Müharibə Ermənistanın dağılmasına gətirib çıxaracaq

 

Musa Qasımlı: "Azərbaycan yetərli qədər güc, qüvvə mənbəyi olmaqla yanaşı, istənilən zərbəni dəf etməyə tam qadirdir"

 

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ onun ətrafındakı 7 rayonu mənfur düşməndən azad etmək hüququnu dövlətimiz hər an öz üzərində saxlayır. Azərbaycan bir dövlət olaraq, bütün hallarda haqlı ədalətli mövqedədir.

BMT nizamnaməsinin 25-ci 51-ci maddəsinə istinadən, Azərbaycan öz ərazisindəki separatçı, terrorçu qüvvələri tamamilə zərərsizləşdirmək hüququna malikdir. Bütün dünyaya məlumdur ki, Ermənistan təcavüzkar, işğalçı, Azərbaycan isə, təcavüzə məruz qalmış bir ölkədir. Azərbaycan müharibəyə başlayacağı təqdirdə, dövlətimizin hansısa bir ölkədən dəstək, yardım almağa qətiyyən ehtiyacı yoxdur. Çünki Azərbaycan yetəri qədər güc, qüvvə mənbəyi olmaqla yanaşı, istənilən zərbəni dəf etməyə tam qadirdir.

Millət vəkili Musa Qasımlının fikrincə, Azərbaycanın hərbi əməliyyatlara başlamağa birmənalı olaraq, hüququ olsa da, mütləq beynəlxalq siyasi konyunuktura qüvvələr nisbətini nəzərə almalıdır:"Öz ərazisini işğalçılardan təmizləmək üçün hərbi əməliyyatlara başlayarsa, heç kim dövlətimizə irad tuta bilməz. Düşünürəm ki, Azərbaycan müharibə şəraitində yaşayan bir çox məlum dövlətlərə öz dəstəyini verdiyi kimi, Ermənistan təcavüzünün nəticələrinin aradan qaldırılması məsələlərində həmin dövlətlər Azərbaycandan öz dəstəklərini qətiyyən əsirgəməyəcəklər".

Millət vəkili onu da qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün bəzi ölkələrin səfirləri çox böyük rol oynayıblar. Amma müəyyən dövlətlər beynəlxalq qurumlar da Azərbaycanın haqlı mövqeyini müdafiə etməli, təcavüzkar Ermənistana qarşı çox ciddi sanksiya tətbiq etməlidirlər. Azərbaycan ermənilərə kompromisə getməyəcək öz haqlı mövqeyini müdafiə edəcək. Danışıqlarda iştirak etməsi, problemin sülh yolu ilə həllinə çalışması Azərbaycan tərəfindən ən böyük kompromisdir.

Faktaraşdırıcı missiyanın hesabatının gecikməsi məsələsinə toxunan millət vəkili vurğuladı ki, Azərbaycan ədalətli hesabat gözləyir. Yalnız ondan sonra hesabat barədə dəqiq fikir bildirmək olacaq. Hesab edirəm ki, münaqişəni, həqiqətən , sülh yolu ilə həll etmək istəyən ATƏT-in Minsk Qrupu hesabatı çox ədalətli şəkildə məruzə edəcəklər. Bu məruzə isə, birmənalı olaraq, işğalçı dövlətin dünyada ifşasına səbəb olacaq. Faktaraşdırıcı missiya işğalçı Ermənistanın təcavüzkar olduğunu adı ilə adlandırmalıdırlar. Faktaraşdırıcı missiya Dağlıq Qarabağda baş verən özbaşınalığı, qanunsuz hərbi birləşmələri, terror əməliyyatlarını, qeyri-qanuni məskunlaşmaları, Azərbaycanın mədəniyyət abidələrinin dağıdılmasını, yerlə yeksan olmasını tam doğruluğu ilə çatdırmalıdırlar. Yəqin ki, faktaraşdırıcı missiya bu dəfə öz missiyasını qərəzli şəkildə deyil, çox ədalətli şəkildə yerinə yetirəcəkdir.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 10 fevral.- S. 11.