"Flamenco Biennale" III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib

 

Hollandiyanın paytaxtı Amsterdamda "Flamenco Biennale" III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata istinadən, yanvarın 21-dən 30-dək davam etmiş festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Flamenko musiqi rəqsin bir hissəsi olub, İspaniyanın musiqi mədəniyyəti nümunəsidir. Bu, "flamenko" adlanan Əndəlüs (Sevilya) qaraçılarının rəqsidir. İlk dəfə 1774-cü ildə Xose Cadalsonun nəşr etdirdiyi ədəbiyyatda flamenko rəqsinin texnikasından bəhs olunur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 4 fevral.- S. 12.