Ekologiya və Təbii Sərvətlər
Nazirliyində kollegiya
iclası keçirilib
Ekologiya və Təbii Sərvətlər
Nazirliyində Kollegiya
iclası keçirilib.
Nazirliyin
mətbuat xidmətindən
SİA-ya verilən xəbərə görə,
2010-cu ilin yekunlarına
və qarşıda duran vəzifələrin müzakirəsinə həsr
olunmuş Kollegiya iclasında dörd məsələ - 2010-cu il
-"Ekologiya ilində"
görülmüş işlər
və qarşıda duran vəzifələr, Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı
və Bioloji Müxtəlifliyin Qorunması
və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin
İnkişafı Departamentlərinin
və onların tabeli qurumlarının
2010-cu il üzrə fəaliyyətlərinin yekunları
və qarşıda duran vəzifələr müzakirə edilib.
İclası
açan nazir Hüseynqulu Bağırov
ölkə ekoloji problemlərin daha səmərəli həll
edilməsi məqsədilə
müvafiq sərəncamların
imzalanması, eləcə
də ölkəmizdə
2010-cu ilin dövlət
başçısı tərəfindən
"Ekologiya ili" elan edilməsinin bu sahənin ölkəmizdə prioritet
məsələlər
sırasına qaldırılmasına
parlaq nümunə olduğunu qeyd edib.
Həmçinin, iclasda Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə
təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlərin
aparıldığı da
qeyd olunub.
Ötən il ərzində Kür-Araz boyu və digər yaşayış məntəqələrində
76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici
qurğular quraşdırılmış,
daha 29 yaşayış
məntəqəsində isə
işlər davam etdirilir.
Dəniz suyunun duzsuzlaşdırılması üzrə
pilot layihənin hazırlanması məqsədilə
tender keçirilmiş
və qalib şirkət müəyyənləşdirilmişdir.
Hazırda müvafiq avadanlığın ölkəyə
gətirilməsi istiqamətində
işlər davam etdirilir.
Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti
həyata keçirən
qurumları tərəfindən
2010-cu il ərzində
hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən
yol verilmiş qanun pozuntularına görə 2206 akt və 844 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün
müvafiq qanunvericiliyə
əsasən 863 icrası
məcburi olan göstəriş verilib. Tədbir görülməsi
üçün hüquq-mühafizə
orqanlarına 132, məhkəmələrə
143, məhkəmə icraçılarına
605 iş göndərilib.
Bundan əlavə, meşələrin
artırılması sahəsində
ötən il ərzində 10696 hektar sahədə meşəbərpa
tədbirləri, o cümlədən 3521 hektar
sahədə meşə
əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin
becərilməsi məqsədilə
32328 hektar sahədə
xidmət, 31944 hektar
sahədə suvarma işlərinin aparıldığı,
müxtəlif ağac
və kol cinslərindən 159452 kiloqram
toxum və müəssisələr üzrə
38681 m3 həcmində oduncaq
tədarük edildiyi qeyd edilib.
İl ərzində, ümumilikdə
49,97 hektar meşə
fondu ərazisində yanğın hadisəsi qeydə alınmış,
yanğın əleyhinə
vaxtaşırı profilaktik
və qabaqlayıcı
tədbirlərin aparılması
nəticəsində meşə
fonduna ciddi ziyan dəyməyib. 2010-cu
il ərzində MMBM-lərdə aparılan
yoxlamalar zamanı
245813 manat köküstə
nırx dəyərində
34483 m3 həcmində 61637 ədəd ağacın qanunsuz kəsildiyi aktlaşdırılıb. Keçən
il ərzində meşələrin mühafizəsi
sahəsində hüquq-mühafizə
orqanlarına göndərilmiş
363 işdən cəmi
199 işə baxılması
təmin edilib.
2010-cu ilin sentyabr-oktyabr
aylarında qanun pozuntularına yol verdiklərinə görə
136 nəfər tutduğu
vəzifədən azad
edilmiş, 175 nəfərə
töhmət, 68 nəfərə
isə şiddətli
töhmət verilib.
2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar
genişləndirilib.
Qeyd olunub ki, xüsusi
mühafizə olunan təbiət ərazilərində
qanun pozucularına qarşı 679 akt, 242 protokol tərtib edilmiş, təbiətə
65004,68 manat dəyərində
ziyan hesablanmış,
inzibati qaydada 164381 manat cərimə tətbiq edilmiş, 19 iş baxılması üçün hüquq-mühafizə
orqanlarına (polis şöbələrinə), 84 iş rayon məhkəmələrinə və
məhkəmə icraçılarına
göndərilib. Bir sıra
Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin,
Meşə Mühafizəsi
və Bərpası Müəssisələrinin və
Milli Parkların rəhbərləri tutduqları
vəzifədən azad
olunmuş, bir neçə rəhbər
işçilərə töhmət
elan olunmuş, xəbərdarlıq edilmiş,
vəzifəyə
uyğun olub-olmamasının
araşdırılması tapşırılıb.
Sonda, növbəti illər üçün prioritetlər müəyyənləşdirilib.
Zümrüd
Səs.- 2011.- 4 fevral.- S. 10.