Azərbaycan vətəndaş
cəmiyyətinin və
demokratiyanın inkişafında
böyük nəticələr
əldə edib
Əli Həsənov: “Əgər dövlətin
vətəndaşları sərbəst şəkildə
seçib-seçilmək hüququ qazanırsa, onların
hakimiyyət strukturlarını seçkilər və
alternativlik əsasında formalaşdırmaq imkanı varsa,
bu, artıq demokratiyanın ilkin nümunələridir»
Dünən Avropa İttifaqının
(Aİ) təşkilatçılığı
ilə “Strukturlaşan
dialoq” mövzusunda seminar başlayıb. Üç gün davam edəcək seminarın məqsədi Avropa İttifaqının
“Şərq tərəfdaşlığı”
proqramı çərçivəsində
tərəfdaş ölkələrdə
vətəndaş cəmiyyətinin
inkişafına yardım
etmək, QHT-lərlə
hökumət strukturları
arasında konstruktiv əməkdaşlığı genişləndirməkdir.
Azərbaycan Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov çıxışında müstəqillik
illərində Azərbaycanda
demokratiyanın inkişafından,
ölkəmizdə vətəndaş
cəmiyyətinin formalaşması
prosesindən, hökumət
və dövlət qurumları ilə əməkdaşlıqdan və digər məsələlərdən danışaraq qeyd edib ki, son
illərdə Azərbaycan
Respublikası mötəbər
idman yarışları,
siyasi və mədəniyyətlərarası dialoq, beynəlxalq ictimaiyyəti, qlobal dünyanı maraqlandıran
məsələlərlə bağlı çoxsaylı
tədbirlərə ev
sahibliyi edir. İndiki seminar da bu qəbildən
olan tədbirlərdən
biridir. Seminarda Avropa İttifaqından, qitəni təmsil edən müxtəlif nüfuzlu strukturlardan,
Aİ ilə qonşuluq
siyasəti və digər proqramlar çərçivəsində əməkdaşlıq edən
17 ölkədən 130-dək nümayəndə iştirak
edir. Seminarda dünyada müxtəlif strukturlar arasında dialoqun mövcud vəziyyəti, problemlər
və perspektivləri
ilə bağlı məsələlər müzakirə
olunacaq. Müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu, QHT-lərlə
dövlət qurumları
arasında münasibətlər
sahəsində mühüm
işlər görülüb.
Ə.Həsənov vurğulayıb ki, əgər dövlətin
vətəndaşları sərbəst
şəkildə seçib-seçilmək
hüququ qazanırsa,
onların hakimiyyət
strukturlarını seçkilər
və alternativlik əsasında formalaşdırmaq
imkanı varsa, bu, artıq demokratiyanın ilkin nümunələridir. Amma
insan hüquqları təkcə demokratiyadan, hüquqi normalardan asılı deyildir. İnsan hüquqlarının
tam qorunması üçün həm hər bir ölkənin
milli şəraiti, həm də regional, habelə beynəlxalq şərait imkan yaratmalıdır. Azərbaycan hələ müstəqilliyini bərpa
etməzdən əvvəl
qonşu Ermənistanın
hərbi təcavüzünə
məruz qalıb. Azərbaycan torpaqlarının
20 faizi işğal olunub və 1 milyon azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Ona görə də Azərbaycan dövləti
nə qədər təkmil olsa, onun hüquq təminat sistemi nə qədər mükəmməl işləsə
belə, adi insan hüquqlarından məhrum olmuş 1 milyon qaçqın-köçkünün
normal insan hüquqlarını təmin
etmək gücündə deyildir. Biz hesab edirik ki,
insan hüquqlarının
təkmilləşməsi, strukturlaşmış təminatı
təkcə milli dövlətlərdən deyil,
bütövlükdə dünyada
mövcud olan hüquqi şəraitdən,
beynəlxalq hüququn
normalarının təsbit
olunması və reallaşmasına nəzarət
edən BMT-nin fəaliyyətindən
asılıdır. Biz
faktik olaraq Azərbaycanda beynəlxalq
hüququn normalarına
riayəti təmin etməli olan ATƏT-dən, NATO-dan və onların Cənubi Qafqazla bağlı yürütdüyü
siyasətdən tam razı deyilik. Ona görə ki, bu təşkilatlar dövlətlərarası münaqişələrin
həllinə, xüsusən
də kütləvi şəkildə insanların
hüquqlarının pozulmasına
qarşı yönəlmiş
təcrübənin təkmilləşməsində
müəyyən qətiyyətsizlik
göstərirlər. Ancaq onu da deməliyik
ki, müasir dünyada Avropa İttifaqı, ATƏT, BMT, NATO və digər qurumlar olmasaydı, münaqişələrin sayı
daha çox olar, insan hüquqlarının
pozulması halları
daha çox müşahidə edilər
və insanlar daha çox əziyyət çəkərdilər.
İnanırıq ki,
bu seminarda insan hüquqlarının yerli, regional və beynəlxalq şəraiti
və hər bir müstəvidə onun strukturlaşmış
təsisatlarının yaranması,
fəaliyyəti və
digər məsələlər
müzakirə olunacaq.
Prezident Administrasiyasının şöbə
müdiri Avropa İttifaqının son vaxtlar dünya siyasətində, beynəlxalq
münasibətlərdə mühüm təsisata çevrildiyini xüsusi vurğulayıb, təşkilatın
belə bir tədbiri təşkil etməsini yüksək qiymətləndirib. O bir daha bildirib
ki, biz çox
istərdik seminarda mövcud problemlərimiz, xüsusən də 1 milyondan çox azərbaycanlının adi
insan hüquqlarından
məhrum olması və 20 ilə yaxın bir müddətdə qaçqın-köçkün
həyatı yaşaması
müzakirə edilsin.
Çünki qloballaşan
dünyada 1 milyon
insanı bütün
beynəlxalq təşkilatların
səyi, gücü ilə doğma yurdlarına qaytara bilmiriksə, onda insan hüquqları sahəsində böyük
uğurlar qazanmağımızdan
söhbət gedə bilməz.
Sonra çıxış
edən Avropa İttifaqının Bakıdakı
nümayəndəliyinin rəhbəri
R.Kobia seminarın yüksək səviyyədə
təşkilinə görə
iştirakçılar adından
Azərbaycan dövlətinin
başçısına minnətdarlıq
edib. O bildirib ki, tədbirin Bakıda keçirilməsi
Azərbaycanın vətəndaş
cəmiyyətinin, demokratiyanın
inkişafına, insan
hüquq və azadlıqlarının qorunmasına
verdiyi yüksək qiymətin göstəricisidir. Seminar fevralın 12-dək davam edəcək.
Səs.- 2011.- 10 fevral.- S. 5.