Ölkəmizin iqtisadi göstəriciləri durmadan
artmaqdadır
Nəsimi rayonunda sosial-iqtisadi
yekunlar müzakirə
olunub
Dünən Nəsimi rayonun 2010-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən
işlərə yekun
vurularaq, 2011-ci il üçün qarşıda
duran vəzifələrin
müzakirəsi ilə
bağlı geniş tədbiri keçirildi. Tədbir iştirakçıları
ilk öncə rayonun mərkəzində
ucaldılan Ümummilli
Liderimiz Heydər Əliyevin abidəsinin ziyarət edərək, abidə önünə əklil və tər çiçək
dəstələri düzdülər.
Sonra tədbir Azərbaycan Dövlət Tibb Universitetinin akt zalında davam etdi. Hesabat yığıncağında
məruzə ilə çıxış edən
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib
Məhəməliyevin ötən
il Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında respublikanın
sosial-iqtisadi inkişafı
sahəsində əldə
olunan nailiyyətlər
barədə məlumat
verdi.
N.Məhəməliyev Azərbaycan dövlətinin
çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri
açıldığını və regionların yüksək inkişafının
təmin olunduğunu vurğuladı. Regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının
paytaxtla yanaşı,
bütün bölgələrini
əhatə etdiyini bildirən N.Məhəməliyev
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirdiyi daxili və xarici siyasət xəttinin, düşünülmüş iqtisadi və hüquqi islahatların real nəticələrinin ötən
ilin yekunlarında özünün bariz əksini tapdığını
vurğuladı: "Belə
ki, 2010-cu ildə
ÜDM 41 milyard manatı
ötmüşdür. Sənaye
artımı 2,6 faiz, qeyri-neft sektorunun artım tempi 7,6 faiz olmuşdur. Həmçinin, əhalinin
pul gəlirləri
12,3 faiz, inflyasiya isə 5,7 faizə çatıb. İlin yekunlarına görə yoxsulluğun səviyyəsi
son 7 ildə yoxsulluq səviyyəsi 5 dəfə azalıbdır.
Həmçinin, ötən
il ölkə iqtisadiyyatına 15,5 milyard
dollar investisiya qoyulub ki, bununda
9,3 milyardı qeyri-neft
sektorunun payına düşür. Bu, çox önəmli bir faktordur və
ölkə iqtisadiyyatının
neft sektorundan asılılığını azaltmaq məqsədi daşıyır. Regionların
inkişaf proqramının
icrasına başlandıqdan,
yəni 2004-cü ilin
fevralından bu günə qədər
900 mindən artıq iş yeri açılıbdır
ki, bu da respublikada
işsizlik probleminin aradan qaldırılmasında
əsas amil olub".
Ölkəmizdə davam edən
inkişaf tendensiyasının
Bakının Nəsimi
rayonunun sosial-iqtisadi inkişafında da özünü gösərdiyini
vurğulayan icra hakimiyyətinin başçısı
N.Məhəməliyev bildirdi
ki, ötən il rayonda ilin
yekunlarına görə
sənaye müəssisələri
üzrə ümumi məhsul buraxılışının həcmi 907250,2 min
manat, sənaye məhsulunun həcmi 106412,7 min manat, tikinti-quraşdırma
işlərinin həcmi
isə
286753,3 min manat olubdur: "2010-ci ildə rayon üzrə pərakəndə əmtəə
dövriyyəsi 640960,8 min
manat olubdur ki, bu da
keçən illə müqayisədə
0,8 faiz artım deməkdir. Əhaliyə
göstərilən pullu
xidmətlərin həcmi
isə ötən illə müqayisədə 15,1 faiz
artaraq
608403,7 min
manata çatıbdır.
Həmçinin, ötən
ildə əhalinin orta aylıq əmək haqqı ötən illə müqayisədə
12,7 faiz artaraq 365,8 manat olub".
Natiq onu da vurğuladı
ki, ötən ilin ölkəmizdə
"Ekologiya ili" elan edilməsi ilə bağlı rayonun H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri,
"Vaqif", "Azadlıq",
"Neftçilər", "Tbilisi" prospektlərində,
mikrorayon ərazisindəki
məhəllələrdə, mövcud park və bağlarda, ümumilikdə, 25000 yaxın
ağac və dekorativ gül kolları əkilmiş, rayon ərazisində yeni-yeni yaşıllıq
zolaqları salınmışdır.
