmalı,
ya oradan çıxmalı, yatanlar içində tək
oyaq qalmamalı, ümumiyyətlə, elə etməli ki,
camaatın zəhmətinə və nifrətinə səbəb
olmayasan. Heç bir məclisdə heç kəsə
yük olmamalıdır.
Hər
şeydən əvvəl, uşaqlara yaşlarına,
maraqlarına və əqli inkişafına uyğun hədiyyə
verilməlidir. Hədiyyə tərbiyəvi
funksiya daşıyır.
Balaca uşağa hədiyyə seçmək daha
asandır. Oyuncaqlardan başqa
şəkilli kitablar,
rəsm üçün ləvazimatlar -
karandaşlar, rənglər, plastilin və s. hədiyyə
etmək olar. Bir az böyük yaşda
olan uşaqlara müxtəlif oyunlar,
bəzi qabiliyyətlərinin inkişafına yönəldilmiş
kitablar hədiyyə etmək
olar. Getdikləri dərnəklərdə
və məşğələlərdə məşğuliyyətlər
üçün lazım olan əşyalar hədiyyə etmək
daha münasib
olar.
İşgüzar
hədiyyələr kontakt qurulması və xoş atmosferin
yaradılması məqsədi ilə edilir. Həmin insana qarşı olan xoş münasibətinizi
göstərmək üsullarından biridir.
İş etiketi tələblərinə
əsasən,
birinci görüş vaxtı əvvəlcə hədiyyələr
sahiblər tərəfindən edilir.
Əgər sizin firmanıza xarici partnyorlar gəlibsə, onda hörmət
əlaməti olaraq onlara sadə suvenirlər təqdim etmək
olar. Sonrakı əməkdaşlıq
dövründə hər iki tərəfdən hədiyyələr
gözlənilir.
Biznes- hədiyyə
ucuz olmalıdır. Hətta
əgər siz müvəffəqiyyətli firmada işləyirsinizsə, nə
qonağa, nə də iş
yoldaşına bahalı hədiyyələr vermək
olmaz. Əks-təqdirdə,
öz hədiyyənizlə siz onları pis vəziyyətə
qoyacaqsınız.
Daha əlamətdar
günlərdə - ad günü, 8 Mart, təqaüdə çıxmaq
münasibətilə saat,
portfel, qovluq, alışqan və s. hədiyyə
etmək olar.
Biznes- hədiyyələrə
şlyapalar,
köynəklər,
corablar və s. aid etmək olmaz.
Qalstuklar,
şərflər və örpəklər istisna təşkil
edir.
Hədiyyə
seçiminə ciddi yanaşmaq lazımdır. İnsanın maraqlarını, zövqünü nəzərə
almaq lazımdır. Hədiyyə onun məşğuliyyət və işinə
uyğun olmalıdır.
Süfrə mədəniyyəti
haqqında aşağıdakıları demək olar:
Hər
birimiz cəmiyyətdə özümüzü aparmaq mədəniyyətinə
riayət etməliyik. Onlardan biri də
süfrə mədəniyyətidir. İlk baxışda bizə sadə
görünsə də, stol arxasında necə
davranmağı, yemək
qaydasını, əllərimizi
hara qoymağı,
xoşlamadığımız yemək gətirələrsə,
necə münasibət bəsləməyi, bizə elə gəlir
ki, bilirik. Amma müxtəlif məclislərdə
iştirak edən zaman səhvlərə yol verildikcə, anlayırıq
ki, bu kimi qaydaları
bilmirik. Stol arxasında
özünü aparmaq bacarığı, təmkinlə yemək
qaydası insanın ümumi mədəni səviyyəsini
göstərir. Bunları bilmək
üçün aşağıdakılara diqqət edək.
Əvvəl
oturuşumuza fikir verməliyik. Stulun arxasına az
söykənərək düz oturmaq, stulu stola çox yaxın
çəkməmək lazımdır. Stolun arxasında əyləşən
zaman əllərimizi yaxşısı budur ki, əllərimizi, dizlərimizin
üstünə qoyaq. Yemək prosesində bütün hallarda dirsəkləri
stola qoymaq məsləhət deyil. Çünki geniş
açılmış qollarımız sizinlə
yanaşı, əyləşənlərə mane ola bilər. Digər
məsələlərdən biri də, yeməyə nə vaxt
başlamaqdır. Məclisdəkilərə
yemək paylanandan sonra,
əvvəlcə ev sahibəsi yeməyə
başlayır, bununla göstərir
ki, digər qonaqlar da yeməyə
başlaya bilərlər. Əgər
məclisdə qonaq çoxdursa, hamıya xidmət edilməsini
gözləmək vacib deyil. Bu
zaman xörək soyuyub, öz keyfiyyətini itirə
bilər. Buna görə də
3- 4 nəfərə xidmət göstəriləndən sonra ev sahibəsi onları yeməyə dəvət
edir. Müəyyən səbəbdən
ev sahibəsi belə etmirsə, siz 5- 6 adama xidmət edildiyini
görüb yeməyə başlasanız səhv olmaz. Lakin etiket bunu ev
sahibəsi və yanınızda əyləşən
qadınlar yeməyə başlayandan sonra etməyə icazə
verir. Yeməyi ev
sahibinin sağında əyləşmiş qadından
başlayaraq paylayırlar. Yemək
sol tərəfdən,
duru xörək və içki sağ tərəfdən
verilir. Ola bilər ki, əvvəllər
heç vaxt dadına baxmadığınız xörək
verilsin. Bu zaman baxın
görün ev sahibəsi nə cür
yeyir. Bu xörəyin nədən
bişirildiyini və onu yemək qaydasını ev sahibəsindən soruşsanız, etiket
pozulmaz.
Vahid Ömərov, fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2011.-14 dekabr.- S. 7.