Nəsir İmanquliyev - 100

 

Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi, alim, pedaqoq, ictimai xadim, professor Nəsir İmanquliyev qəzetçilik sahəsində, jurnalistikanın inkişafında, ən əsası isə ziyalılıq və insanlıq zirvəsində olaraq, misilsiz xidmətləri ilə tarixin səhifələrinə iz salmışdır. Cəsarətli redaktor, qayğıkeş, təvazökar insan, bacarıqlı təşkilatçı, heç kimə bənzəməyən rəhbərlik üslubu onu səciyyələndirən əsas cəhətlərdir. Buya digər xüsusiyyətləri ilə Nəsir İmanquliyev xatirələrdə və yazılı salnamələrdə iz salıb.

87 il ömür sürmüş professor Nəsir İmanquliyev bütün həyatını Azərbaycan mətbuatı və mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Bu cür şəxsiyyətlər unudulmur. Azərbaycan Prezidenti İlham Əliyevin Nəsir İmanquliyevin 100 illiyi ilə bağlı imzaladığı Sərəncam bunu bir daha sübut edir.

O, sözün həqiqi mənasında, ömrünü, yaradıcılığını milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr edib, həyat və fəaliyyəti maraqlı məqamların axarında davam  edib. Uşaqlığı, gəncliyi inqilablardan, repressiya və müharibələrdən keçib. Milli vətənpərvərlik hissləri, ədəbi-mədəni dəyərləri milli mətbuatda özünü göstərib. Tərcümeyi-halını vərəqləyərkən, tanış oluruq ki, tale onu “Gənc işçi”, “Yeni yol”, “Kommunistkimi qəzetlərin redaksiyalarında püxtələşdirmişdi. Bu qəzetlərdə məsul vəzifələr tutan Nəsir İmanquliyev publisistik və bədii yazıları ilə Həsən bəy Zərdabi ənənələrini dövrün müasir mətbuatına gətirmişdi.

Müharibənin odundan-alovundan keçən qələm sahibi 1942-ci ildə Krım cəbhəsində təkcə süngüsü ilə deyil, həm də qələmi ilə döyüşmüşdü. Belə ki, o, “Döyüşən Krım” qəzetində məsul katib, hərbi hissədə tərcüməçi və siyasi işlər üzrə müavin kimi xidmət edir. Qısa bir vaxtdan sonra yenidən “Kommunist” qəzetinə göndərilir. Bu vətənə olan sevgi hissini qələmi ilə xalqa təqdim edib, milli ruhu aşılamaq prinsipindən irəli gəlirdi. lKommunist» qəzetində məsul katibbaş redaktorun müavini kimi çalışdığı zamanda o, “Döyüşən səhifələr” guşəsi yaratmaqla hərbi vətənpərvərlik ideologiyasına töhfələrini vermiş oldu. 1946-cı ildə o zaman çox-çox qələm sahibinə nəsib olmayan Moskva Mərkəzi Qəzet Kursunu bitirən Nəsir İmanquliyev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində pedaqoji fəaliyyətə başlayır. Həmin illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində jurnalistika fakültəsi yaradılır. Elə həmin ildən universitet auditoriyalarına qədəm qoyan böyük publisistjurnalist Nəsir İmanquliyevin adı həm də universitetin ilk qurucularının cərgəsinə yazılır.

