Azərbaycan Ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər

 

İlham Əliyev: "Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır. Bu, Ermənistanın büdcəsindən 30 faiz çoxdur"

 

Heç kim üçün sirr deyil ki, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən bunu bilir qorxudan əsir.

Onların son aylarda verdikləri isterik əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan Ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində, nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər"- bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması istiqamətində aparılan danışıqlara toxunan ölkə Prezidenti bildirib ki, Azərbaycan heç vaxt öz torpağını güzəştə getməyəcək. "Əfsuslar olsun ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir".

Dövlət başçısının sözlərinə görə, belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə , bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyil.

"Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır.

Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil heç vaxt olmayacaqdır. Məsələnin həlli üçün Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər.

Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaqdır".

Azərbaycan Prezidenti vurğulayıb ki, artıq beynəlxalq təşkilatlar münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir: "Biz çalışacağıq ki, 2011-ci ildə öz mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur bizim mövqeyimiz dəstəklənir.

NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur. Dünən Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının Avropa Birliyinin mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Dövlət başçısı deyib ki, məsələnin həlli üçün beynəlxalq çərçivələr budur o, yalnız bu çərçivələr daxilində öz həllini tapa bilər. Heç bir başqa variant müzakirə mövzusu deyildir: "Mən hesab edirəm ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz öz həllini tapmalıdır".

Ali Baş Komandan İlham Əliyev ölkədə aparılan güclü ordu quruculuğu məsələsinə toxunub: "Heç kim üçün sirr deyil, biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən bunu bilir qorxudan əsir. Onların son aylarda verdikləri isterik əsəbi, qorxu ilə dolu çıxışları bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan Ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər.

Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika- təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün bəlkə bir neçə saat lazımdır.

Azərbaycanda istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm biz artıq xarici bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə iştirak edirik. Bu sahədə 2011-ci ildə çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalı başlanmalıdır".

Prezident bildirib ki, 2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır: "Onun böyük hissəsi yenə silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir vaxt gələndə deyəcəkdir.

Qeyd edək ki, Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır. Bu, Ermənistanın büdcəsindən 30 faiz çoxdur. Ermənistanın ümumi dövlət xərcləri 2 milyard dollar həddindədir. Əlbəttə ki, Azərbaycanı Ermənistanla müqayisə etmək mümkün deyil, Azərbaycan inkişaf edən, müasir, güclü, zəngin ölkədir. Ermənistan isə tənəzzülə uğrayan, kasıb, yoxsul, xarici yardımdan asılı ölkədir. Yəni bu iki ölkə arasındakı fərq müqayisəedilməz səviyyədədir bu fərq getdikcə daha da artır".

Qeyd edək ki, münaqişə tərəflərinin beynəlxalq nüfuzu da eyni deyil. Azərbaycan son illərdə həm informasiya müharibəsini, həm diplomatik müharibəni, həm iqtisadi müharibəni udub. Ermənistan isə onsuz da zəif olan beynəlxaq nüfuzunu itirib hər sahədə məğlub duruma düşüb.

Hazırda beynəlxalq situasiya bölgədə mövcud durum bizim xeyirimizədir. Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan bölgədə gedən proseslərə təsiri artmaqda olan ölkədir. Belə bir ölkə qarşısında zəif xəstə bir ölkənin çox dayana bilməyəcəyi aydın idi. Artıq proses öz məntiqi sonluğuna yaxınlaşır. Bu sonluğun necə olacağını Azərbaycanda yaxşı bilirlər, elə Ermənistanda da.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 5 fevral.- S. 2.