Ölkə turizmi dünya standartları səviyyəsinə yüksəlir
Prezident İlham Əliyevin göstərişi ilə
2011-ci ildən etibarən Azərbaycan Turizm İnstitutunda
kollec və peşə məktəbləri yaradılır
Son illər ölkəmizdə həyata
keçirilən islahatlar
iqtisadiyyatın inkişafına,
makroiqtisadi göstəricilərin
davamlı artımına
təkan verir. Bu nailiyyətlərin əldə edilməsində
turizm sənayesinin də müəyyən payı var. Azərbaycanda "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam ilk olaraq ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha da inkişafına
və möhkəmləndirilməsinə
təkan verməkdədir.
Belə ki, dövlət başçısının
imzaladığı müvafiq
Sərəncam turizm sahəsində dövlət
və bələdiyyə
orqanlarının əlaqəli
fəaliyyətini daha
da gücləndirir.
Bununla da turizm sərvətləri,
qorunan obyektlər, bu sərvətlərdən
istifadə hüquqları
müəyyənləşməklə, turizm fəaliyyətinə
başlama, turizm sahəsində attestasiya və tanınma, turizm sahəsində əlaqələrin hüquqi
tənzimlənməsi üsulları
mütərəqqi xarakter
alaraq, müasir tələblər əsasında gerçəkləşir.
Turizmdə təhlükəsizlik
və sığorta işlərinin həyata keçirilməsi də müasir dövrümüzdə
yeni xarakter alır. Bu baxımdan
da müxtəlif turizm sahələri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza
marağını artırır.
Bu isə xarici valyutanın ölkəyə axınını
gücləndirir.
Görülən kompleks işlərin nəticəsi
olaraq ölkəyə
gələn turistlərin
sayı ilbəil artır və ölkədə fəaliyyət
göstərən turizm
şirkətləri şəbəkəsi
genişlənir. Hazırda
respublikada 123 turizm müəssisəsi lisenziya
əsasında fəaliyyət
göstərir və
2002-ci ilə nisbətən
onların sayı 3 dəfədən çox
artmışdır.
Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə
çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş
bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait
yaradır. 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən "Turizm
ili" elan edilməsi turizmin inkişafına daha da böyük imkanlar açacaqdır. Ölkəmizin turizm potensialının işlək hala gətirilməsi üçün
müasir tələblərə
cavab verən infrastrukturun qurulması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılması
istiqamətində bir
sıra mühüm tədbirlər həyata keçirəcək. Artıq
bu işlə bağlı tədbirlər
planı hazırlanmış
və işçi qrupu yaradılmışdır.
Bu günə qədər ölkəmizin turizm sahəsində əldə
olunan nəticələri
daha geniş inkişaf üçün
böyük zəmin yaradır. 2011-ci ilin "Turizm ili" elan olunması, yaxın vaxtlarda paytaxtımızda yeni 5 beşulduzlu mehmanxananın
açılması, turist
marşrutlarının təmir-bərpası,
turizmin inkişafına təkan verən infrastrukturun təkmilləşdirilməsi ölkəmizin
turizm sənayesi üçün xüsusilə
uğurlu olacağını
əsaslandıran amillərdir.
Təbii ki, ixtisaslı kadrların bu sahədə fəaliyyəti də önəm kəsb edən faktorlardandır. Bu baxımdan Azərbaycan Turizm İnstitutunun fəaliyyəti
də diqqətə çəkilməlidir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli Sərəncamına əsasən,
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində Azərbaycan
Turizm İnstitutunun yaradılması məhz turizm sahəsinin inkişafına yönəlmiş
bir addım idi. ATİ-nin yaradılması ilə ölkəmizdə
turizm sənayesinin əsas göstəricisi olan kadr potensialının
artırılmasına təkan
verilmişdir. İnstitut
bu sahədə kadr hazırlığını
həyata keçirməklə
yanaşı, mövcud
turizm sənayesi işçilərinin peşə
vərdişlərinin təkmilləşdirilməsi
üçün qısamüddətli kurslar
da təşkil etməkdədir.
İnstitutda təhsil prosesində beynəlxalq təcrübədən
geniş istifadə edilir, dünyanın bir sıra tanınmış
ali məktəbləri
ilə qarşılıqlı
əməkdaşlıq həyata
keçirilir. İnstitut
6 illik fəaliyyət
dövründə turizm
təhsili sahəsində
bir sıra problemlərin həllinə səy göstərməklə yanaşı, xarici təcrübənin öyrənilməsi,
yerli ərazidə turizm potensialının tədqiqi, xidmət səviyyəsinin yüksəldilməsi
üçün ikinci
təhsilin həyata keçirilməsi və peşəyönümlü qısamüddətli
kursların təşkili,
bələdçi-tərcüməçilərin hazırlanması,
Avropa ölkələrində
ATİ-nin diplomunun tanınması üçün
istiqamətində bir
sıra uğurlara imza atmışdır. Bütün bu uğurlar bir məqsədə doğru
yönəlmişdir - ölkəni
turizm məkanına çevirmək. Turizmə ayrılan diqqətin
davamı olaraq ölkə başçısının
göstərişi ilə
2011-ci ildən etibarən
Azərbaycan Turizm İnstitutunun nəzdində
kollec və peşə məktəbləri,
eyni zamanda, müxtəlif ixtisaslar üzrə hazırlıq
kursları fəaliyyətə
başlayacaq. Artıq
yeni ilin ilk ayında ön büro kursları fəaliyyətə
başlayıb. 8 nəfərdən
ibarət ön büro üzrə birinci qrup formalaşıb
və dərslərə
başlayıb. Peşə
kurslarının bir neçə istiqamətdə
keçirilməsi nəzərdə
tutulur. Bunlardan birincisi, turoperator
və turagent fəaliyyətidir. İkincisi,
nömrə və mətbəx, üçüncüsü,
qidalanma və kulinariya, dördüncüsü,
restoran və bar, beşincisi hotel xidmətləri və ön büro işləridir, altıncısı isə,
xüsusilə, Şahdağ
kompleksi üçün
texniki kadrların hazırlığıdır. Turoperator-turagent və bələdçi kursları
üzrə də artıq 10 nəfərlik qrup yaradılıb. Turizm sahəsində ixtisas kurslarının artırılması,
peşəkarlığın yüksəldilməsi ölkəmizdə
turizmin inkişafı
üçün əsas
şərtlərdən biri
- turizm obyektlərinin,
tarixi yerlərin, mədəniyyət abidələrinin
gələn turistlərə
lazım olan səviyyədə təqdim
olunmasına xidmət
edir.
Turizm sektorunda yalnız ali təhsilli kadrlarla kifayətlənmək mümkün
deyil. Bu sahədə peşəkar
vərdişlərə malik
olan peşə təhsilli insanlara da böyük ehtiyac var. 2010-cu ildə qəbul olunmuş Dövlət Proqramında ATİ-nin nəzdində Milli Təlim Mərkəzinin yaradılması da nəzərdə tutulur. Burada əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə və
ya orta təhsilini
başa vurmuş şəxslərə xüsusi
dil və peşə hazırlıqları
keçməklə kadr
hazırlığını həyata keçiriləcək.
NƏZAKƏT
Səs.- 2011.- 3 fevral.- S. 8.