Azərbaycan miniatür sənətinə həsr olunmuş tədbir keçirildi

 

Dünən Mədəniyyət Turizm Nazirliyində Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği inkişaf proqramının ilkin layihəsinin müzakirəsinə həsr edilmiş iclas keçirildi. Tədbirdə nazir Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan miniatür sənətinin inkişaf mərhələlərindən, indiki məqamda rəssamlarımızın müsəlman Şərqi xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən olan bu sənətin daha da təkmilləşdirilməsi istiqamətində gördükləri işlərdən danışdı. Nazir bildirdi ki, Azərbaycan incəsənətinin olduqca vacib qollarından olan nadir sənət növlərindən sayılan miniatür sənət ustalarının yaradıcılığının tədqiqi, təbliği, inkişafı gələcək nəsillərə ötürülməsi olduqca vacib məsələdir.

Hazırda müzakirə edilən proqramın da əsas məqsədi məhz xalqımızın yüzilliklər boyu yaratdığı olduqca nadir sənət növlərindən olan miniatür sənətinin kompleks şəkildə tədqiqi, onun tarixinin öyrənilməsi, Azərbaycan təsviri sənətinin genetik əsaslarının müəyyən edilməsi, dünyada tanıdılması, gənc nəsil arasında təbliğindən ibarətdir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 10 fevral.- S. 12.