Ölkəmizin hərbi qüdrəti durmadan artır
Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan sülh prosesini həddən çox uzatdığından artıq Azərbaycan tərəfindən başqa variantların nəzərdən keçirilməsi Yerevanda Bakının səbrinin daşacağını və torpaqları hərbi yolla azad edəcəyi haqda əndişələr yaranıb. Özünü itirmiş Ermənistan rəhbərlıyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır.
Azərbaycanın artıq
güclü peşəkar
ordusunun formalaşdığını
və bu ordunun istənilən müharibəni aparmağa
qadir olduğunu beynəlxalq araşdırma
mərkəzlərinin ekspertləri
də qeyd edirlər. Bəs Ermənistan ordusu hansı durumdadır? Ümumiyyətlə, Ermənistan
savaşa hazırdırmı?
İşğalçı ölkənin iqtisadi-maliyyə
imkanları, maddi-texniki
və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə
aparmağa kifayət edirmi? Münaqişə tərəfi olan iki ölkənin hərbi-iqtisadi imkanları
və müharibə potensialı ekstremanl duruma nə dərəcədə cavab
verir? Bu məsələlərə yazımızda
aydınlıq gətirməyə
çalışacağıq.
İqtisadi potensial və onun müharibədə
vacib rolu
Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı olan Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Azıərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət sonucu işğalçı ölkə bir növ blokada durumuna düşərək bütün regional və beynəlxalq enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanın durumunu daha da ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır.
Hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hazırkı şəraitdə hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.
Ermənistanın cari dövlət büdcəsi 2.6 mlrd dollardır. Hərbi xərclər (450 mln$) Ermənistanın 2010-cu il üçün dövlət büdcəsində xərclərin 17%-ni, UDM-in isə 3,6%-ni təşkil edir.
2010-cu ildə Azərbaycanın dövlət büdcəsi 15 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,5 mlrd. ABŞ dollarına yaxın olub. Cari ildə hərbi büdcəmiz 3 milyard dollardan artıqdır. Göründüyü kimi, hər iki sahədə Azərbaycanın xeyrinə beşqat fərq var.
Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 30 milyard dollara çatıb. Ölkədə hərəsində bir neçə milyard dollar vəsait saxlanan digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər. Strateji planda isə Azərbaycanın enerji və digər qlobal layihələrdən əldə edəcəyi gəlirlər yüz milyardlarla ölçülür.
Ermənistanda isə, onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Ötən il, ÜDM-in həcminin rekord səviyyədə- azı 15% düşdüyü artıq faktdır. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.
Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Müharibə cəmi 1 ay davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər. Hərçənd Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 ay qədər uzun müddətə uzanmamasına kifayət edir.
Ordularda mənəvi-psixoloji durum
Erməni mediasında
yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və
zabitlərin psixoloji durumunun getdikcə pisləşdiyi
vurğulanır və həyacan siqnalı verilir. Bununla
bağlı Ermənistanda fəaliyyət göstərən hərbi
yönümlü qeyri-hökumət təşkilatları, o
cümlədən "Əsgər Anaları" cəmiyyəti
maraqlı faktlar açıqlayıblar.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı hər il 20-25 faiz artır. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. 2010-cu ildə Ermənistan silahlı qüvvələrində 100-dən artıq hərbi qulluqçu həlak olub ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölüb.
Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı hərbçilərin kütləvi şəkildə homoseksualizm bəlasına duçar olduğu aşkarlanıb.
Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrı-seçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Hətta, Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlanması barədə də faktlar ortaya çıxmaqdadır. Bu səbəblərdən erməni ordusunda fərarilik halları kəskin artıb.
Ermənistan Silahlı Qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu dağılacaq.
Müharibə hələ bitməyib
"Heç kim
üçün sirr deyil ki, biz danışıqlar
apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna
böyük diqqət göstəririk, ordumuzu gücləndiririk.
Bu sahədə böyük uğurlara nail ola bilmişik.
Düşmən də bunu bilir və qorxudan əsir. Onların
son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə
dolu çıxışlar bunun əyani sübutudur. Onlar da
yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən
anda düşmənə sarsıdıcı zərbə endirə
bilər. O zərbə nəticəsində nəinki
Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət
başqa istiqamətdə inkişaf edə bilər"- Azərbaycan
Prezidenti İlham Əliyev bir qədər öncə hökumətin
müşavirəsində belə deyib.
Bütün sahələrdə zəif duruma düşən terrorçu dövlət isə sonun başlanğıcında olduğunu anlayır. Forpostun inzibati mərkəzindən səslənən rəsmi bəyanatlar və açıqlamalar göstərir ki, artıq Azərbaycanın səbrinin tükəndiyini bütün ermənilər anlamış durumdadırlar və özlərini heç də yaxşı gələcək gözləmədiyini başa düşüblər. Azərbaycan Prezidenti İlham Əliyevin "Müharibə hələ bitməyib, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edəcəyik" bəyanatı Ermənistan üçün soyuq duş olub.
Bunu təkcə ermənilər yox, başqaları da anlamağa başlayıblar. "Azərbaycanda səslənən müharibə bəyanatları daxilə hesablanmayıb". SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı keçmiş həmsədri Vladimir Kazimirov bir qədər öncə erməni mətbuatına müsahibəsində bildirib. "Bu bəyanatlara ciddi yanaşmaq lazımdır"-deyə o xəbərdarlıq edib.
İşğalçı ölkədə müharibə narahatlıqları son həddə çatıb. Ermənistan prezidenti, Təhlükəsizlik Şurasının rəhbəri Serj Sarkisyan Dekabrın 12-də Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. İclasda ölkənin hərbi durumu və böhrandan çıxış yolları müzakirə olunub. Göründüyü kimi, terrorçu dövlətin cinayətkar rəhbərliyi təlaşa düşüblər və savaş başladığı zaman onların nəyin gözlədiyini anlayırlar.
...Beləliklə, kiçik müqayisəli analizdən ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyil. Həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə bu müqayisə yersizdir. Çünki, bu iki ölkə artıq bütün sahələr üzrə antipod hesab olunur.
O ki qaldı
sülh danışıqları
nəticə verməyəcəyi
halda Azərbaycan Ordusunun öz ərazilərində anti-terror
əməliyyatları aparmaq
imkanına, qəti olaraq demək mümkündür ki, möhkəm dövlətçiliyə,
güclü iqtisadiyyata,
qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji duruma
malik olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Əgər ermənilər torpaqlarımızı
sülh yolu ilə qaytarmasa, o zaman Azərbaycan
əsgəri bunu əyani nümayiş etdirəcək.
Səs.- 2011.- 9 fevral.- S. 3.