Peşə təhsili sistemi təkmilləşdirilir

 

Misir Mərdanov: "108 peşə təhsili müəssisəsi var"

 

Dünən "Hyatt-Regency" otelində Avropa Birliyinin maliyyələşdirdiyi Azərbaycan hökuməti ilə  əməkdaşlıq çərçivəsində həyata keçirilən, Britiçh Councel tərəfindən icra edilən "Peşə təhsili təlimi sahəsində islahatlar strategiyası Azərbaycanın seçilmiş rayonunda  pilot icrası" TASİS layihəsinin başa çatması ilə bağlı beynəlxalq konfrans keçirildi. Konfransda müxtəlif nazirliklərin, qeyri-hökümət təşkilatlarının, sahibkarların nümayəndələri iştirak edirdi.

"Azərbaycan Respublikasında  texniki -peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər) tətbiqi ilə ilk peşə ixtisas təhsilinin mövcud vəziyyəti, problemlər perspektivlər" mövzusunda çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, regionda ən müasir bir kompleks olan İsmayıllı Turizm Peşə Tədris Mərkəzi yaradılmış, yeni metodika üzrə, beynəlxalq standartlara uyğun kadr hazırlığının təkmilləşdirilməsinə diqqət artırılmışdır. Peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim üzrə usta pedaqoqların yeni metodologiya üzrə təkmilləşdirilməsi, işəgötürən təşkilatlarla əməkdaşlıqdan bəhs edən nazir bildirdi ki, əsas prioritet beynəlxalq təcrübənin öyrənilməsidir: "Ölkə Prezidenti İlham Əliyevin bu sahəyə diqqətini əks etdirən Dövlət Proqramının tətbiqi ilə texniki-peşə məktəblərinin fəaliyyəti güclənmişdir. Cənab İlham Əliyevin  tövsiyəsi ilə  2011-ci ilin "Turizm ili" kimi qeyd olunması bu sahədə  ehtiyac duyulan kadrların hazırlanmasını başlıca vəzifə kimi qarşıya qoyur. Bu baxımdan İsmayıllı Peşə-Tədris Mərkəzinin yaradılması, turizm otelçilik üzrə  mütəxəssisələrin hazırlanması gərəkli sahə olan turizmin inkişafına  dəstək göstərəcək".

 "Azərbaycanda 108 peşə təhsili müəssisəsi var" söyləyən M.Mərdanov onu da vurğuladı ki, onların əksəriyyəti təmir olunub,  kabinə laboratoriyalar yaradılıb: "Son iki ildə texnik-peşə məktəbinə gələnlərin sayı 2 min nəfər artıb. Şagird-müəllim nisbəti istənilən səviyyədədir. Dövlət büdcəsindən bu sahəyə ayırmalar 4 dəfədən çox olmuşdur.  30 ildə əsas problem olan  texniki peşə məktəbi şagirdləri üçün dərsliklərin hazırlanmasına da diqqət artırılıb. Son illərdə peşə yönümlü 9 dərslik hazırlanıb   bu istiqamətdə işlər davam etdirilir".

Konfransda çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobya, layihənin rəhbəri Ann Castis, beynəlxalq ekspertlər Devid Hardi, Aleksandr Siboni bildirdilər ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycan hökuməti ilə  ilk peşə ixtisas təhsili üzrə Milli Strategiyanın fəaliyyət planının hazırlanmasına dəstək olmaqdır. Həmçinin, onu da bildirdilər ki, ilk peşə təhsili üzrə yeni Milli Strategiya layihəsi  AB ilə Azərbaycan hökumətinin  təhsil üzrə birgə əməkdaşlığının gücləndirilməsinə yönəlmişdir. Layihənin icrasında isə  Azərbaycanın Təhsil, Əmək Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət Turizm,  İqtisadi İnkişaf nazirliklərinin əməkdaşları iştirak edirlər.

Tədbirdə İsmayıllı rayon icra hakimiiyyətinin başçısı Nizami Ələkbərov, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyanın prezidenti Məmməd Musayev çıxışlarında   "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın həlli  üçün belə layihələri əhəmiyyətli hesab edərək gənclərin işlə təmin olunmasında, işəgötürənlərlə, biznes qurumları ilə birgə fəaliyyət zamanı peşə standartlarına uyğun kadrlara hər zaman ehtiyac duyulduğunu bildirdilər.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 9 fevral.- S. 9.