Zaman Azərbaycanın
xeyrinə işləyir
Elnur Aslanov: "Nə qədər ki, Azərbaycan
inkişaf edir, iqtisadi cəhətdən güclənir,
Ermənistan gündən-günə iqtisadi planda itirir və
siyasi cəhətdən parçalanır"
Beynəlxalq Böhran Qrupunun kifayət qədər həcmli və qismən balanslaşdırılmış
"Ermənistan-Azərbaycan: müharibənin qarşısının
alınması" məruzəsi
uzun illər etnosiyasi "təbii fəlakət" zonası
olan regionda vəziyyətin təhlilinə
həsr olunub.
Bu barədə Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının
Siyasi təhlil və infomasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov deyib. Onun sözlərinə görə,
Ermənistanda milli mənsubiyyətə görə
təqiblərlə başlanan,
daha sonra azərbaycanlıların Ermənistan
və Qarabağda qətlləri ilə davam etdirilən hadisələrdən 23 il
sonra və ermənilər tərəfindən
törədilən Xocalı
və Sumqayıt
faciələrinin növbəti
ildönümündə Beynəlxalq
Böhran Qrupu regionda münaqişənin
gərginləşməsi ehtimalı
haqqında xəbərdarlıqla
çıxış edib:
"Təbii ki, tərəflər arasında
bu qədər uzun sürən fəal qarşıdurma bu cür mümkün
ssenarilərin müzakirəsinə
gətirib çıxarır,
biz Ermənistan-Azərbaycan
münaqişəsini dondurulmuş
hesab etmirik".
Elnur Aslanov hesab edir
ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi
keçmiş SSRİ məkanında
köhnə və qanlı etnosiyasi münaqişələrdən biri
kimi beynəlxalq təşkilatların daha
çox və daimi diqqətini tələb edir: "BBQ-nin münaqişəyə
daimi diqqəti bir daha həm
hərbi əməliyyatların
başlamasının yüksək
dərəcədə riskini,
həm də onun tezliklə həlli və regionda sülh və sabitliyin bərqərar olması üçün yollar tapılmasını vurğulayır.
Qrup öz məruzəsində tərəflər
arasında gərginliyin
artmasını qeyd edib və münaqişənin
başlamanması ehtimalı
barədə həyəcan
təbili çalır.
Lakin beynəlxalq təşkilatı
ilk növbədə məhz danışıqlar
prosesinə Ermənistan
tərəfdən konstruktivizmin
olmaması daha çox narahat etməlidir. İllərdir
münaqişənin həllində
əsas mahiyyət dəyişilməz qalır
və bir məna ilə ifadə olunur - Ermənistan tərəfindən
Azərbaycanın tarixi
torpaqlarının işğalını
dayandırmaq". Onun
sözlərinə görə,
Azərbaycan torpaqları
təcavüzdən azad
edilməyənədək regionda
sülh və sabitlik əldə olunmayacaq: "Buna görə də mənim fikrimcə, BBQ-nin məruzəsində
beynəlxalq hüquq prinsipləri, xüsusilə
də ərazi bötüvlüyü və
dövlət sərhədlərinin
pozulmaması prinsipləri
kimi prioritet məsələləri növlərə
ayırması vacib idi. Hər iki tərəfə
kifayət qədər
aydın olan məsələri qeyt etməkdənsə, məruzənin
Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin bu hissəsinə toxunması
daha səmərəli
olardı. Regionda sülh uğrunda çıxış edən
və etibarın
qazanılması və
yaxud "münaqişələrin
aradan qaldırılması
məqsədilə anlamaq
və fəaliyyət
göstərməy"ə
imkan yaratmağa çalışan beynəlxalq
təşkilat yalnız
faktların şərhi
və müəyyən
edilməsi ilə məhdudlaşmamalıdır. Bu,
kifayət etmir".
Elnur Aslanovun fikrincə, hər şeyin öz adı ilə çağırılması və
təcavüzkarın öz
pozuculuq siyasətindən
kənara çəkilməyə
və Azərbaycan topraqlarını azad etməyə məcbur edilməsi son dərəcə vacibdir:
"Ermənistanın danışıqlar
prosesinə konstruktiv yanaşması və ümumilikdə perspektivdə
vəziyyətin rasional
dərk edilməsi olmadan regionda sülhdən danışmaq
çox çətindir.
