Dünyanın müxtəlif ölkələrində 31 Dekbar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilir

 

Birləşmiş Ərəb Əmirlikləri

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BƏƏ rəsmiləri, bu ölkədə yaşayan azərbaycanlılar, türklər, ərəblər və digər xalqların diasporlarının nümayəndələri iştirak ediblər. Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qonaqlara geniş məlumat verərək, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar tarixin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildiriib. BƏƏ-dəki Azərbaycan diasporunun lideri Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsindən sonra dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılarının özlərinin bu millətin nümayəndəsi olmaları ilə daha böyük iftixarqürur hissi ilə bəyan etməyə başladıqlarını qeyd  edib.

 Bayram tədbirində sənədli film nümayiş etdirilmiş, qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi müxtəlif kitablar, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusu, jurnallar, DVD-disklər və Azərbaycan Respublikasının Misirdəki səfirliyinin ərəb dilində hazırladığı “Azərbaycanın xalçaçılıq sənəti” və “Azərbaycan haqqında 100 suala cavab” kitabları paylanıb.

 

Donetsk

 

Ukraynanın Donetsk şəhərinin OperaBalet Teatrında DAK-ın Ukrayna nümayəndəliyinin,  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və AzTV-nin  təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəylik gününün 20 illiyinə həsr olunmuş muğam müsabiqəsi qaliblərinin iştirakı ilə bayram konserti keçirilib.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan bayram tədbirində Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, Donetsk vilayət dövlət administrasiyası rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycan Xarici İşlər Nazirliyinin, Ukraynadakı səfirliyimizin və Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı rəsmi nümayəndələri, çoxsaylı diaspora fəalları iştirak edib.

Mərasim iştirakçılarını qarşıdan gələn yeni ilDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti iə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən söz açıb. Bu əlamətdar günün ötən 20 il müddətində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli dövlətçilik məfkurəsi   ətrafında birləşməsində müstəsna rol oynadığını diqqətə çatdırıb.   Həmrəylik günü münasibəti ilə  Azərbaycan xalqına xoş və səmimi arzularını çatdıran Donetsk dövlət administrasiyasının rəsmi nümayəndəsi Svetlana Kuznetsova son illər Azərbaycan diasporunun təşkilatlanaraq Ukraynanın ictimai-mədəni həyatında fəal iştirak etmələrini milli diasporumuzun böyük uğuru kimi dəyərləndirib.

Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov çıxış edərək, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycan diaspor hərəkatının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Son illər ölkəmizdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam mədəniyyətinin inkişafına göstərilən diqqət və qayğının dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirildiyini bildirən natiq, bu gün Azərbaycan Televiziyasının xətti ilə muğam müsabiqəsi qaliblərinin Donetsk şəhərində konsert vermələrini dövlətimiz tərəfindən Azərbaycan diasporuna növbəti bayram töhfəsi kimi qiymətləndirib. Son illər Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyduqlarını bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov ötən 20 il müddətində xalqımızın tək maddi sərvətlərinə deyil, o cümlədən, milli-mənəvi dəyərlərinə sahib çıxmasını Ulu Öndər Heydər Əliyev ideologiyasının məntiqi nəticəsi kimi səciyyələndirib. Sonra söz musiqiyə verilib. Bayram gecəsinə qatılanları şən və həzin musiqi töhfələri ilə salamlayan gənc muğam ustaları öz peşəkar ifa tərzləri ilə qəlbləri vətən sevgisi ilə döyünən soydaşlarımıza xoşyaddaqalan anlar yaşadıblar. 2 saat davam edən muğam gecəsinə “Qarabağ şikəstəsi” ilə yekun vurulması sürəkli alqışlarla qarşılanıb.

Bayram tədbiri dünya azərbaycanlılarının həmrəylik gününün 20, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyi şərəfinə təşkil olunmuş atəşfəşanlıqla sona çatıb.

 

MİLAN

 

İtaliyanin Milan şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü adlı bayram konserti təşkil edib. Konsertdə gənc italyan ifaçıları Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər. Konsert proqramı qonaqların böyük marağına səbəb olub. İtaliyada “Azəri” Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri olan, İtaliyada yaşayan azərbaycanlı musiqi müəlliməsi Nəzakət Nuriyeva tədbirdə çıxış edərək, iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat verib. Tədbirin sonunda iştirakçılara Azərbaycan şirniyyatı və italyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnalkitablar təqdim edilib.

