2010-cu il Səbail rayonu üçün uğurlu
keçdi
Səbail rayon ictimaiyyətinin iştirakı ilə
keçirilən tədbirdə səslənən faktlar bunu
bir daha təsdiqlədi
Dünən Səbail rayon icra hakimiyyətinin
akt zalında rayonun 2010-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən
işlərə yekun
vurularaq, 2011-ci il üçün qarşıda
duran vəzifələr
müzakirə olundu. Hesabat yığıncağında məruzə
ilə çıxış
edən Səbail rayon icra hakimiyyətinin
başçısı Asif
Əsgərov ötən
il Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında respublikanın
sosial-iqtisadi inkişafı
sahəsində əldə
olunan nailiyyətlər
barədə məlumat
verdi.
A.Əsgərov 2009-cu il ərzində rayonda görülən işləri
təhlil edərək,
həlli vacib olan problemlərin aradan qaldırılması
yollarından danışdı.
Natiq qeyd edərək,
bildirdi ki, ötən il Səbail rayonunda ilin yekunlarına görə sənaye müəssisələri üzrə
20172,3 milyon
manatlıq və
ya əvvəlki ilin müvafiq dövründə olduğundan
23,3 faiz çox məhsul istehsal edilmişdir: "Nəqliyyat
sektorunda fəaliyyət
göstərən müəssisələr
tərəfindən 476,8 milyon
manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən
27,1 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Keçən il ərzində rayondakı rabitə müəssisələri tərəfindən
müəssisə və
təşkilatlara, əhaliyə
faktiki qiymətlərlə
785,4 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünə
nisbətən 12,3 faiz
çox xidmət göstərilib, əhaliyə
623.8 milyon manatlıq istehlak malları satılıbdır.
Pərakəndə əmtəə
dövriyyəsi əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz
artaraq 260,8 milyon manata, pullu xidmətlərin
həcmi isə 3,1 faiz olmaqla 299,5 milyon manata çatmışdır".
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr
tərəfindən 476,8 milyon
manatlıq nəqliyyat
xidməti göstərilib.
2010-cu il ərzində
rayonda 1396 daimi iş yeri açılıb.
Ölkə başçısı
cənab İlham Əliyevin təşəbbüsü
ilə həyata keçirilən Azərbaycanın
ən böyük infrastruktur layihələrindən
biri Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi
ilə bağlı rayonun Badamdar qəsəbəsi, Bayıl
və 20-ci yaşayış
sahələrində yaşayanların
içməli su ilə təminatı daha da yaxşılaşacaqdır.
Bu obyektlərin açılış mərasimlərində
ölkə başçısının
iştirakı Səbail
rayonuna olan diqqət və qayğının bir nümunəsidir. Rayonda aparılan
abadlıq işləri
ilə bağlı məlumat verən Səbail rayon icra hakimiyyətinin başçısı bildirdi
ki, rayonda yeni inşa olunmuş "Dalğa Plaza" İş, Bakı Biznes, "Park Bulvar" Ticarət və İstirahət Mərkəzləri, Bayıl
yaşayış sahəsində
Dövlət Bayrağı
Meydanı və Dövlət Bayrağı Muzeyi,
Neftçilər prospekti
135 ünvanda inşa olunmuş piyada keçidlərində əsaslı
təmir-yenidənqurma işləri
aparılmış, Respublika
Kliniki Uroloji Xəstəxanasının, "Respublika"
mehmanxanasının, "Fəvvarələr
Meydanı"nın, "Xaqani" bağının,
Nizami küçəsinin, 132-134 saylı
Təhsil Kompleksinin açılışı olmuş,
"Bakı-Ələt
avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət
məscidi ilə Bayıl bazarının arasında yolun yeni trasa köçürülməklə
yenidən qurulması" layihəsi əsasında
Bibiheybət qəsəbəsi
yaxınlığından keçən
yeni yol istifadəyə verilmişdir.
Natiq
2010-cu ilin may ayında 1966-cı ildə inşa olunmuş Badamdar qəsəbəsindəki 236 saylı
orta məktəbdə
Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənqurma işlərinə başlanıldığını,
sentyabr ayının
7-də açılışı olduğunu söylədi:
"236 saylı orta məktəbdə keçirilən açılış mərasimində
ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edərək, burada aparılan təmir işlərindən çox
razı qalmışdır.
Həmçinin, ötən ildə
rayonda Səbail rayon polis idarəsinin
yeni binası istifadəyə verilmiş,
ilin sonunda Badamdar qəsəbəsində
Bakı elektrik şəbəkənin "Badamdar
yarımstansiyası"nın
və Səbail rayon enerji təchizatı
və satışı
idarəsinin yeni inzibati binasının tikintisi başa çatmışdır. Həmçinin,
ötən il rayonda sosial obyektlərin tikintisi və təmiri istiqamətində Səbail
rayon icra hakimiyyəti tərəfindən
böyük işlər
həyata keçirilib.
Belə ki, 23 min üzvü
olan Yeni Azərbaycan Partiyasının
Səbail rayon təşkilatı üçün
yeni bina inşa edilib. Ölkə başçısı
tərəfindən 2010-cu ilin
"Ekologiya ili" elan edilməsi ilə ekoloji problemlərin həllinə
olan diqqəti daha da artırmış,
keçən il ərzində keçirilən
iməciliklərdə
37 min 500-ə yaxın
ağac əkilib".
Daha sonra hesabat
məruzəsi ətrafında
çıxışlar oldu.
Məruzə ətrafında
çıxış edən
Azərbaycan Respublikası
Prezident Administrasiyasının
məsul işçisi
Tağı Tağıyev
və digər natiqlər Səbail rayonunun hesabatını uğurlu hesab etdilər.
Tədbirin sonunda rayonun sosial-iqtisadi sahədə əldə etdiyi uğurları mətbuat səhifələrində
işıqlandırdıqlarına görə bir qrup qəzet redaktoruna mükafatlar təqdim edilib. Səbail rayon icra hakimiyyətinin
başçısı A.Əsgərov
xüsusi olaraq "Səs" qəzetinin 20 illik yubileyi ilə bağlı qəzetin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edərək, onlara ictimai-siyasi fəaliyyətlərində
uğurlar arzuladı.
Eyni zamanda, "Səs" qəzetinin
baş redaktoru B.Quliyevə rayon icra hakimiyyəti adından xüsusi mükafat təqdim olundu. Həmçinin,
2010-cu ildə müxtəlif
müsabiqə və yarışlarda yüksək
nəticələr əldə
etmiş 10 şagirdə
rayon icra hakimiyyəti tərəfindən
qiymətli hədiyyələr
verildi. Yığıncaqda
YAP Siyasi Şurasının
üzvü, “İki Sahil” qəzetinin vaş redaktoru Vüqar Rəhimzadə və “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak edibdir.
Yığıncağın sonunda
iştirakçılar adından
ölkə başçısı
cənab İlham Əliyevə müraciət
qəbul olundu.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 2 fevral.- S. 9.