Bakı şəhər Partiya Komitəsində, sonra Mərkəzi Komitədə təbliğat-təşviqat şöbələrində rəhbər vəzifələrində işləyən Nəsir İmanquliyev təkcə jurnalist, ictimai xadim kimi deyil, həm də radio-televiziya və mədəniyyət qurucusu kimi milli-mənəvi dəyərlərimizin inkişafına töhfələrini vermişdi. Onun Mədəniyyət Nazirliyinin Radio-İnformasiya Baş İdarəsinin rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan RadioTeleviziya Komitəsində sədr müavini olduğu illərdə xüsusi xidmətlər göstərmişdir. 1958-ci ildə isə onun həyatında, ümumiyyətlə, ictimai-siyasi fikir və mətbuat tariximizdə möhtəşəm bir hadisə baş verir. Bu “Bakı” axşam qəzetinin nəşrə başlamasıdır. Mərkəzi Komitənin qərarı ilə onun baş redaktorluğu Nəsir İmanquliyevə həvalə olunur. Bununla da milli mətbuat tariximizdə Həsən bəy Zərdabinin “Əkinçi”sindən başlayan, Mirzə Cəlilin “Molla Nəsrəddin” ədəbi məktəbində püxtələşən, 1920-ci ildə Demokratik Cümhuriyyət devrildikdən sonra kommunizm ideologiyasına xidmət etməyə məhkum olan milli maarifçilik ideologiyası Nəsir İmanquliyevin “Bakı” qəzetində yaddaşlara qaytarılmış oldu. 30 ildən çox “Bakı”, sonraBaku” qəzetlərinin redaktoru olan Nəsir İmanquliyev bu nəşrlərlə milli mətbuat tariximizə peşəkar jurnalistikanı, dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirmiş oldu. Jurnalistikanın elmi-nəzəri problemlərini işləyən alim həm də onu ciddi elm sahəsinə çevirməklə ljurnalistika dördüncü hakimiyyətdir” ideologiyasını formalaşdırmış oldu.

Azərbaycanın tanınmış ziyalılarının, ictimai xadimlərin onunla bağlı söylədikləri fikirlər maraq doğurur. Xalq yazıçısı Elçin Əfəndiyev Nəsir İmanquliyevi görkəmli jurnalist, ictimai xadim, pedaqoq olmaqla bərabər, ilk növbədə, böyük ziyalı kimi qiymətləndirir: “Bu ziyalılıq yalnız etik bir kateqoriya deyil, eyni zamanda, vətənpərvərliyin və maarifçiliyin ifadəsi idi. Tutduğu vəzifədən, ictimai mövqeyindən asılı olmayaraq, həmin ziyalılıq Nəsir müəllimi ömrünün sonunadək müşayiət etmişdir. Nəsir İmanquliyev Azərbaycan jurnalistikasının mötəbər ağsaqqalı idi. O, bu ağsaqqallıq səlahiyyətini həm şəxsiyyəti, həm də əməli ilə qazanmışdı. “Bakı” qəzeti sovet Azərbaycanında ən cavan rəsmi qəzet idi. “Bakı” qəzeti Bakı Partiya Komitəsinin orqanı idiaradan keçən illərin sınağı göstərdi ki, bu qəzet, əslində, partiya doğmalarına yox, xalqa xidmət etmişdir. Sovet dönəmində respublika həyatının bütün sahələri - iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materialları bu gün bir daha gözdən keçirdikdə, məlum olur ki, əslində, Nəsir müəllimin rəhbərlik etdiyi “Bakı” qəzeti üçün partiya qərarları, partiya şüarları yox, sözün böyükmilli mənasında vətəndaş təəssübkeşliyi əsas olmuşdur.”

Nəsir İmanquliyev çox canlı, çevik, gülərüz, güclü yumor hissinə malik bir insan olmaqla bərabər, çox prinsipial şəxsiyyət idi. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın sözlərinə görə, müharibə illərində Rəsul Rza ilə birlikdə olmuşdur: lAtamla bir yerdə Krım cəbhəsində ordu qəzetinin Azərbaycan redaksiyasında çalışdıqlarını bilirdim. Bu qəzetin Azərbaycan redaksiyasının rəhbəri tənqidçi və teatrşünas Cəfər Cəfərov idi. Çox illər sonra Cəfər Cəfərova fəaliyyətinin müharibə dövrü ilə bağlı böhtan atılanda, onunla birlikdə Krım cəbhəsində olmuş yazıçı və jurnalistlər Rəsul Rza, Əli Vəliyev, Abbas Zamanov, İbrahim Novruzov, Cəfər Cəfərovu müdafiə edən məktub yazmışdılar, onun ən ağır şəraitdə özünü cəsur apardığını təsdiq etmişlər. Məktuba imza atanların biri də Nəsir İmanquliyev idi

Gəlişi ilə jurnalistika sahəsində məktəbini yaradan Nəsir İmanquliyev ən böyük əsərləri onun yetirmələri, baş yazarı olduğu lBakı» və “Baku” qəzetləri olmaqla yanaşı, Şərqi və Qərbi birlik, qardaşlıq fəlsəfəsinə səsləyən Bakı Dövlət Universitetinin professoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, ərəb filologiyası üzrə məşhur tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva olub. Bu gün onun ailəsində tərbiyə alanbu şəcərəni davam etdirən insanlar Azərbaycanın nüfuzlu şəxsləridir. Görkəmli jurnalistin nəvələri - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ənənəni davam etdirirlər.