Konserti izləyən tamaşaçılar, ifaçıların valideynləri Azərbaycanın İtaliyadakı səfirliyinə və KİV nümayəndələrinə konsertlə bağlı təəssüratlarını bölüşmüşbu kimi tədbirlərin xalqlar arasında münasibətlərin yaxınlaşmasına xidmət etdiyini vurğulayıb. Milandakı Alessandro Mansoni adına dilçilik üzə litseyin professoru Laura Spadea İtaliyadakı Azərbaycan səfirliyinə bayram tədbiri ilə bağlı məktub yazmış və “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri olan Nəzakət Nuriyevanın öz fəaliyyəti ilə “bir birindən çox uzaqda yaşayan iki xalqın arasında körpü yaradaraq, onların dost olması istiqamətində yüksək səviyyədə bacarıq nümayiş etdirdiyiniqeyd edib. “O, öz simasinda bizə Azərbaycanı tanıtdıra və sevdirməyə nail olmuşdur. İndi biz Azərbaycanın musiqisi, mədəniyyəti və tarixi haqqında danışa bilərik. Azərbaycana ürəkdən məhəbbət və sevgi ilə bağlandıq. Tezliklə bu gözəl diyarı seyr etmək arzusundayıq”, - deyə məktubda qeyd olunub.

 

İSVEÇRƏ

 

İsveçrənin Bazel şəhərində “Azərbaycanın dostları” birliyinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat verildikdən sonra konsert proqramında Mariya Azad Xan xoyskiyi, Elcan təxəllüslü Elxan Rzayev çıxış ediblər.

Elxan Rzayev Niderland Krallığındakı Azərbaycan diasporunun təşkilatçılığı ilə dekabrın 31-də Rotterdamdakı “Bakı” restoranında baş tutacaq azərbaycanlı ifaçıların konsertində də iştirak edəcək. Həmin konsert proqramında Azərbaycanın xalq artistləri İlqar MuradovAygün Bəylərin də iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Elxan Rzayev 2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovizion” Mahnı Müsabiqəsndə  Niderland Krallığını təmsil edə bilər. O, Niderlandı bu müsabiqədə təmsil edəcək ifaçını müəyyənləşdirəcək seçimlərə qatılmaq üçün sənədlərini artıq təqdim edib və hazırda rəsmi dəvəti gözləyir. Niderland Krallığını “Eurovision-2012” yarışmasında təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə seçimlər 2012-ci ilin fevral ayında baş tutacaq. 

 

Berlin

 

Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Azərbaycan günü” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata istinadən, AAKM-in təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutan tədbiri mərkəzin icraçı direktoru Samira Patzer-İsmailova açaraq qonaqları salamlamış və hamını həmrəylik günü, eləcə də, qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmrəylik gününün yaranma tarixi haqqında qısa məlumat vermiş və həmin günün dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlıların bir araya gəldiyi simvolik bir gün olduğunu vurğulamışdır. Samira Patzer-İsmailova həmrəylik gününün bütün dünya azərbaycanlıları tərəfindən qeyd edilməsinin artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini qeyd etmişdir.

Azərbaycanın Almaniyadakı səfirliyinin birinci müşaviri Rizvan Nəbiyev çıxış edərək, səfir Pərviz Şahbazovun təbrik sözlərini Azərbaycan diasporunun nümayəndələrinə çatdırmışdır. O, Azərbaycan səfirliyi ilə Koordinasiya Mərkəzi arasındakı sıx əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasına dair məlumat vermişdiasporla səfirliyin də sıx əlaqədə işlədiyini bildirmişdir. Rizvan Nəbiyev Azərbaycan diasporunun xalq diplomatiyasındakı böyük rolunu vurğulamış və bu sahədə diasporun üzərinə düşən vəzifələrdən danışmışdır.

Sonra Azərbaycanın tarixini və incəsənətini, tarixi abidələrini və mədəniyyətini təqdim edən “Azərbaycan motivləri” adlı sənədli film nümayiş etdirilmişdir. Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunan filmdə tədbir iştirakçıları, həmçinin, Azərbaycanın şəhərləri, rəqsləri və ədəbiyyatı haqqında məlumat almışlar. Filmin nümayişindən sonra Almaniyada yaşayan rəssam, həvəskar tarzən Ələkbər Əliyev tarda Azərbaycan musiqisindən nümunələr ifa etmişdir. Onun musiqi təqdimatı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Musiqi nömrəsindən sonra Potsdam Universitetinin doktorantı, “Avrovizionun Azərbaycandakı Rəsmi Fan Klubunun prezidenti Fariz Qasımlı “Qələbəyə aparan yol” adlı məruzə ilə çıxış etmiş və 2008-ci ildən bəri Azərbaycanın “Evrovizionda uğurlu iştirakı və 2011-ci ildəki qələbəsi haqqında ətraflı məlumat vermişdir. Tədbirin əyləncəli-musiqili hissəsində tədbir iştirakçıları Azərbaycan xalq mahnılarına karaoke oxumuş və rəqs etmişlər.

Tədbirdə Koordinasiya Mərkəzinin digər əməkdaşları, Almaniyada təhsil alan azərbaycanlı tələbə və doktorantlar, eləcə də, Azərbaycan cəmiyyətlərinin üzvləri və diaspor nümayəndələri iştirak etmişlər.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 31 dekabr.- S. 12.