Ölkəmizdə gənclər
siyasəti uğurla həyata keçirilir
Dövlət başçısı tərəfindən
gənclərə göstərilən qayğı
danılmazdır
Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə
aparılan gənclər siyasəti bu gün də öz
müsbət nəticələrini verməkdədir. Ulu
Öndər gənc nəslə öz qayğısını
əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda
fəal iştirak etməsini, onların sosial
ehtiyaclarını, yüksək səviyyədə təhsil
almalarını, asudə vaxtlarını səmərəli
keçirmələrini, hüquqlarının müdafiəsini,
ümumiyyətlə, gənclərin hərtərəfli
inkişafını təmin etmişdir. 1993-cü ilin iyununda
Ümummilli Liderimiz xalqın təkidi ilə hakimiyyətə
qayıtdığı andan etibarən Azərbaycan gəncliyini
ölkənin taleyi üçün mühüm işlər
görməyə çağırmışdı. Məhz elə
1993-cü ildən etibarən dövlət gənclər siyasəti
öz işinə başlamışdır. Dövlət gənclər
siyasəti gənclərin cəmiyyətdə layiqli yer
tutmasını təmin etmək üçün
yaradılmış və uğurla həyata
keçirilmişdir.
Gənclərin hərtərəfli
inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı
ilə sıx əlaqədar olmuşdur. Ulu Öndərin
hakimiyyətə qayıdışından sonra gənclərlə
bağlı həyata keçirilən siyasətin xronoloji
ardıcıllığına nəzərə salsaq, görərik
ki, ötən illər ərzində istər Ümummilli Lider
Heydər Əliyev, istərsə də onun
davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi
və birbaşa təşəbbüsü ilə
genişmiqyaslı tədbirlər həyata keçirmiş və
bir sıra problemlər öz müsbət həllini
tapmışdır.
1994-cü ildə
Ümummilli Lider Heydər Əliyev Gənclər və
İdman Nazirliyinin yaradılması haqqında fərman
imzalamışdır. Qısa müddət ərzində Gənclər
və İdman Nazirliyi gənc nəslin inkişafı
üçün mühüm işlər
görmüşdür. 1995-1996-cı illərdə
"Şahin", "Marş irəli" hərbi idman
oyunları bərpa edilmiş və gənclərin
inkişafı naminə iki minə yaxın tədbirlər həyata
keçirilmişdir.
1996-cı il fevralın
2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Gənclərin I Forumunun keçirilməsi haqqında Sərəncam
imzalaması gənclər siyasətinin həyata keçirilməsi
istiqamətində çox mühüm bir addım
olmuşdur. Həmin forumda 2000-dək nümayəndə
iştirak etmiş və problemlərin həlli istiqamətində
tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdu. Forum zamanı Heydər Əliyev öz
çıxışında gənclər
qarşısında duran əsas məqsədləri də
göstərmişdir. O, ölkəmizin ərazi
bütövlüyünun təmin edilməsinin Azərbaycan gəncliyinin
qarşısında duran mühüm vəzifələrdən
biri olduğunu qeyd etmişdir. "Hər bir gənc orduya səfərbər
olmağa hazır olmalı və orduda xidmət etməyi
özünə şərəf bilməlidir" sözləri
artıq hər bir gəncin yaddaşına həkk
edilmişdir. Prezident Heydər Əliyev 1997-ci ilin fevralın
1-də forum nümayəndələrini qəbul etmiş və
forumun əhəmiyyətini nəzərə alaraq, onun
keçirildiyi 2 fevral tarixini
"Azərbaycan gəncləri günü" elan
etmişdir.
1996-cı il iyun
ayının 29-da "Gənclik" Beynəlxalq Turizm Mərkəzində
XXVI Yay Olimpiya oyunlarına idmançılarımızı məhz
özü yola salması onun gənclərə qarşı səmimi
və qayğıkeş münasibətini bir daha göstərdi.
1999-cu il martın 2-3 də
II Forumun keçirilməsi isə Ulu Öndərin
"Dövlət Gənclər Siyasəti"nin həyata
keçirilməsi ilə bağlı Fərmanının
imazalanması ilə yadda qalmışdır.
1999-cu ilin fevral
ayının 17-də "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi"
proqramı, 1999-cu il 29 iyul tarixində Azərbaycan
Respublikasının Prezidenti "Dövlət Gənclər
Siyasəti haqqında", "Azərbaycan Respublikasında
dövlət gənclər siyasətinin həyata keçirilməsi
ilə bağlı tədbirlər planı" haqqında fərmanlar
Ulu Öndərin öz fəaliyyətində gənclərə
verdiyi yüksək diqqət və qiyməti göstərmiş
oldu. 1999-cu ildə bir gənc olaraq cənab İlham Əliyevin
YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini
seçilməsi bütün gənclərin sevincinə səbəb
olmuşdur.
2001-ci il sentyabrın 3-də Ümummilli
Lider Heydər Əliyev elmə böyük ehtiramını
bildirərək "Azərbaycan Respublikasının ali məktəb
tələbələri üçün Prezident təqaüdünün
təsis edilməsi haqqında" Fərman
imzalamışdır. Bu Fərmanın imzalanması ali məktəblərdə
təhsil alan gənclərə öz elmi fəaliyyətlərində
daha böyük uğurlar əldə etməsi
üçün böyük bir stimul mənbəyi
olmuşdur. "Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanununda gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı,
istedadlı gənclərə dövlət qayğısı,
gənclərin sağlamlığının qorunması və
fiziki inkişafı, məşğulluqlarının təmin
edilməsi, gənc ailələrə dövlət
yardımı kimi proseslər göstərilmişdir. 2003-cü
ilin oktyabr ayında Azərbaycan gəncliyi Ümummilli Liderin
siyasi xəttini davam etdirən İlham Əliyevi Prezident seçmişdir. Digər
sahələrdə olduğu kimi gənclər siyasətinin həyata
keçirilməsi sahəsində də Ulu Öndərin siyasətini
davam etdirən Prezident İlham Əliyev, öz növbəsində,
gənclərə qarşı daim böyük diqqət
göstərmiş, onların problemləri ilə
maraqlanmış və bu problemlərin aradan
qaldırılması üçün müvafiq addımlar
atmışdır. 2003-cü il 13
oktyabrda gənclərin III Forumu, 2005-ci ildə isə IV
Forumu keçirilmişdir. Gənclərin inkişafı naminə
Prezident İlham Əliyev 2005-ci ildə "Azərbaycan Gəncliyi
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" Sərəncam imzalamışdır.
2007-ci il Prezident
İlham Əliyev tərəfindən "Gənclər
ili" elan edildi. Bu da gənc nəslə olan diqqəti bir
daha nümayiş etdirmiş oldu. 2007-ci il ərzində gənclərin
problemlərinin həlli istiqamətində çox
mühüm addımlar atılmış, bu sahədə
ölkəmizdə, eləcə də, dünyanın müxtəlif
yerlərində bir sıra tədbirlər
keçirilmişdir ki, bu da dünyada yaşayan azərbaycanlı gənclərin
bir mərkəz ətrafında birləşməsinə
şərait yaratmışdır.
GÜNEL MƏLİKLİ
Səs.- 2011.- 2 fevral.- S. 2.