Biz dəfələrlə
həm bundan əvvəlki, həm də indiki Ermənistan rəhbərliyinin
son anda erməni və Azrəbaycan xalqlarını
sülhə və sabitliyə gətirib çıxara biləcək
əlverişli yoldan imtina etmələrinin şahidi olmuşuq. Azərbaycan beynəlxalq zəmanət altında Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
Qarabağ ermənilərinin
təhlükəsizliyini təmin
etməyə, iqtisadi rifah və mədəni
inkişaf üçün
şərait yaratmağa
hazırdır. Lakin Ermənistan rəhbərliyi
münaqişədə özünün
hakimiyyətə gəlişinin
səbəbini görür,
nizamlanma isə özündə onu itirmək təhlükəsini
gizlədir". Prezident Administrasiyasının
şöbə müdirinin
fikrincə, BBQ-nin məruzəsi mahiyyət etibarilə Dağqlıq Qarabağda və ona bitişik yeddi rayonda vəziyyətin
dəyişilməz qaldığını
və Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazisində
olduqlarını təsdiq
edir: "Məruzə münaqişə
tərəflərinin - Ermənistan
və Azərbaycanın
hərəkətlərini qeyd
edir, həmçinin Ermənistanın öz əsgərlərini Dağlıq
Qarabağda xidmət keçmək üçün
nizami orduya göndərilməsini dayandırılmalı
olduğunu da göstərir. Belə
olan halda Azərbaycanın hərbi
büdcəsinin 3 milyard
ABŞ dollarından çox
məbləğə çatdırılması
zərurəti tamamilə
əsaslı və ədalətli görünür.
Azərbaycan davam edən status-kvo şəraitində münaqişənin
sülh yolu ilə həllinin alternativi barədə düşünməkdə davam
edəcək. Bu, Azərbaycanın müstəsna
hüququdur və heç kim bundan imtina etməyə
hazırlaşmır".
O, deyib ki, BBQ-nin məruzəsi onu da təsdiq
edir ki, status-kvo Azərbaycanı qane etmir və
uzun müddət belə davam edə bilməz. "Ümumilikdə, məruzə
yalnız atəşkəs
xəttində, eləcə
də ayrı-ayrılıqda
Ermənistanda və Azərbaycanda baş verən faktları əks etdirir. Mahiyyət etibarilə, məruzə yeni heç nə demir, o, yalnız
tərəflərin daim
dediklərini təkrar
edir. Bu gün Azərbaycandakı
intensiv iqtisadi artım həm hərbi, maddi və hərbi-texniki xərclərin, həm də Azərbaycan əsgərinin döyüş
ruhunun artmasına yardım edir. Beləliklə, indi zaman Azərbaycanın xeyrinə işləyir. Nə qədər ki, Azərbaycan inkişaf edir, iqtisadi cəhətdən güclənir, Ermənistan
gündən-günə iqtisadi
planda itirir və siyasi cəhətdən parçalanır",
- deyə Azərbaycan
Prezidenti Administrasiyasının
şöbə müdiri
bildirib. Onun sözlərinə görə, Azərbaycanın
iqtisadi inkişafının
nəticəsi ölkənin
hərbi xərclərini
borc içində boğulan Ermənistanın
bütün büdcəsini
üstələyən səviyyəyədək
artırmağa imkan verib: "Tamamilə
aydındır ki, iki ölkə arasında müharibə olmasaydı, regionun iqtisadi gələcəyi tamam başqa, daha müsbət perspektivli ola bilərdi. Bu gün özünün irrasional və pozucu mövqeyinə ilişib qalan Ermənistan özünü
və vətəndaşlarını
normal yaşamaq imkanından məhrum edir. Beləliklə, erməni cəmiyyətinin
iqtisadi və siyasi tənəzzülü
münaqişənin dinc
yolla həllindən imtina edən hakim dairənin siyasətinin təcəssümü
olub".
Səs.- 2011.- 11 fevral.- S. 7.