Arxeologiya Etnoqrafiya Muzeyizənginləşir

 

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərənArxeologiya Etnoqrafiya Muzeyigündən-günə maraqlı eksponatlarla zənginləşir regionda ən çox ziyarət olunan yerlərdən birinə çevrilir. Muzeydə nümayiş olunan müxtəlif təsvirli iri küplər, tunc baltalar, üzərində mixi yazılar olan keramika nümunələri, tunc baltalar tökmək üçün daş qəliblər s. Naxçıvanın qədim sakinlərinin həyat tərzi məşğuliyyətilə bağlı geniş məlumat verməyə imkan yaradır. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, arxeoloji tapıntılar e.ə V minillikdə Naxçıvanda təsviri sənətin, keramika istehsalının metallurgiyanın yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Sirab ətrafında aşkar olunan enolit dövrünə aid keramika məmulatının nümayiş etdirildiyi hissə isə Naxçıvanda köçmə maldarlığın enolit dövründən başladığını deməyə tam əsas verir. Ümumiyyətlə, AMEA Naxçıvan BölməsininArxeologiya Etnoqrafiya Muzeyiekspozisiyasında olan eksponatlar Naxçıvanın qədim mədəniyyətlərin beşiyi olduğunu söyləməyə əsas verir. Qeyd edək ki, bölməninArxeologiya Etnoqrafiya Muzeyi” beş minə yaxın eksponat daxil olub. Bu eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin SədrininNaxçıvan Muxtar Respublikası ərazisindəki tarix mədəniyyət abidələrinin qorunması pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında muxtar respublika ərazisində olan qədim abidələrin tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir. Muzeydə 2006-2010-cu illərdə Naxçıvanın müxtəlif ərazilərindən, o cümlədən, Oğlanqala, Ovçulartəpəsi, Meydantəpə, Xaraba Gilan, Şahtaxtı, Sədərək, Maxta Kültəpəsi, Duz Dağ kimi qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri toplanılıb.

 

 

Zümrüd

 

Səs.- 2011.- 3 fevral.- S. 12.