Təşkil edilən
iməciliklərdə 10000 artıq rayon sakini iştirak etmişdir. Bakıxanov küçəsi, 643-cü məhəllədə
Nəsimi rayon icra hakimiyyətinin yeni inzibati binasının
tikintisinə başlanılmış
və hal-hazırda tikinti işləri davam etdirilir. Rayon ərazisində dağ yəhudiləri icması üçün sinaqoqun tikintisinə başlanılmış,
Hacı Əjdərbəy
məscidinin (Göy məscid) yeni korpusunun inşasına başlamaq üçün
hazırlıq işləri
başa çatdırılmışdır.
Ötən ildən təmirinə başlanılmış
"Zabitlər" parkında
aparılan yenidənqurma və abadlıq işləri tamamlanmaq üzrədir. Bakıxanov
küçəsində yerləşən
parkda müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi ucaldılmış,
abidənin ətrafında
genişmiqyaslı abadlıq
və yenidənqurma işləri aparılmışdır.
Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində
yerləşən piyada
keçidində başlanılmış
əsaslı yenidənqurma
işləri başa çatdırılmışdır. Hər üç tədbirin açılış
mərasimlərində ölkə
Prezidenti cənab İlham Əliyev iştirak edibdir.
Nəsimi rayon icra hakimiyyətinin
başçısı onu
da bildirib ki, rayon ərazisində
38 təhsil müəssisəsi,
o cümlədən,
29 ümumtəhsil məktəbi,
2 xüsusi məktəb,
Heydər Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində
məktəb-lisey kompleksi,
Atatürk liseyi və 5 məktəbdənkənar tərbiyə
müəssisəsi, 44 körpələr
evi-uşaq bağçası
fəaliyyət göstərir.
N.Məhəməliyev ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə
keçirilən "İlin
ən yaxşı ümumtəhsil məktəbi"
respublika müsabiqəsində
keçən il Nəsimi rayonunun 5, 164 saylı orta məktəbləri və
13 nəfər müəllim
həmin qaliblər sırasında olublar. 5 oktyabr Müəllimlər Günü
ərəfəsində isə
ölkə Prezidentinin
Sərəncamı ilə
bir nəfər müəllim "Tərəqqi"
medalı ilə təltif edilib: "Həmçinin, 115 saylı körpələr
evi-uşaq bağçası
üçün yeni iki mərtəbəli korpus tikilərək istifadəyə verilmiş,
76 saylı körpələr
evi-uşaq bağçasında
və eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq
bağçasında
əsaslı təmir
işləri aparılır.
Onu da qeyd edim
ki, ötən il məktəblərin maddi-texniki bazası daha da möhkəmlənmiş,
məktəblərin kompyüterləşməsi
işləri davam etdirilmiş, ümumtəhsil
məktəblərində vahid
məktəbli formasının
tətbiqi ilə bağlı işlər başa çatdırılmışdır. Xüsusi olaraq vurğulamaq
istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
2010/2011-ci tədris ili
ərəfəsində bütün
birinci sinif şagirdlərinə məktəbli
ləvazimatları hədiyyə
edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə
müntəzəm diqqət və qayğı göstərilmişdir".
Rayon rəhbəri ötən il ərzində məcburi dövlət sosial sığortası qaydalarını, mütəmadi
olaraq pozan, qeydiyyatdan yayınan 368 fiziki şəxsə qarşı protokolun tərtib edildiyini və həmin şəxslərin 9936 manat
məbləğində cərimələndiyini
vurğulayıb: "Onu da qeyd
edim ki, pensiyaların ödənilməsi
üçün 39160,2 min
manat vəsait xərclənibdir ki, bu da ötən
ilin müvafiq dövründən 2564,2 min
manat və yaxud 7,0 faiz çoxdur. Həmin vəsaitin 37870 min manatı Respublika Fondundan köçürülmüş, 1290,2 min manat isə yerli sığorta edənlərdən
toplanmışdır. Nəsimi
rayonu ərazisində
2453 ailə olmaqla, 10682
nəfər məcburi
köçkün məskunlaşmışdır.
Onlardan 821 ailə,
3823 nəfəri yataqxanalarda,
854 ailə 3479 nəfəri
qohum və şəxsi mənzillərdə,
557 ailə 2430 nəfər
zəbt olunmuş mənzillərdə
yaşayırlar".
Daha sonra hesabat
məruzəsi ətrafında
çıxışlar oldu.
Məruzə ətrafında
çıxış edən
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
məsul işçisi
Tağı Tağıyev
və digər natiqlər Nəsimi rayonunun hesabatını uğurlu hesab etdilər.
Tədbirdə Milli Məclisin üzvləri Ziyad Səmədzadə və Məlahət İbrahimqızı iştirak
edib.
Yığıncağın sonunda
iştirakçılar adından
ölkə Prezidenti cənab İlham Əliyevə müraciət
qəbul olunub.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 10 fevral.- S. 7.