Xalçada yeni nəfəs

 

Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 2 Fevral Gənclər Gününə həsr olunmuş "Xalçada yeni nəfəs" adlı sərgi açılıb.

Muzeyin direktoru Röya Tağıyeva əlamətdar gün münasibətilə gəncləri təbrik edərək, sərginin əsas məqsədinin mədəniyyətlərarası dialoqda xalçanın rolunu qədim ənənələrə malik Azərbaycan xalça sənətinə gənclərin münasibətini nümayiş etdirmək olduğunu vurğulayıb.

Tədbirdə bildirilib ki, müasir gənclərimiz xalqımızın qədim zəngin sənət növlərindən olan xalçaçılığı qorumaqla yanaşı, ona yeni nəfəs veriblər. Bu da xalça sənətinin bir daha tükənməz zənginliyindən xəbər verir.

Digər çıxışlarda da Azərbaycan mədəniyyətinin incəsənətinin təbliğinə gənclərin cəlb olunmasında belə sərgilərin əhəmiyyəti vurğulanıb.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin müxtəlif adlarda 28 xalça eskizi nümayiş olunub. Eskizlərdə dünyanın ən müqəddəs varlığı olan ananın övladına məhəbbəti, həmçinin, insanların gündəlik həyatlarının müxtəlif çalarları təsvir edilib. Gənclər öz əsərlərinin bir qismində insanların zaman-zaman keçirdikləri hissləri rəng çalarları vasitəsilə fəsillərə oxşadıblar.

 

 

Zümrüd

 

Səs.- 2011.- 4 fevral.- S. 12.