Dağlıq Qarabağ münaqişəsi Münhendə
müzakirə olunub
ABŞ münaqişənin həllinə tez bir zamanda
nail olunması ümidindədir
Məlum olduğu kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Münhendə keçirilən
47-ci Təhlükəsizlik Konfransında iştirakı
çərçivəsində ABŞ-nın dövlət
katibi Hillari Klintonla görüş keçirib. Görüş
zamanı tərəflər
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
məsələsini ətraflı
müzakirə ediblər.
E.Məmmədyarov münaqişənin
həllinə dair Azərbaycan tərəfinin
mövqeyini amerikalı
həmkarına çatdırıb,
öz növbəsində,
xanım Klinton da məsələnin həllində irəliləyiş
əldə edilməsi
vaxtının çatdığını
deyib. Sonra tərəflər ikitərəfli,
regional, enerji məsələləri, Yaxın
Şərqdə gedən
proseslər və digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
H.Klinton Əfqanıstanda
terror əleyhinə əməliyyatlarda verilən
töhfəyə görə
Azərbaycan tərəfinə
bir daha ABŞ-ın minnətdarlığını
çatdırıb.
ABŞ-Azərbaycan münasibətləri və qarşılıqlı
əməkdaşlığın inkişaf etdirilməsi bu gün Azərbaycan
və ABŞ dövlətlərinin
qarşılarında duran
əsas məqsəddir
və hər iki tərəfin maraq və mövqelərinə
uyğun gəlir.
Odur ki, xarici işlər
idarələrinin rəhbərlərinin
görüşü və
bundan əvvəlki görüşlər də,
onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlığın
inkişaf etdirilməsi
üçün bütün
səylər göstərilir.
Xüsusilə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
üzrə ABŞ-la Azərbaycan arasında genişmiqyaslı əməkdaşlıq
və danışıqlar
aparılır.
Azərbaycanla ABŞ arasındakı
münasibətlərdən danışarkən ABŞ tərəfindən
Azərbaycana yeni səfir təyin edilməsini xüsusi qeyd etmək lazımdır. Amerika Birləşmiş Ştatlarının
Azərbaycana yeni təyin etdiyi səfir Metyu Brayza artıq Bakıdadır. Brayza bildirib ki, ailəsi
ilə birgə yenidən Bakıda olmağına çox sevinir. "Mən və ailəm yenidən Azərbaycanda olmağımıza çox
sevinirik. Mən etimadnaməmi Prezident İlham Əliyevə təqdim edəcəyim anı səbirsizliklə gözləyirəm. ABŞ-ın
Azərbaycandakı səfiri
kimi ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın
daha da inkişaf
etməsi, sülhün
və demokratiyanın
möhkəmləndirilməsi üçün mümkün
olan hər şeyi edəcəyəm".
Münhen konfransında
ABŞ Dövlət Departamentinin
rəhbərinin, həmçinin,
Ermənistan prezidenti Serj Sarkisyanla görüşməsi və
onunla Dağlıq Qarabağ münaqişəsini
müzakirə etməsi
də diqqətçəkən
məqamlardandır. Görüş
zamanı H.Klinton bildirib ki, Vaşinqton
erməni-türk münasibətlərinin
normallaşdırılması prosesinin davam etdirilməsinə yardım
göstərəcək. Ermənistan
prezidenti, öz növbəsində, ABŞ-ın
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması,
həmçinin, regionda
sülh və təhlükəsizliyin saxlanılması
işində fəal roluna mühüm əhəmiyyət verib. Sarkisyan ABŞ dövlət
katibinə ATƏT-in Astana sammiti çərçivəsində Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi üzrə
ifadə etdiyi dəqiq və balanslaşdırılmış mövqeyə görə təşəkkür edib.
Görüş zamanı,
həmçinin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
prosesinin hazırkı
mərhələsinə də
toxunulub.
ABŞ Azərbaycanla digər sahələrdə də genişmiqyaslı əməkdaşlıq
edir. Xüsusilə, Dağlıq Qarabağ probleminin həll edilməsində vasitəçilik
edən ABŞ bu məsələnin həllinə
xüsusi diqqət yetirir. Azərbaycanın ərazi bütövlüyünü
tanıyan ABŞ erməni
işğalını pisləyir
və tərəflər
arasında razılığın
əldə olunması
üçün əlindən
gələni edir. Münhendə münaqişə
tərəfləri ilə
Hillari Klintonun görüşü zamanı
da bu məsələ
ilə bağlı xüsusi danışıqların
aparılması bir daha bunu sübut
edir. ABŞ-ın Ermənistanı öz qeyri-konstruktiv mövqeyindən
çəkindirməsi yönündə
ona təzyiq etməsi də bu görüşün gedişatında qeydə alınması ehtimal olunan məqamlardandır.
Murad İSMAYILZADƏ
Səs.- 2011.- 9 fevral.- S. 11.