"İranda
ölkəmizə qarşı
aparılan anti-təbliğat
işlərinə qəti
şəkildə sözümüzü
deməliyik"
“Mən dəfələrlə
çıxışımda qeyd etmişəm və dövlətimiz də bildirib ki, İran bizim
qonşumuzdur və İranla bizim ortaq mədəniyyət tariximiz var. Amma buna baxmayaraq
çox təəssüf
ki, bu gün
İranda ölkəmizdə
görülən işlər
əleyhinə, dövlətimizə
qarşı anti-təbliğat
aparılır". Bu sözləri
millət vəkili Məlahət İbrahimqızı
SİA-ya açıqlamasında
deyib. İranda 30 milyona yaxın azərbaycanlı türklərinin
yaşadığını deyən millət vəkilinin sözlərinə
görə, lakin İranda aparılan anti-təbliğat işlərinə
göz yummamlı, laqeyd qalmamalıyıq.
O vurğulayıb ki, həm İran, həm də Azərbaycan müstəqil
dövlət olmaqla yanaşı, həm də beynəlxalq təşkilatlarda eyni hüquqa malikdir. ””Səhər”
kanalı uzun illərdir ki,
fəaliyyət göstərir.
Lakin biz söz, fikir, mətbuat azadlığı
məsələsinə görə
onlara o qədər də əhəmiyyət vermirdik.
Amma təəssüf
ki, onlar bizim əhəmiyyət vermədiyimizi, heç bir münasibət göstərmədiyimizi gördükcə
əndazələrindən, çərçivədən çıxırlar.
Artıq məsələ
elə bir həddə gəlib çatıb ki, qəti şəkildə sözümüzü deməliyik.
Mən fikirlərimin İranda yayılmasını
istəyirəm ki, onların oxucuları da oxuya bilsin.
Onlara demək istəyirəm ki, bu gün bütün
dünyada İranın
söz azadlığına,
insan hüquqlarına,
demokratiyaya, insan əleyhinə olan fəaliyyətindən danışılır.
Azərbaycan isə hər zaman İrana qarşı aparılan etirazlara öz qonşuluq mövqeyi ilə çıxış edərək,
bu ölkəni müdafiə etməyə
çalışıb. Bu addım
istər ulu öndər Heydər Əliyevin, istərsə də dövlət başçısı İlham
Əliyevin hakimiyyəti
dövründə atılıb.
Əgər İran mətbuatı, vətəndaşları,
siyasətçiləri bunları
unudurlarsa, hesab edirəm ki, bu onların özlərinə ziyandır".
Sözügedən məsələyə İran rəsmilərinin müdaxiləsinin vacibliyini
söyləyən M. İbrahimqızının
fikrincə, ölkə
ictimaiyyəti, siyasətçilərinin
məsələyə dair
irəli sürdükləri
qəti mövqeyindən
sonra İranın parlament nümayəndələri,
dövlət adamları bu məsələyə son qoymağı özlərinə
borc bilməlidirlər.
Səs.- 2011.- 1 fevral.- S. 11.