Hüquqi dövlət quruculuğunda diplomatiyanın rolu

 

Beynəlxalq münasibətlər və diplomatiya bir-biri ilə sıx əlaqədədir. Müvafiq ədəbiyyatda “diplomatiya” və “diplomatiya tarixi” anlayışları haqqında geniş bəhs edilib. Aydındır ki, diplomatiya tarixinin predmeti diplomatiya ilə müəyyən olunur. Lakin diplomatiyaya dair çoxsaylı ədəbiyyatda, hələlik, hamı tərəfindən qəbul edilən vahid tərif yoxdur. Qeyd edək ki, diplomatiyadiplom” (yunan dilində diploma - ikiqat yığılmış sənədlər deməkdir) sözündəndir. Diplomatiyadiplomatik anlayışları isə XVII əsrdə tətbiq edilib. İngiltərədə ilk dəfə 1645-ci ildə “diplomatiya” anlayışından istifadə olunub, məşhur alim Q.V.Leybnistin (1646-1716) diplomatik hüquq külliyyatından (1693) sonra diplomatik anlayışı dövriyyəyə daxil edilib. Lakindiplomatiya” anlayışı müasir anlamda ilk dəfə fransız diplomatı Fransua Kalyerin 1716-cı ildə çap olunmuş kitabında (“Hökmdarlarla danışıqlar aparılmasının üsulları”) yanaşma və yüksək əxlaqi prinsiplərə əsaslanan elm və sənət kimi baxılır. Diplomatiyadiplomatik fəaliyyətin genişlənməsi bu sahədə elmi-təcrübi fəaliyyəti də canlandırır.

Qeyd edildiyi kimi, diplomatiyanın hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Hətta vaxtilə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən buraxılan diplomatiya lüğətinin müxtəlif nəşrlərində eyni anlayış müəyyən qədər fərqli verilmişdir. Bununla birgə diplomatiyanın əsas məzmunu və mahiyyəti üzrə mövqelər eynidir. Diplomatiya beynəlxalq münasibətlər elmi, dövlətlərin xarici siyasəti qarşısında duran məqsəd və vəzifələri dinc yol ilə həyata keçirən danışıqlar sənətidir. Buradan beynəlxalq münasibətlər və diplomatiya arasındakı mühüm əlaqə ortaya çıxır. Ədəbiyyatlardan birində göstərildiyi kimi diplomatiya çox vaxt və səhvən beynəlxalq münasibətlərlə eyniləşdirilir. Əslində, diplomatiya özlüyündə bu münasibətlər üzərində “üstqurum”.

Beynəlxalq münasibətlər və diplomatik fəaliyyət zəngin tarixi irs yaradıb. Bu sahədə xeyli nəşrlər vardır. Diplomatiyanı dövlət özündə həll edilən vəzifənin konkret şərait və xarakterini nəzərə almaqla tətbiq edilən praktik tədbirlərin, üsul və metodların məcmusunu, dövlət və hökumət başçılarının, xüsusi xarici əlaqələr orqanlarının dövlət maraqlarını əks etdirən rəsmi fəaliyyətini əks etdirən dövlətin xarici siyasətini həyata keçirən xüsusi vasitə kimi də səciyyələndirirlər.

XVIII-XIX əsrlərdə Qərbi Avropada - dövlətlərinin diplomatiyasının xüsusiyyətlərindən bəhs edərkən buraya xarici bazarların əldə olunması, dünyanın yenidən bölünməsi, dünya iqtisadiyyatı və siyasi hökmranlıq uğrunda mübarizəni daxil edirlər. Yeni dövrün diplomatiyası demokratik dəyişikliklərin həyata keçirilməsində hüquqi dövlətlərin yaranmasında da əsaslı rol oynadı.

1961-ci ildə diplomatik münasibətlər haqqında Vyana Konvensiyası əsasında həyata keçirilən diplomatiyanın əsas formalarına diplomatik protokol, etimad qramotaları, diplomatiyanın funksiyalarına diplomatik ünsiyyət və yazışmaları diplomatiyasının metod və vasitələrinə rəsmi səfərlər və danışıqlar, diplomatik qurultaylar, konfranslar, müşavirələr və görüşlər, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması və bağlanması, beynəlxalq təşkilatların işində iştirak, diplomatik sənədlərin nəşrini aid edirlər. Beynəlxalq hüquq diplomatik nümayəndələrin olduqları ölkələrin daxili işlərinə qarışmağı qadağan edir. Diplomatik xidməti yerinə yetirən orqanlar və məsul şəxslər olduqları ölkələrdə ümumi qəbul etmiş hüquqlardandiplomatik imtiyazlardan (diplomatik heyət və binanın toxunulmazlığı, şifrəli yazılmaq və diplomatik örtülü əlaqələrdən istifadə hüququ, dövlət bayraqlarının qaldırılması, gömrük imtiyazları s.) istifadə edirlər.

