İqtisadi islahatlar aqrar sektorun inkişafını sürətləndirir
Məmməd Musayev: "2010-cu ildə Azərbaycan
Sahibkarlığa Kömək Fondu tərəfindən 115
milyon manat güzəştli kreditlər verilib"
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi
qərargahında keçirilən
ənənəvi mətbuat
konfransında Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının və
"Aqrarkredit" Səhmdar
Kredit Təşkilatı
İdarə Heyətinin
sədri Məmməd
Musayev ötən ildə əldə olunan nailiyyətlərdən
və cari ildə görüləcək
işlər barədə
məlumat verdi.
M.Musayev Azərbaycanda sahibkarlıq
fəaliyyətinə göstərilən
diqqətin artırıldığını
qeyd edərək, kənd təsərrüfatının,
regionların, kiçik
və orta sahibkarlığın inkişafından,
sahibkarlıq mühitinin
yaxşılaşdırılmasından söz açdı. Bildirdi ki, Azərbaycanda
biznes mühitinin yaradılması və ixrac potensialının artırılması məsələləri
dövlətimizin başçısının
ən çox diqqət yetirdiyi məqamlardan biridir. Bu məqsədlə xaricdəki səfirliklərimiz,
xarici dövlətlərin
və beynəlxalq təşkilatların ölkəmizdə
fəaliyyət göstərən
diplomatik nümayəndəlikləri
ilə geniş iş aparılmalıdır.
Azərbaycanın dünya bazarına
ixrac olunan məhsullarına böyük
maraq olduğunu qeyd edən M.Musayev ölkədə istehsal edilən məhsulların rəqabət
qabiliyyətinin artırılması
və dünya miqyasında brendə çevrilməsi üçün
iri investisiyaların ayrılmasına ehtiyac olduğunu bildirdi. ASK-nın Azərbaycan hökuməti
ilə yaxından əməkdaşlıq etdiyini
bildirən M.Musayev vurğuladı ki, məqsəd sahibkarlara keyfiyyətli kredit xidmətinin göstərilməsi,
sahibkarlıq fəaliyyətinin
yaxşılaşdırılması və biznes mühitinin inkişafını
təmin etməkdir.
Sahibkarların hüquqi
biliklərinin artırılması
üçün ASK tərəfindən
hüquqi xidmət göstərilir.
Həyata keçirilən dövlət
proqramlarının regionların
inkişafına təkan
verdiyini söyləyən
M.Musayev onu da bildirdi
ki, "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
(2004-2008-ci illər)" 760 mindən çox yeni iş yeri
açılmışdır: "Görülmüş tədbirlərin nəticəsidir
ki, ötən ilin yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllini
daim diqqət mərkəzində saxlamağa
imkan vermişdir.
2010-cu ilin dövlət
büdcəsində sosialyönümlü
xərclər əhəmiyyətli
dərəcədə
artmış, yoxsulluğun
və işsizliyin aradan qaldırılması
istiqamətində əhəmiyyətli
nəticələr əldə
olunmuşdur".
Sonra konfederasiyanın prezidenti Məmməd Musayev ötən ilin iqtisadi göstəriciləri
haqqında məlumat verməklə yanaşı,
həm də qarşıda duran vəzifələr barədə
açıqlama verdi:
"Ötən il
ÜDM 5,5, əhalinin pul
gəlirləri 12,3 faiz
artıb, inflyasiyanın
həcmi isə 5,7 faiz olub. O, yoxsulluq səviyyəsinin ilk dəfə birrəqəmliyə düşərək
9,1 faiz təşkil edib".
2010-cu ildə 70 min
iş yerinin açıldığını söyləyən ASK prezidenti
bunun 53 minin daimi iş yerinin
olduğunu vurğuladı.
Ölkənin valyuta ehtiyatlarının 29,1 milyard
dollar olduğunu ifadə edən M.Musayev 2010-cu ildə Azərbaycan Sahibkarlığa
Kömək Fondu tərəfindən 115 milyon
manat güzəştli kreditlərin verildiyini söylədi:
"İl ərzində
12 min müştəriyə
kredit vermişik.
2010-cu ildə Sahibkarlar
Konfederasiyası biznes
mühitinin yaxşılaşdırılması,
sahibkarların inkişafı
üçün mühüm
işlər görüb.
Azərbaycan Sahibkarlar
Konfederasiyası müxtəlif
nazirliklərlə il ərzində əməkdaşlıq
edib. Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar Komitəsi,
Neft Fondu və digər qurumlarla əməkdaşlıq
edirik. Məqsəd də Azərbaycan sahibkarlarına daha yaxşı biznes mühitinin yaradılması
və ölkənin iqtisadi potensialının yüksəldilməsidir. 2010-cu ildə Beynəlxalq İşəgötürənlər Təşkilatında daimi
üzvlüyə daxil
olmuşuq".
M.Musayev belə bir fikri də
söylədi ki, Sahibkarlar Konfederasiyasının
2011-ci ildə bir başqa hədəfi vergi terminallarının yaradılması olacaq:
"Vergi terminalları
sahibkarlara şərait
yaradacaq ki, vergi işçiləri ilə görüşmədən
vergiləri ödəsinlər.
Artıq 16 rayonda belə bir terminal
fəaliyyət göstərir.
Bu il ən
azı 20 rayonda belə terminallar yaradılacaq".
ASK prezidentinin sözlərinə
görə, Konfederasiyanın
təkliflərindən biri
də fiziki şəxslərin gəlir
vergisinə aiddir:
"İndi 2 min manatdan yuxarı əmək haqqından vergi 30%-lə tutulur. Biz bu
rəqəmin 3 mindən
yuxarı qaldırılmasını
təklif edirik.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 5 fevral.- S. 6.