"Ölkədə
potensiallı gənclər
var, onlardan maksimum şəkildə istifadə edilməlidir"
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər
Birliyinin sədri Seymur Orucovun SİA-ya müsahibəsi
- Seymur müəllim, SİA olaraq ilk növbədə
sizi YAP-ın Gənclər Birliyinin sədri seçilməyiniz
münasibəti ilə təbrik edirik. Bu
pilləyə qədər
Seymur Orucov hansı yollardan keçib?
- Mən
İqtisad Universitetində
təhsil almışam.
İlk növbədə fəaliyyətə
həmin universitetin Tələbə Həmkarlar
Komitəsinin təlimatçı
ştatında başlamışam.
Daha sonra sədr müavini seçilmişəm.
Bir müddətdən sonra komitəmizin sədri başqa işə təyin olunduğuna görə, mən komitənin sədri seçildim. Orada fəaliyyət
göstərdikdən sonra,
məni universitetin Azad Həmkarlar Komitəsinin sədri seçdilər. Bir müddət
də orada fəaliyyət göstərdim.
Kollektivdə yaxşı, düzgün
və aktiv fəaliyyət göstərdiyimə
görə universitetin
rektoru tərəfindən
hərbi işlər üzrə prorektor vəzifəsinə təyin
olundum.
Partiyaya marağım isə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsində təlimatçı olan vaxtdan başlayıb. İkinci kursdan başlayaraq YAP-ın işlərində, tədbirlərində, gənclərlə bağlı layihələrində ən çox pərdəarxası, görünməyən tərəfdə fəaliyyət göstərmişik. Yəni gəncləri oraya yönəlmişik, təşkilati işlərdə yaxından iştirak etmişik. Hətta bir çox layihələrin müəllifi də olmuşuq. Bir sözlə partiyanın keçirdiyi bütün tədbirlərdə birbaşa və ya dolayı yolla iştirak etmişik. Ona görə də deyə bilərəm ki, mənim partiya dair istəyim indidən deyil, ikinci kursdan yəni 2002-2003-cü illərdən başlayıb. Bu səbəbdən də həmin zamandan indiyə qədər partiyanın işində aktiv iştirak etmişəm.
- YAP Gənclər
Birliyinin sədri seçilməyinizi gözləyirdinizmi?
- Bu mənimçün gözlənilməz oldu. Mən dəfələrlə çıxışlar etmişəm. Lakin o gün Qəbələdə keçirilən konfrans zamanı çıxışımdakı kimi heç vaxt həyəcanlı olmamışdım. O gün belə həyacanlı olacağım haqqında düşünə də bilməzdim. Bu da yəqin ki, məsuliyyətdən, işin çəkisinin ağırlığından irəli gəlirdi. Düşünürəm ki, mənim orada keçirdiyim həyəcan hətta çıxışımda da hiss olunurdu.
- Birliyin sədri olaraq təşkilatın fəaliyyətində
hansısa dəyişikliklər olacaqmı?
- Mən belə hesab edirəm ki, bizim çox gözəl idarə heyətimiz, komandamız yaranıb. Onlar kifayət qədər təcrübəlidirlər. Bizim əsas gələcək perspektivimiz beynəlxalq əlaqələrimizi maksimum dərəcədə artırmaqdır. Buna dair proqramımız da var. Birliyin görəcəyi tədbirlərlə bağlı hazırda plan hazırlanır. Biz partiya rəhbərliyi ilə onu razılaşdırıb, təsdiqlədikdən sonra plan öz icrasına başlayacaq. Bizim əsas kreativ istiqamətlərimiz beynəlxalq əlaqələrin inkişafı ilə yanaşı görülən işlərə region gənclərini cəlb etməkdir.
Biz ölkəmizdə keçirilən idman yarışlarını təşkil edərkən təkcə Bakını deyil, Azərbaycanın bütün regionlarını nəzərə almağı düşünürük. Bunu etməkdə məqsədimiz yarışlara region gənclərini cəlb etməkdir. Təbii ki, paytaxt da nəzərə alınacaq. Digər bir planımız informasiya texnologiyaları (İT) sahəsində olacaq. Bu yaxınlarda Əli Əhmədovun xeyir-duasi ilə bizim yeni veb-saytımız öz işinə başlayacaq. Artıq saytla bağlı işlərin 90 faizi yerinə yetirilib.
- Yeni saytınız nə ilə fərqlənəcək?
- Bu çox gözəl və möhtəşəm bir sayt olacaq. Saytda fəaliyyətimiz haqqında informasiyaları yayacaq, onların daha tez çatdırılması ilə bağlı bir sıra işlər görəcəyik. Eyni zamanda saytımız vasitəsilə video konfranslar da həyata keçirəcəyik. Saytımızın adını təxminən yapgənclər.az olmasını düşünürük, amma bu barədə hələ də danışıqlar gedir, məsləhətləşmələr aparılacaq. Saytda xəbərlər, fəaliyyətimiz haqqında məlumatlarla yanaşı əlavələr də olacaq. Belə ki, orada layihələrimiz öz əksini tapacaq, gəncləri maraqlandıran gündəlik sorğular, anketlər yerləşdiriləcək. Bir sözlə biz gəncləri cəlb etmək üçün bir sıra planlarımız var ki, sayt vasitəsilə onlardan istifadə edəcəyik.
Bundan əlavə, internet portallarının bir çoxunda YAP-ın gənclərlə bağlı bloklar yerləşdiriləcək. Biz Yahoo qrupda və Facebookda bloklar yaratmağı planlaşdırırıq. Dövlət başçısının qeyd etdiyi kimi informasiya texnologiyaları əsri başlayır. Ölkəmizdə neftdən sonra ikinci böyük sahə İKT götürülür. Biz də bu siyasətə dəstək oluraraq gənclərimizi bu yönümdə, yəni İKT ilə inteqrasiya etməyə çalışacağıq. Bütün bunlar tədbirlərimizdə, fəaliyyətimizdə öz əksini tapacaq.
- Qarşıda
2 fevral Gənclər günü gəlir. Ümumiyyətlə, ölkədə
gənclər sahəsinə
dair görülən
işləri necə qiymətləndirirsiniz?
- Azərbaycanda gənclərə diqqət, qayğı o qədər çoxdur ki, bunun qarşılığında biz bu siyasətə yetərincə cavab verməli, tənbəl olmamalı, daim çalışmalıyıq. Bu gün ölkəmizdə həm hökümət, həm QHT, həm də bir çox birliklər tərəfindən gənclər siyasəti həyata keçirilir. Həmçinin YAP Gənclər Birliyi də bu siyasətə qoşulur və bu istiqamətdə geniş işlər həyata keçirir.
Ötən ilə nəzər salsaq, bir il müddətində
bu sahəyə dair çox uğurlu işlərin həyata keçirildiyini görərik. Ötən
il Prezident İlham Əliyev tərəfindən bir qrup gəncə "Tərəqqi" medalı
verilib. Mən də onların sırasında olmuşam.
Azərbaycanın bir gənc vətəndaşı
olaraq ötən ili şəxsən özüm üçün
uğurlu hesab edirəm. Bundan əlavə, ötən
il bu sahədə,
xüsusən də beynəlxalq sahədə tədbirlər daha üstünlük təşkil
edib. Ümumilikdə götürsək, 2010-cu ili
gənclər siyasətinə
dair uğurlu il hesab etmək
olar. Ölkədə
potensiallı gənclər
var, onlardan maksimum şəkildə istifadə edilməlidir.
Səs.- 2011.- 1 fevral.- S. 7.