Kriminal aləmin görünməyən tərəfləri
detektiv janrda
"Bir dam altında və yaxud Utrextdən
sevgilərlə" şedevr əsəri Azərbaycan
həyatına güzgü tutur
Detektiv ədəbiyyat bədii ədəbiyyat növü olaraq, faktların məntiqi təhlili ilə sirli cinayətlərin açılmasından, xəfiyyələrin
macəralarından bəhs
edən roman, povest və hekayə nümunələrini
simvolizə edir. Bu ədəbi növün mükəmməl nümunəsi
müasir dövrümüzdə
gənc yazar Məmməd Aydınoğlunun
"Bir dam altında və yaxud Utrextdən sevgilərlə" ("Pod
odnoy krışey ili s lyubovyu
iz Utrexta") əsəri detektiv janrda şedevr kimi qəbul olunur. Əsərin mövzusu ailə toqquşması, ziddiyyətlər
üzərində qurulub.
Qəlbə rahatlıq
gətirən, xüsusi
orijinallıqla qələmə
alınan əsərdə
rəşadətli Azərbaycan
polisi baş vermiş dəhşətli
cinayət hadisəsini,
qətli açmağa
nail olur. Casusluq mövzusundan fərqli elementlər duyduran əsər Azərbaycan həyatına güzgü
tutur. 1988-ci ildən sonrakı dövrdə hüquq-mühafizə orqanlarının
fəaliyyətlərini, 20 Yanvarda xalqımızın
başına gətirilən
faciənin köklərini,
Çernobıl hadisəsini,
Əfqanıstan müharibəsinin
və digər məqamların məntiqi və hüquqi şərhini məhz bu əsərdə
oxuyub, öyrənmək
olar.
Əsərin
əsas qəhrəmanlarının
məişət və
psixologiyası, baş
vermiş qətl və qarət hadisəsinin təsviri, xarakteri orijinal nümunələrlə, həm
də ustalıqla verilib. Əsərin xarakterik məziyyətlərindən
biri də hüquq-mühafizə orqanları
arasındakı ictimai
əlaqənin təqdimatının
təsviridir. Yəni, gənc azərbaycanlı yazar Məmməd Aydınoğlunun qələmindən
süzülən "Bir
dam altında və yaxud Utrextdən
sevgilərlə" əsəri
Kollinz, Doyl, Çesterton, Kristi, Simonov kimi yazarların
zaman-zaman qələmə
aldıqları detektiv
əsərlərin səciyyəvi
xüsusiyyətindən fərqlənir. Adıçəkilən
yazarlar yaşadıqları
mühitdəki dəhşətli
cinayətləri, qətl
və seksual pozğunluqların təsvirini
qabartmağa nail olubsa, azərbaycanlı yazar xalqının başına gətirilən
faciəni qələmə
alıb. Söhbət
ölkənin bir vətəndaşının fərdi
faciəsindən getmir.
Əsər bəşəri
xarakter daşıyır.
Tolerantlıq elementləri
simvolik deyil, haqqa, ədalətə söykənərək verilib.
Bildiyimiz kimi, detektiv janrda əsər yazan şəxsin geniş, dərin həyat təcrübəsi olmalıdır.
Ancaq gənc yazar, azərbaycanlı oğlu Məmməd Aydınoğlu hadisələrə
elə işıq salır ki, sanki onun 70-80 yaşı var. Nəsil şəcərəsindən,
qanından, genindən
gələn dövlətçilik
ideyaları bu əsərdə böyük
məhəbbətlə qələmə
alınıb. "Bir dam altında
və yaxud Utrextdən sevgilərlə"
əsəri yazıçı
Məmməd Aydınoğlunun
ilk sınağı olsa da oxucusunu,
istər etnoqrafik əlamətlər, istərsə
də mahiyyətcə
təsvir olunan ərazidə məhz azərbaycanlı insanın
yaşaması barədə
məlumatlandırır. Əsərdə
Akif, Kamal, Nazim, Eldar, Rüfət, Leyla, Şəhla və Nigarın gözə çarpan zahiri əlamətlərini təsvir
edən yazıçı
qəhrəmanlarının xarakterik xüsusiyyətlərini
də təqdim edir.
Kitabda maraqlı detallardan biri də poliqrafiya
yeniliyidir. Məsələn, Novruzovun uşaqlıq
illəri, altıncı
sinifdə yeni məktəbə gəlişi
və digər epizodları əks etdirən bölüm açıq kursivdə verilib. Oxucunu düşündürən bir neçə ciddi məqam var. Novruzovu əhatə edən cəmiyyət qəddar deyil. Müəlliməsi Novruzovun saçlarına
ana məhəbbəti
ilə sığal çəkir, ona xeyirxah, şəfqətli
baxışlarla baxıb,
uşaqlara burada hamının doğma olduğunu bildirir. Uşaqlıqda yaxşı nə
varsa ona sahib olmağa cəhd etməsi, lazım gələndə zora əl atması və həm də rəqibini hiyləgərcəsinə tələyə
salmaq məharəti müəllif tərəfindən
ustalıqla təsvir olunub.
Müəllif əsərdə müxtəlif
maraqlı obrazlar yaradıb. Onların sırasında keyfiyyətləri
ilə seçilən
Kamal da var. Onun üçün kişiliyin bir düsturu var. Fiziki güc! Normal insan həyatındakı boşluğu
dolduran hər nə varsa Kamala yaddır!
Əsərdə müxtəlif xarakterə
malik obrazlar oxucunu düşünməyə
vadar edir. Eldar eqoist,
hər gördüyü
yubkanın arxasınca
qaçan, heç vaxt düzəlməyəcək
yalançı, fırıldaqçı
və digər mənfi elementləri özündə birləşdirir.
Əsərdə məziyyətləri ilə seçilən maraqlı obrazlardan biri də Leyladır.
Onun daxili məziyyətləri
ilə yanaşı, ağlı, kamalı, gözəlliyi və xüsusilə, evdarlığı
oxucusunu fərəhləndirir.
Əlbəttə ki, hər bir gəncin ən böyük arzusu Leyla kimi
ciddi qızla ailə həyatı qurmaqdır. Şəhla da
bacısı Leyla kimi müsbət xüsusiyyətlidir. Ancaq o, yaxşı
şahmat oynamağı
bacardığı kimi,
yaxşı da şəkil çəkir.
Şəhla həm də qəlbində Akifin məhəbbətini
gəzdirir...
"Bir dam altında və yaxud Utrextdən
sevgilərlə" əsərində
ədəbiyyat adamının
qələmə aldığı
bədii təsvirə
bərabər orijinallıq
var. Açığını deyək ki, hər bir əsərdə
müəllifin favoriti
olur. Həmin fovaritin əksində
- müəllif özünü
görür.
Məmməd Aydınoğlunu ədəbiyyata,
onun sehrli aləmi hesab olunan detektiv janra orijinallığı,
novatorluğu gətirib. Kitabın son səhifəsində göründüyü
kimi, müəllifin
32 yaşı var. O, həyat
haqqında fantaziya uydurmur, gördüyü həyat hadisələrini
bədii fakta çevirir.
Zümrüd
Səs.- 2011.- 5 fevral.-
S. 12.