Nəsir İmanquliyev xidmətindən söz açarkən, vurğulamaq lazımdır ki, o, 1942-1945-ci illər müharibəsi zamanı mətbuatın rolundan namizədlik dissertasiyası yazıb, dərslikləri, dərs vəsaitləri, həmmüəllifi olduğu sanballı monoqrafiyaları, tərcümə ədəbiyyatının ən gözəl nümunələri sayılan kitabları ilə tanınıb. Böyük Vətən müharibəsindəki, quruculuq illərindəki fədakar əməyinə görə dəfələrlə ordenmedallarla təltif olunan Nəsir İmanquliyev milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə iki dəfə “Qızıl qələm” mükafatına, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür. Bütün bunlar onun zəngin həyatının, yaradıcılığının kiçik bir yazıda qeyd olunan məqamlarıdır.

Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov ziyalını belə xarakterizə edib: “Milli mətbuat tariximizdə yeganə bir jurnalist var ki, iki qəzetin təməlini qoyub, ona sərasər düz 30 il rəhbərlik edib, kollektivini formalaşdırıb, dövrünün, zamanının aynasını yaradıb. Bu, bütün universitetimizin adı ilə qürur duyduğu, jurnalistika fakültəsinin qurucularından biri kimi tarixə düşən professor Nəsir İmanquliyevdir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmişdir. Onun müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən Nəsir İmanquliyev “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.”

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva onun fəaliyyətini  özündən əvvəlki ziyalıların ənənələrinin davamçısı tək qiymətləndirir: lVaxtı ilə Mirzə Cəlillər, Şahtaxtılar, Faiqlər, Əlibəylər xaçaturovlara qarşı mübarizə aparırdılar. Onlar azərbaycandilli, türkdilli qəzetlər nəşr etdirirdilər. Bu, böyük hadisə, şücaət, hünər idi. Çünki o zaman çar Rusiyasında belə bir hünərə malik olan, Azərbaycan millətinə xidmət edən insanlar arxasız idilər. Onlar hökumət, dövlət tərəfindən dəstəklənmirdilər. Amma onların qəlbi, ürəyi gördükləri müqəddəs işlərə, amallara dəstək verirdi. Bu da həqiqi vətənpərvərlik idi. Nəsir İmanquliyev də elə bir məktəbin yetirməsidir. O, bütün həyatı boyu öz fəaliyyətində Mirzə Cəlil ənənələrini davam etdirmişdir. Əgər Mir Cəlal müəllim Mirzə Cəlil ənənələrini ədəbiyyatda davam etdirirdisə, Nəsir İmanquliyev bu ənənələri jurnalistikada, mətbuatda yaşadırdı.

Nəsir İmanquliyev geniş dünyagörüşlü, nadir mütəxəssis, savadlı, təcrübəli, siyasi cəhətdən həddindən artıq yetkin insan olaraq iz salıb. Belə simanın - Nəsir İmanquliyevin mənalı ömür yolu, səmərəli elmi, pedaqoji fəaliyyəti, mətbuatımızın inkişafındakı xidmətləri  geniş şəkildə tədqiqi və öyrənilməsi əhəmiyyət daşıyır.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir İmanquliyevin yaşadığı binaya xatirə lövhəsi vurulub. Azərbaycanın əməkdar jurnalisti Nəsir İmanquliyevin yaşadığı Bakı şəhəri, Nizami küçəsi 66 ünvanındakı evi muzeyə çevriləcək. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz xanım Paşayevanın redaktorluğu ilə “Mətbuatımızın klassiki” kitabı hazırlanıb.

Nəsir İmanquliyevin yetirmələrinin çoxu milli mətbuatımızın salnaməsini yaradan qələm sahiblərinin cərgəsindədir. O, cismən aramızda olmasa da əməlləri ilə  qəlbimizə əbədi həkk olunub və həmişə böyük ehtiramla yad edilir. Nəsir İmanquliyev cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Odur ki, ziyalılar onu heç vaxt unutmuro, öz əməlləri ilə yaşayır.

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

Səs.-2011.- 24 dekabr.-S. 7.