Xalq yazıçısı Anarın kitablarının "imza günü" keçirilib

 

Akademiya-Kitab" Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, "İstiqlal" ordenli xalq yazıçısı Anarın kitablarının "imza günü" keçirilib.

Azərbaycan ədəbiyyatının dünya şöhrətli nümayəndəsinin görüşünə ziyalılar, məktəblilər ictimaiyyət fəalları gəliblər.

Oxucular yazıçının "Akademiya-Kitab" Mərkəzinin foyesində sərgilənmiş əsərlərinin 6 cildliyini, "Kitabi-Dədə Qorqud", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", " qoç, qara qoç" digər kitablarını həvəslə alırdılar.

Əsasən, Bakıdakı "Dədə Qorqud" Özəl Türk Liseyi şagirdlərinin iştirak etdikləri görüşdə yazıçı məktəblilərin ona ünvanladıqları sualları cavablandırıb.

Dünyanın bir çox ölkələrində, o cümlədən, Rusiyada Türkiyədə kitablarının nəşr olunduğunu, əsərləri əsasında kinofilmlərin çəkildiyini, həyatının mənasını yalnız kitablarda tapdığını söyləyən yazıçı, hətta "Dədə Qorqud" eposunu bir neçə dəfə oxuduğunu deyib, gənc nəslə folklorumuzu, ədəbiyyatımızı sevməyi tövsiyə edib.

Yazıçı yeni çapa hazırladığı "Əsrin əsiri" kitabında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 20 ildən artıqdır ki, davam edən müharibə mövzusunda çıxışlarının, məruzələrinin əsərlərinin toplandığını, nəşrin tezliklə işıq üzü görəcəyini bildirib.

Sonda yazıçı tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirərək, məktəblilərlə xatirə şəkli çəkdirib kitablarını avtoqrafla oxuculara təqdim edib.

 

 

Zümrüd

 

Səs.- 2011.- 1 fevral.- S. 12.