Korrupsiyaya qarşı mübarizə gücləndirilir

 

Ramiz Mehdiyev: "Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır"

                                                                                          

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. 2010-cu ildə komissiyanın fəaliyyətinin yekunlarına Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət aparılan islahatlar nəticəsində Azərbaycanın ötən il sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını, nəzərdə tutulan bütün proqramların icra olunduğunu qeyd edən natiq, toplantı iştirakçılarının komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan çatışmazlıqlara yönəldib.

"Həmin iclasda İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa korrupsiyaya qarşı daha ciddi sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib"- deyə PA rəsmisi bildirib.

Komissiyanın toplantısının Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət hesabat sistemi yaradılmalıdır".

Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə digər sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq korrupsiya halları, vətəndaşların qəbulu müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

İclasda Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov başqaları Prezidentin toplantıda səsləndirilən tapşırıqlarını yerinə yetirmək məruzədə vurğulanan neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər. Toplantıda aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Nazirliyin bütün struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada ədliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, ədliyyə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, icra işinin notariat fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, penitensiar müəssisələrdə qanunçuluğun nizam-intizamın möhkəmləndirilməsi, məhkumların hüquqlarının qorunmasına diqqətin artırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin məhkəmələrdə icra əmək intizamının gücləndirilməsi barədə ciddi tapşırıqlar verilib.

Kollegiyada nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə ötən il 4 nəfər barədə materialların prokurorluğa göndərilməsi, habelə, 220-dən çox ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən, 26 nəfərin vəzifədən azad ədliyyə orqanlarından xaric olunması diqqətə çatdırılmış, yoxlamalar zamanı prinsipiallığın artırılması, aşkar edilmiş nöqsanlarla bağlı ən sərt tədbirlərin görülməsinin zəruriliyi bildirilib, rəhbər işçilərin şəxsi məsuliyyəti vurğulanıb.

Bununla yanaşı, iclasda ərizə şikayətlərlə əlaqədar səmərəli araşdırmaların aparılması operativ tədbirlərin görülməsi, nazirliyin internet saytından "qaynar xətt"lərindən maksimum səmərəli istifadə edilməsi, ədliyyə orqanlarında vətəndaşlara göstərilən xidmətlərə görə dövlət rüsumları barədə əhalinin dolğun məlumatlandırılması onlara dönmədən riayət olunması, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması məqsədilə hüquqi maarifləndirmə işinin genişləndirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi, qabaqcıl təcrübənin öyrənilməsi tətbiqi, treninqlərin tədris tədbirlərinin təşkili ilə bağlı konkret tədbirlər müəyyən olunub.

Ümumiyyətlə, son zamanlar Azərbaycanda korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Xüsusilə, vergi, gömrük, bələdiyyə, səhiyyə, məhkəmə,  sistemində aparılan yoxlamalar bir çox qanun pozuntularının üzə çıxarılmasını günahkarların cəzalandırılmasını təmin edib.

Prezident İlham Əliyev hökumətin bütün iclaslarında bu məsələyə toxunur bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Dövlət başçısı dəfələrlə korrupsiyada əli olan dövlət qulluqçularını işdən azad edib. Bu sırada nazirlər komitə sədrləri kimi yüksək rütbəli məmurlar da olub.

Korrupsiya problemi az ya çox dərəcədə dünyanın bütün ölkələrində mövcuddur. Təbii ki, korrupsiya, rüşvətin olmasında təkcə dövləti günahlandırmaq düzgün deyil. Burada cəmiyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Gərək, vətəndaşların özü bunda maraqlı olsun. Azərbaycanda insanlar, təəssüf ki, qanunlara əməl etməyə o qədər maraqlı deyil. Bir çox insanlar korrupsiya rüşvətə qarşı mübarizə aparmaq əvəzinə, gedib hansısa məmura rüşvət verirlər.

Amma dövlət orqanları bu problemi aradan qaldırmaq üçün əlindən gələni edir. Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər il xeyli sayda dövlət qulluğunda çalışan adamlara cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarda aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Bunlar onu göstərir ki, dövlət olaraq, korrupsiya ilə mübarizə aparılır.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 2 fevral.- S. 3.