Azərbaycanda beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsi digər ölkələrdən fərqli inkişaf yolu keçib. Bu sahədə müəyyən işlər görülməsinə baxmayaraq, tədqiqatlar uzun dövr ərzində kompleks xarakterdə olmayıb. SSRİ-nin dağılması və Azərbaycanın Dövlət  Müstəqilliyini bərpa etməsindən sonra vəziyyət dəyişdi. Müstəqil dövlət kimi Azərbaycan Respublikasını beynəlxalq münasibətləri və diplomatik əlaqələri genişləndi. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutudu, dövlətin mənafeyini tam əks etdirən xarici siyasət konsepsiyası hazırlandı. Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi daha da möhkəmlənib, güclü diplomatik xidmət formalaşdırılıb. İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində (2008-ci il 7 iyul) demişdir: “Bu müşavirələr artıq ənənəvi xarakter daşıyır və hamımız yaxşı bilirik ki, müşavirələrin çox gözəl nəticələri olur... Təbii ki, bizim xarici siyasətimiz çox açıqdır. Aydındır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atdığımız addımlar bütün ictimaiyyət üçün aydındır. Amma, eyni zamanda, müəyyən mərhələlərdə, daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir”. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal roludiplomatik əlaqələri problemin tarixinə də marağı genişləndirdi. Artıq bu sahə tədqiqat istiqaməti kimi hərtərəfli inkişaf etməkdədir.

Azərbaycanın beynəlxalq münasibətləri və diplomatiya tarixinin intensiv tədqiqi ilə müqayisədə onun sənəd və materiallarından ibarət bazasının yaradılması nisbətən geridə qalır. Bu boşluğu aradan qaldırmaq məqsədilə xeyli müddətdən bəri aparılan məqsədyönlü sahəsində əldə edilmiş sənəd və materialların bir hissəsi çap olunur.

Məlumdur ki, dövlətlərarası müqavilələr həm diplomatiyada, həm beynəlxalq münasibətlər tarixində, həm də beynəlxalq hüquqda öyrənilir. Bu, Azərbaycanda da belədir. Lakin dövlətlərarası müqavilələr Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Bu da təsadüfi deyil. Belə ki, yalnız dövlətlərarası müqavilələr beynəlxalq münasibətlər və Azərbaycanın diplomatiya tarixini ardıcıl və sənədli şəkildə ortaya çıxarmağa imkan verir. Bu sahənin tarixinin rekonstruksiyasını bilavasitə bu sənədlər əsasında həyata keçirilməsi daha real görünür. Dövlətlərarası müqavilənin istər Azərbaycan, istərsə də, digər dövlətlərin xarici siyasətinin fundamental sənədləri ilə birlikdə nəzərdən keçirilməsi qeyd edilməlidir.

Azərbaycan diplomatiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşİlham Əliyev tərəfindən də uğurla davam etdirilir. V.Abdullayev “Heydər Əliyevin diplomatiyası dövlət müstəqilliyimizin rəhmidir” məqaləsində yazır: “Heydər Əliyev səriştəli siyasətçi və təcrübəli dövlət xadimi kimi yaxşı dərk edirdi ki, xalqın xüsusilə, son 70 ildə onsuz da totalitar rejimli “ehkamçı mühitində formalaşmış” mənlik şüuru, tarixi yaddaşı yeni reallıqların ziddiyyətləri ilə üzləşəcək və əgər onun iradəsi düzgün məcraya istiqamətləndirilməsə, labüd fəlakətlər baş verəcəkdir. Belə də oldu. Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına, xalqın demokratik hüquq və azadlıqlar əldə etməsi üçün real şəraitin yaradılmasına baxmayaraq, ölkənin hansı çətinliklərlə üzləşəcəyini yalnız Heydər Əliyev zəkası dərk edə bilərdi. Odur ki, rəhbərliyə yenidən qayıdarkən Onun dirçəlişi və diqqəti naminə bütün səy və bacarığını əsirgəmədi. Çünki başqa yol qalmamışdır: iqtisadiyyatı bərbad vəziyyətdə görməsi Onun qəlbini ağrıtmışdı. Xalqın yoxsul vəziyyətə düşməsi siyasi qüvvələrin qarşıdurmasının gərgin şəkil alması cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsi Onun az qala bütün varlığını sarsıtmışdı. Bəşər svilizasiyasının inkişaf məntiqi dəfələrlə sübut etmişdir ki, keçmişdə olduğu kimi, indimilli azadlıq hərəkatında ən ülvi, ən ağrılı məqamlar - azadlıq idealı naminə tökülən qanlar, əvəzsiz qurbanlar, insan kədərinin miqyası, verilən maddi və mənəvi itkilər xalqların yadadşından heç zaman silinmir. Bəlkə də tarixin ibrət dərsinin müdrikliyi bundadır ki, hər bir millətin sosial təfəkkürünü məhz onun tarixi gerçəkliyinin ağrılı səhifələri formalaşdırır, tarixi qüsurları vaxtında aradan qaldırmaq immunitenti yaradır, gələcəyə nikbin baxmaq potensialını artırır”.

