Nəsrulla İmanquliyevin 100 illiyinə həsr olunmuş sərgi və elmi konfrans

 

Dekabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında   görkəmli jurnalist, ustad redaktor və pedaqoq Nəsrulla İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi və “Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” - “Baku” təcrübəsi” mövzusunda elmi konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 23 noyabr 2011-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirdə tanınmış elm və ədəbiyyat adamları, jurnalistlər, Nəsrulla İmanquliyevin tələbələri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Şərif Ağayarovun verdiyi məlumata görə, tədbirdən əvvəl Nəsrulla İmanquliyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq.

 

Zümrüd

Səs.- 2011.- 20 dekabr.- S.12.