Gənclər siyasəti respublika quruculuğunun tərkib hissəsidir

 

YAP Binəqədi rayon təşkilatında 2 Fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında 2 Fevral Gənclər Gününə həsr olunmuş dövlət gənclər siyasəti müstəqil respublika quruculuğunun tərkib hissəsidir mövzusunda dəyirmi masa keçirilib. Binəqədi rayon icra hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının Binəqədi rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə gənclər siyasəti gənclərin ictimai-siyasi həyatımızda rolundan bəhs edildi. Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Qüdsi Bayramov 2 fevral Gənclər Gününün yaranma tarixindən ölkəmizdə gənclərlə istiqamətində görülən tədbirlərdən bəhs etdi. Bildirdi ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasında gənclərin roluna böyük önəm verilir. Q.Bayramov Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin ölkəmizdə gənclər siyasətinə böyük önəm verdiyini gənclərin aparıcı qüvvəyə çevrildiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Dəyirmi masada Gənclər İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov məruzə ilə çıxış edərək, ölkəmizdə gənclər siyasətinin istiqamətdə görülən işlərindən qarşıda duran digər məsələlərdən bəhs etdi. Qeyd etdi ki, gənclərin istər sosial, istərsə , mədəni sahədə mühüm istiqamətlərdə təmsilçiliyi ölkədə gəncələrin rolunun daha da güclənməsinə, onların aparıcı mövqeyə sahib olmasına imkan verir. YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Rahil Şükürov da çıxışında gənclərə göstərilən diqqət qayğıdan bəhs etdi. Vurğuladı ki, bu gün Azərbaycan gəncliyi özünün yüksəliş dövrünü yaşayır. Milli Məclisin üzvü Rafael Cəbrayılov da çıxışında parlament tərəfindən dövlət gənclər siyasətinə böyük önəm verildiyini vurğulayıb. O, eyni zamanda, gənclər siyasəti bədən tərbiyəsi, idman haqqında qəbul olunmuş qanunların icrası ilə bağlı da dəyirmi masa iştirakçılarına məlumat verdi. YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov 28-30 yanvar tarixlərində YAP Gənclər Birliyinin konfransının keçirilməsi ilə bağlı dəyirmi masa iştirakçılarını məlumatlandırdı. Qeyd etdi ki, keçirilən konfranslar gənclərlə sahəsində əldə olunan uğurları bir daha nəzərdən keçirmək üçün mühüm amil kimi qimyətləndirilə bilər. Dəyirmi masada, həmçinin, "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Safura Əlizadənin müraciətini nəzərə alaraq, onu YAP sıralarına qəbul edilməsi ilə bağlı da məlumat verildi. Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayevdə dəyirmi masada çıxış edərək, gəncləri təbrik etdi. Bildirdi ki, Binəqədi rayonunda tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzi gənclərin asudə vaxtının səmərəli təşkili Ulu Öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi üçün burada əlverişli şərait yaradılacaq. Sonda il ərzində rayon ərazisində ictimai-siyasi mədəni kütləvi tədbirlərdə fərqlənmiş bir qrup gəncə rayon icra hakimiyyəti gənclər idman idarəsi tərəfindən fəxri fərmanlar xatirə hədiyyələri təqdim olundu.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 2 fevral.- S. 5.