Azərbaycanın Milli Qəhrəmanının 40 illik yubileyi qeyd olunub

 

Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Mirabdulla oğlu Seyidovun 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. SİA-nın xəbərinə görə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Milli Qəhrəmanın valideynləri, siyasi ictimai xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yoluna nəzər salıb. O bildirib ki, Mirəsgər Seyidov 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub: "1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra, bir müddət doğma kəndində çalışıb. 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə hərbi xidmətini başa vuraraq öz doğma yurdu Naxçıvana dönüb. Ancaq həmin dövrlərdə ermənilərin "Dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından da yan keçməyib. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdı. Bu çətin günlərdə Vətənin igid oğulları öz canlarını, qanları bahasına torpaqlarımızı yağı düşməndən qoruyurdular. Bu dövrdə baş verənlərə dözməyən M.Seyidov könüllü olaraq hərbi xidmətə yollanır. O, Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşur. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Qəhrəman dəfələrlə kəndin müdafiəsində hər zaman öz sözünü demiş, igidliyi cəsurluğu ilə fərqlənmişdi. M.Seyidov bir neçə dəfə ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatıb. Onun son döyüşü isə iyunun 14-də olub. O, bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralanıb şəhidlik zirvəsinə yüksəlib. Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Oxuduğu 39 saylı (indiki 15 saylı) Naxçıvan şəhərə orta məktəbinə onun adı verilib".

A.Qurbani qeyd edib ki, Azərbaycan övladları, oğulları hər zaman vətənin müdafiəsinə qalxmağa vətən uğrunda şəhid olmağa hazırdırlar. Bu gün ölkədə 211 Milli Qəhərmandan 17-nin sağ olduğunu deyən A.Qurbani onların özlərinə ya valideynlərinə hər zaman dövlət tərəfindən xüsusi diqqət qayğı göstərildiyini qeyd edib. Onun sözlərinə görə, ölkə hər zamab belə oğulları fəxr edib.

Tədbirin davamında çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, torpaq uğrunda canlarından keçən qəhrəmanlarımız hər zaman diqqət mərkəzində saxlanılmalı onlar gənclərə örnək olaraq göstərilməlidir: "Bizlərin hər biri onların göstərdikləri şücaətləri, qəhrəmanlıqları yadda saxlamalı gənc nəslə çatdırmalıyıq. Bu tədbirlər silsilə şəklində davam etdirilməlidir".

Millət vəkili Sədaqət Vəliyeva isə Azərbaycan xalqının qeyrətli oğul qızlarının hər zaman şəhid olmağa hazır olduğunu söyləyib. O bildirib ki, şəhidlik böyük bir zirvədir şəhid adının qazanılması da fəxr başucalığıdır. "Bu gün Ali Baş Komandan hesab edir ki, Azərbaycan gəncləri, oğul qızları öz qüvvələrini beynəlxalq yarışlarda, yüksək zirvələrdə sınasa daha önəmli olar. Azərbaycan xalqı çox müdrik hər şeyə qadir bir xalqdır. Prezident torpaqları sülh yolu ilə azad etməyə çalışır ki, cavanların, gənclərin qanı axıdılmasın, anaların gözləri yaşlı qalmasın. Ancaq düşmənlərimiz torpaqları sülh yolu ilə qaytarmadıqları halda biz müharibə etməli öz torpaqlarımızı geri qaytarmalıyıq. 114 min kvadrat metrlik Azərbaycanın 86 min kvadrat metr ərzisi qalıb. Onun 20 faizi Ermənistanın işğalı altındadır. Biz hamımız birgə, prezidentin ətrafında birləşərək itirdiklərimizi geri qaytar bilərik. Yalnız o zaman həm biz, həm bu torpaq uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz rahat olacaq".

Tədbir hərbi mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının ifası ilə davam etdirilib.

Tədbirdən sonra Milli Qəhrəman Mirəsgər Seyidovun anası oğlu barədə xatirələrini bizimlə bölüşdü: "4 övladımın içərisində ən şıltağı, eyni zamanda ən inadkarı tələbkarı o olub. Balaca vaxtından avtomat oyuncağlara maraq göstərib, hər zaman tankla düşməni əzəcəyini deyib. Uşaq vaxtlarında ancaq silah oyuncaqlar alır onlarla oynayardı. Məktəb dövründə keçirilən paradda Mirəsgər avtomatı tez-yığıb sökməkdə birinci yeri tutub. Əsgərlikdə olan müddətdə hərbi hissədən dəfərlələ təşəkkür məktubları alıb. Əsgərlikdə yaxşı xidmət etdiyinə görə, ona vaxtından əvvəl məzuniyyət veriblər. O dövrdə Naxçıvanda da vəziyyət qarışmışdı. Məzuniyyətdən qayıtdıqdan sonra onu Stepaka göndərdilər. Biz sonra hərbi komissarlığa ərizə ilə müraciət etdik onu Bağırov körpüsünün yanındakı hərbi hissəsəyə göndərdilər. 1990-cı ilin may ayında əsgəlik xidmətini başa vuraraq evə döndü. Hamımız sevindik. Ancaq o bizə bildirdi ki, gəlmədən öncə hərbi komissarlığa ərizə ilə müraciət edib könüllü olaraq döyüşə gedəcək. O zaman dedim ki, getmə. Bunun əvəzində mənə cavab verdi ki, mən atamın bışını uca etmək üçün yaranmışam. Atamı Milli Qəhrəman olmasa da, şəhid atası edəcəm. Ondan sonra xəbər gəldi ki, döyüşdə yaralanan əsgərlərə kömək etmək istədikdə snayper gülləsinə tuş gəlib. Onun meyiti 3 gün ermənilərdə qalıb. Ancaq sonra ümummilli lider Heydər Əliyevin işə qarışması nəticəsində iyunun 17-si balamın meyiti geri qaytarıldı. Heydər Əliyevin ruhu şad olsun ki, balamın ölüsünü ala bildi".

 

 

Səs.-  2011.- 9 fevral.- S. 10.