Hüquqi dövlət bazar iqtisadiyyatını və demokratik vətəndaş cəmiyyəti quruculuq yolunu tutmuş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin möhkəmlənməsi uğurlu diplomatiyadan asılıdır. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən hesab edirəm... Bu sahədə mən daim çalışacağam ki, və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq, bildirmək istəyirəm ki, Mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyi itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Dünyanın ən uzaqgörən diplomatı olan Heydər Əliyev hüquqi dövlət quruculuğunu diplomatik fəaliyyətlə uğurla uzlaşdırırdı. Uzaqgörən siyasətçi Heydər Əliyev ölkədə daxili sabitliyin təmin olunmasını ön plana çəkməklə, cəmiyyətdə əmin-amanlıq yaratmağı mühüm milli vəzifə hesab etməklə, məhz bu əsas üzərində Azərbaycanın xarici ölkələrə normal əlaqələrinin yaradılmasını vacib şərt sayırdı. İkinci qayıdışa qədər ölkədə sabitliyin olmaması üzündən, hətta Orta Asiyanın istiqlaliyyət qazanmış türk xalqlarının dövlətləri də Azərbaycanla əlaqələrini faktik olaraq kəsmişdilər. Bir sözlə, Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsinə qədər respublikanın mənəvi-siyasi durumu ciddiyeni diplomatik fəaliyyətə ehtiyac yaratmışdır. Görkəmli diplomat başa düşürdü ki, ölkənin daxili, özü də ağır iqtisadi-siyasi problemlərinin həlli dünya birliyinə səriştəli xarici siyasətlə çıxmaq Avropa, AmerikaAsiya ölkələri ilə geniş hərtərəfli və məhsuldar əlaqələr qurmaq lazımdır. Belə ki, diplomatiyanın əsasında isə demokratiyasülh siyasəti qurmalı, bəşəri dəyərlərə xüsusi yer ayrılmalı idi.

Heydər Əliyevin siyasi-diplomatik fəaliyyətində dövlətçilik siyasəti diplomatiyasında demokratik prinsiplərin bərqərar olması əsas yer tutur. V.Abdullayev bunun əsas səbəblərini belə izah edir: “Əvvəla, ona görə ki, bunun tarixi zəmini vardır. Əsrlər boyu qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamış xalqların həyat tərzi bunu aşkar nümayiş etdirir. İkincisi, tarixin amansız gedişatı nəticəsində vaxtı ilə Şərqdə ilk demokratik respublika qurulmuş Azərbaycan xalqının iradə və istəyindən asılı olmayaraq, ölkədə yenicə cücərməyə başlayan demokratik proseslər dayandırılmışdır. Lakin tarix uzun məşəqqətlər hesabına olsa da, xalqımıza müstəqilliyini bərpa etmək imkanı vermiş, qədim mədəniyyəti ilə müasir sivilizasiya məkanına qovuşmasına real şərait yaratmışdır. Heydər Əliyev diplomatiyasının başlıca prinsipi Azərbaycanı dünyaya tanıtmaq, fövqəldövlətlərlə və dünya dövlətlərilə diplomatik münasibətləri xalqımızın milli mənafeyini nəzərə almaqla daha da yaxşılaşdırmaq və inkişaf etdirmək idi. Heydər Əliyevin diplomatik fəaliyyətini sovet dövrü, Moskva dövrü və müstəqillik dövrü olmaqla üç mərhələyə ayırırlar. Üçüncü mərhələ Heydər Əliyev diplomatiyasının ən önəmli dövrü hesab olünür”.

Heydər Əliyevin müdrik siyasəti sübut edir və etməkdədir ki, məhz bu təcrübəli dövlət xadiminin diplomatik fəaliyyəti dövründə suveren Azərbaycan Respublikasının Qərb ölkələri, xüsusilə, ABŞ-la həm diplomatik, həm də iqtisadi münasibətləri geniş vüsət almışdır.

Bu gün iftixarla demək olar ki, Ulu Öndər Heydər Əliyevin ideyaları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və günü-gündən genişlənməkdədir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2011.- 30 dekabr.- S.13.